Return to the talk Return to talk

Transcript

Select language

Translated by Hidayet Heydarov
Reviewed by Fəxri Xanlarzadə

0:12 Təsəvvür edin, bacarsanız - bir hədiyyə. Bu hədiyyəni beyninizdə canlandırmanızı istəyirəm. Çox böyük deyil - təxminən bir qolf topu böyüklüyündə. Bir təsəvvür edin büküb eləyəndə nəyə oxşadığını. Amma içində nə olduğunu sizə göstərmədən əvvəl, sizə deyim ki, bu, sizin üçün inanılmaz şeylər edəcək. Bütün ailənizi bir araya gətirəcək. Heç olmadığınız kimi sevildiyinizi və dəyərli olduğunuzu hiss edəcəksiniz və illərdir xəbər almadığınız dostlar və tanışlarla əlaqə quracaqsınız. Məftunluq və heyranlıq sizi ağuşuna alacaq. Həyatınızda nəyin ən önəmli olduğunu yenidən ölçəcək bu.

0:51 Sizin mənəviyyat və inancınızı yenidən müəyyənləşdirəcək. Vücudunuza yeni bir anlayış və güvənc bəsləyəcəksiniz. Misilsiz həyatilik və enerjiyə malik olacaqsınız. Lüğətinizi genişləndirəcək, yeni insanlarla tanış olacaq, və daha sağlam bir həyat tərzinə sahib olacaqsınız. Və bunu aldınızmı, tamamilə heç nə etmədən keçirə biləcəyiniz səkkiz həftəlik bir tətiliniz olacaq. Saysız-hesabsız qurman yeməkləri yeyəcəksiniz. Güllər yük maşını dolusu gələcək. İnsanlar sizə deyəcək ki: "Möhətəşəm görünürsən. Nəsə bir iş görmüsənmi sən heç?" Və bir ömür boyu yetəcək yaxşı-yaxşı uyuşdurucularla təminatınız olacaq.

1:33 Rəqabətcil, yaradıcı, həvəsləndirici və təvazökar olacaqsınız. Həyatınızın yeni mənası olacaq. Sülh, sağlamlıq, hüzur, xoşbəxtlik, nirvana. Qiyməti? 55.000 dollar; inanılmaz bir sövdədir.

1:57 İndi, bilirəm, bunun nə olduğunu və hardan ala biləcəyinizi bilməkçün ölürsünüz. Amazondamı satılır? Üzərində Apple loqosumu var? Növbəyəmi yazılmaq lazımdır? Yox, əslində. Bu hədiyyə mənə 5 ay öncə gəldi. Bükülü vəziyətdə buna daha çox oxşayırdı-- elə də qəşəng deyil. Və bu, və sonra da bu. Nadir bir ləl idi o -- bir beyin şişi, hemangioblastoma -- elə hey verəcək bir hədiyyə.

2:35 Və mən indi yaxşıykən, bu hədiyyəni sizinçün arzulamazdım. İstərmiydiniz onu, əmin deyiləm. Amma bu yaşantımı dəyişməzdim mən. Bu, həyatımı önəmli dərəcədə dəyişdi, heç gözləmədiyim şəkildə, sizinlə indicə paylaşdığım bütün şəkillərində.

2:51 Odur ki, növbəti dəfə gözlənilməz, istənməyən, qeyri-müəyyən bir şey ilə üz-üzə qaldığınız zaman, düşünün ki, o, əslində, sadəcə bir hədiyyə ola bilər.

3:04 (Alqış)