Şəkər beynimizə necə təsir göstərir - Nikol Aveyna
17,317,683 views |
Nikol Aveyna |
TED-Ed
• January 2014
Şəkərlə zəngin bir şey yediyinizdə dad reseptorlarınız, bağırsağınız və beyniniz bundan təsirlənir. Mükafat sisteminizin bu cür aktivləşməsi, orqanizmin alkoqol və nikotin kimi asılılıq yaradan maddələrin istifadəsindən sonra yaranan aktivləşmədən fərqlənmir. Həddindən artıq şəkər qəbulu dopamin ifrazını artırır və daha çoxunu istəmənizə səbəb olur. Nikol Aveyna konfet və şirniyyatlardan nə üçün ölçülü şəkildə istifadə edilməli olduğunu izah edir. [Rejissor STK films, rəvayət edən Mişel Snou, musiqi Maykl Dou].