Bakı
x = independently organized TED event

Theme: The Next Loading

This event occurred on
June 28, 2014
10:00am - 4:00pm (UTC +5hrs)
Baku, BA
Azerbaijan

TEDTalks videos and live speakers will combine to spark deep discussions of global issues. Our main goal is to organize an inspiring event that showcases innovative, multi-disciplinary solutions to complex issues in a manner that is accessible to the global public.

Mugham Centre
Neftchilar ave 9
Baku, BA
Azerbaijan
Event type:
Standard (What is this?)
See more ­T­E­Dx­Bakı events

Speakers

Speakers may not be confirmed. Check event website for more information.

Tural Yusifov

1981-ci il 21 avqustda Bakı şəhərində anadan olub. Suraxanı rayonu Hövsan qəsəbəsinin 281 saylı orta məktəbini , Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 994 Prodakşn MMC-nin Direktoru , Avtostop verilişinin müəllifi və aparıcısıdır. Ailəlidir. 1 övladı var.

Aleksandr Məhərrəmov

İş adamı, biznes-təlimçi və məsləhətçi. Yerli biznesin bütün sahələrində 1200-dən çox əlaqələri mövcuddur. Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə «Gomap.az» və «Avroviziya 2012» layihələrində müstəqil məsləhətçi qismində iştirak etmişdir. Azərbaycanda ən məhşur Biznes Dialoq klubunun təsisçisi və rəhbəri. Ukraynanın bir nömrəli «Isaac Pintosevich Systems» şirkətində biznes-təlimçi. Brayn Treysi, Alan Piz, İsxak Pintoseviç, Maykl Benq və s. kimi mütəxəssislərdən təlim almışdır.

Aynura Piriyeva

İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyəti(KSM) üzrə ekspert. Azərbaycan Dillər Universiteti və ABŞ-ın Syracuse Universitenin məzunu. Amerika Ticarət Palatasının KSM komitəsinin sədri, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədr müavini. Səyahət etməyi, idmanla məşğul olmağı və yeni insanlarla ünsiyyət qurmağı çox sevir. Əmindir ki, insan bir brendə çevrilmək üçün dünyaya gəlir, bəzən özü belə bunu anlamadan.

Ramin Hacılı

1983-cü ildə dünyaya gəlib. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə təhsil alıb. Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təsisçilərindən biri və ilk sədri olub (2005-2006). Dalğa GH-nın təsis etdiyi “Demokratiya Məktəbi”nin direktoru (2007-2008), “Demokratiya Akademiyası”nın prezidenti olub. 2011-ci ildən “Üçüncü GƏLƏCƏK” jurnalının (3GJ.az) təsisçisi və baş redaktorudur.

Imran Bagirov

1984 cü ildə Lənkəran şəhərində dünyaya gəlib. Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat və İqtisadi kibernetika fakultəsindən 2004 cü ildə məzun olub. İnformasiya texnologiyaları, İnvestisiya Bankçılığı, Marketinq və Strategiya istiqamətləri üzrə biləvasitə fəaliyyət təcrübəsinə sahibdir. İsvec, Türkiyə və Nepal ölkələrində orta və uzunmüddətli dövr ərzində çalışmışdır, 10-a qədər beynəlxalq olmaqla 150 dən çox müxtəlif ölçülü layihələrin idarəetməsini həyata keçirmişdir. 6Sigma proses idarəetmə sistemi üzrə “Qara Kəmər”- dərəcəsinə malikdir. Hal Hazırda Azercell Telekom şirkətində, Strategiya, Biznesin inkişafı və Layihələrin koordinasiyası şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Turane Huseynli

1992-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 87 saylı orta məktəbdə oxuyub, kimya-biologiya təmaüllü liseydə davam etdirib. Hazırda Bakı dövlət universitetinin biologiya fakültəsinin tələbəsidir. 2012-ci ildən AzTV-də yayımlanan MAG proqramında aparıcı olaraq çalışmışdır. İndi Araz fm-də "Radioskop" verilişinin aparıcısıdır və marketing agentliyində çalışır. Azərbaycan televiziyasında fərqli, çox böyük layihə hazırlayıb, aparıcısı olmağı düşünür.

İsmayil Valiyev

Xəzər və Boğaziçi Universitetlərində Amerikaşünaslıq və Sosyalogiya sahəsində təhsil alıb. Liderlik, Pik Performans və Fərdi İnkişaf sahəsində təlimlər və seminarlar keçir. Bugünə kimi seminar və təlimlərində fərqli yaş qruplarından və bir çox fərqli sahələrdən 6000-dən çox insan iştirak edib. “Özünü Kəşf Et - Sən Qalib Deyilsənsə, Oyun Hələ Bitməyib” kitabının müəllifidir. Uğur qazanmaq və həyatında köklü dəyişikliklər etmək istəyənlər üçün çox effektli olan “Pik Performans və Maksimum Məhsuldarlıq” Fərdi Koçinq (Coaching) proqramı ilə fərqli sahələrin mütəxəsislərinə və gənclərə Koçing xidməti göstərməkdədir.

Rashad Alakbarov

24 iyun 1979 -cu ildə Bakıda anadan olub.7 yaşından sonra heçkim rəssam olacağıma şübhə etmirdi.1999- cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ-tətbiqi sənət fakultəsini bitirib. Sonra magistratura və aspirantura.Və sərgilər. 2007-ci ildə Venesiya Biennalisində iştirak edib. Düşünür ki, bu hər bir rəssamın arzusudur.2013 cü ildə Venesiya Biennalisində yenidən Azərbaycani təmsil edib. Bununla yanaşı bir çox yerli və beynəlxalq sərgilərdə incəsənətini göstərir. Bir neçə Installyasiyası şəxsi kolleksiyalarda saxlanılır.

Sevinc İskəndərova

Sevinc İskəndərova – Təhsil üzrə mütəxəssis. Humanitar Elmlər və Təhsil üzrə Xəzər Universitetində və Niderland Krallığının, Synergy Kollecində təhsil alıb. O, Təhsil sahəsində ingilis dili müəllim kimi, xaricdə təhsil üzrə məsləhətçi, yay məktəbləri üzrə koordinator, Təlim və İnkişaf üzrə İnsan Resurları mütəxəssisi kimi fəaliyyət göstərir. Bugünə kimi 25-ə qədər beynəlxalq və yerli konfranslarda həm təqdimatçı, həm də iştirakçı olub. “Speaking practice for İELTS” kitabının müəlliflərindən biridir. Amerika Maarifçilər Assosiasiyasının üzvüdür. Sevimli məşğuliyyəti fərqli mədəniyyətlərlə tanış olmaqdır. Digər məşğuliyyəti isə mütailələr edib, uğurlu gələcək qurmaqdır. Əmindir ki, heç bir zəhmət nəticəsiz qalmayacaq.

Organizing team

Orkhan
Gasimov

Bakı, Azerbaijan
Organizer

Idris
Heyderli

Bakı, Azerbaijan
Co-organizer
  • Ruslan Hamidov
    Coordinator
  • Asif Isaev
    Assistent
  • Khanim Bayramova
    Team member