QafqazUniversity
x = independently organized TED event

Theme: Renessans

This event occurred on
November 29, 2015
11:00am - 5:30pm +04
(UTC +4hrs)
Baku, Abşeron
Azerbaijan

Renessans dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin yeni, "dünyəvi", mahiyyətcə kübar xarakter alması və sanki onun "yenidən doğulması", "dirçəlişi"nin baş verməsidir. Elə buradan da "dirçəliş" termini yaranıb. Bildiklərinizi sıfırlamaq, mövzulara tam fərqli baxış bucağından baxmaq, qısacası, fikir dirçəlişi yaşayaraq düşüncələrinizə renessans gətirmək istəyirsinizsə, yolunuzu TEDxQafqazUniversity'dən salın!

Qafqaz University, Main Building, Conference Hall
Xırdalan şəh., Həsən Əliyev küç., 120
Baku, Abşeron, AZ0101
Azerbaijan
Event type:
University (What is this?)
See more ­T­E­Dx­Qafqaz­University events

Speakers

Speakers may not be confirmed. Check event website for more information.

Bəhman Məmmədov

Riyaziyyat müəllimi
Bakı Dövlət Universiteti məzunu olan Bəhman Məmmədov Qafqaz Universiteti Riyaziyyat-İnformatika bölməsində Riyaziyyat müəllimi olaraq fəaliyyət göstərir. Həmişə yeni ideyaları ilə universitetə rəngarənglik gətirən Bəhman müəllim bu dəfə riyaziyyatdakı tərs funksiya anlayışını canlı musiqi üzərinə tətbiq edərək kainatda və həyatımızdakı ziddiyyətlər mövzusu ətrafında danışacaq.

Elçin Abbasov

İxtiraçı
Elçin Abbasov Badamdar texniki yaradıcılıq klubunun yaradıcısıdır. Öyrənməyi və öyrəndiklərini paylaşmağı sevir, çoxsaylı maarifləndirici tədbirlər keçirib.Elçin Abbasov TEDxQafqazUniversity-də həyatının dönüm nöqtəsindən danışacaq.

Fəxri Məmmədli

Sənətşünas
İxtisasca Sənətşünas olan Fəxri 6 ildən artıq təlimçilik təcrübəsinə malikdir.Mədəniyyət yönümlü məqalələri 10 xarici dilə tərcümə edilmiş, ekspert çıxışlarından TV proqramlar tərtib olunmuşdur.Hazırda şirkətlərin birində məsləhətçi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim olaraq çalışır.

Hikmət Mürsəlzadə

Tələbə
Azərbaycan Kub Assosiasiyasının qurucusu, aca-cube.org saytında yazar, TEDxADA-nın ən gənc spikeri,Qafqaz Universitetində Mühasibat tələbəsi, rəssam, ”Dördüncü tunel” trilogiyasının müəllifi

İbrahim Emin

İfaçı
1989cu ildə Fransada keçirilmiş "Qızıl Payız" festivalının qalibi olmuş məşhur Azərbaycan rock qrupu "Yuxu"nun yaradıcısı və bass-gitaristi İbrahim Emin.

İlkin Manafov

Marketinq üzrə ekspert
Marketinq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycanda İLK praktik Marketinq təlimlərinin (Marketinq AİR) ,ilk Milli Marketinq Forumunun və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçilərindəndir. Ana dilimizdə ilk brendinq kitabı olan “360 dərəcədə brendinq” kitabının müəllifidir.

Ramin Bəndə

İfaçı
2008də Sumqayıtda yaranmış Azərbaycan rock qrupu olan "Bəndə"nin vokalisti olan Ramin Bəndə(Ramin Quliyev) TEDxQafqazUniversity səhnəsində yer alan performerlərdən biri idi.

Samir Nağıyev

Müəllim
İstanbul teknik universitesi və Marmara Universiteti məzunu olan Samir Nağıyev beynəlxalq robot yarışmasında hakimlik etmiş,2 elektrik maşını layihə ixtiraçısı və patent sahibidir. TEDxQafqazUniversity səhnəsində Samir Nağıyev Qafqaz tələbələri ilə birgə istehsal etdiyi EQUE elektrik maşınının hazırlanma prossesi,eyni zamanda tətbiqindən danışacaq.

Samirə Əfəndiyeva

İfaçı

Sərvər Qurbanov

Professor
İqtisad elmləri üzrə fəlsəfə doktoru olan Sərvər Qurbanov DAAD qrantı ilə Almaniyada, Fulbright təqaüdü ilə Amerikada elmi tədqiqatlar aparmış,bir sıra xarici universitet və qurultaylara təqdimat üçün dəvət edilmişdir.O həmçinin ”Holland sindromu” əsərinin müəllifidir.

Təranə Xudabaxşıyeva

İdman Jurnalisti + taekvando hakimi
Taekvando üzrə ikinci dan qara kəmər sahibi, taekvando üzrə milli hakim və idman jurnalisti.

Xalisə Şahverdiyeva

Aktivist
Sosial ədalət və insan haqları üzrə aktivist kimi Xalisə Şahverdi, Bakı Asiya Universitetində hüquq üzrə bakalavr, ABŞ-da Nyu- York Dövlət Universiteti - Buffalo Hüquq Məktəbində “Beynəlxalq Ailədaxili Zorakılıq Hüququ” üzrə təhsil alıb və iş təcrübəsi keçib. 2014-2015-ci illər də Açıq Cəmiyyət İnstitutunun (OSF) təqaüdi ilə Riqa Ali Hüquq Məktəbində Beynəlxalq İctimai Hüquq və İnsan Haqları üzrə magistr təhsili alıb. Gender Group İctimai Birliyinin və Azərbaycan Avropa Hərəkatının təsisçisi və İdarə Heyətinin üzvüdür. Xalisə “Qəbul edilmənin çətinlikləri” başlığı altında öz təcrübələrindən danışıb ədalət və humanizmin ictimai fəaliyyətdə əsas meyar olmasını əsaslandıracaq.

Ziya Məcidli

Radio aparıcı + idman yazarı
Məşhur radio aparıcı Doktor Ziya bir çox radio verilişlərində çalışmış və bu sahədə 20 ildən çox təcrübəyə malikdir.

Organizing team

Chingiz
Mammadli

Baku, Azerbaijan
Organizer
  • Samira Gasimova
    Curation