Uğurun formulu
Rəsul Həsən |
TEDxSumgait
• December 2019
İnsanlar illər boyu hansı yollar və vasitələr ilə uğuru əldə edə biləcəklərini araşdırmışdırlar. Bu mövzuda bir çox kitablar yazılmasına və bir sıra sənədli filmlərin çəkilməsinə baxmayaraq uğurun tək və effektiv yolu təyin edilməmişdir. Rəsul Həsənov öz çıxışı zamanı uğurun formulundan, onu qazanmağın yollarından və bu zaman risk faktorlarının vacibliyindən bəhs edir. Rəsul Həsənov Dizayn sahəsindəki peşəkar fəaliyyətinə 2009-cu ildən Kontakt AS reklam şirkətində başlayır. Növbəti illər ərzində isə PeopleBrand, McCann Baku, Paradox, Kokon, Yello Advertising, COOL Agency kimi reklam agentliklərində çalışır. 2014-cü ildə hipperrealistik portretlərin yeni üsulla çəkilməsini düşünərək, foto-illüstrasiya janrının əsasını qoyur. 2015-ci ildə Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretlərini həmin janrda çəkərək Art Villa qalereyasında "DÜHA" adlı fərdi sərgisini təşkil edir. 2017-ci ildə özünün Meteor adlı brendinq agentliyini qurur. 2018-ci ildə Rəsulun portretlərdən ibarət ikinci "DÜHA" adlı fərdi sərgisi Müasir İncəsənət Mərkəzində baş tutur.