Return to the talk Return to talk

Transcript

Select language

Translated by Ziyaddin Sadigov
Reviewed by Gulchin Taghiyeva

0:12 Ciao (Salam)

0:14 Bu Mario, bizim oğlumuzdur. O, 2 il yarım əvvəl anadan olub. Mən olduqca çətin hamiləlik keçirdim, təxminən 8 ay yataqda qalmalı oldum. Amma sonda hər şeyin nəzarət altında olduğunu hiss etdim. Doğum vaxtı onun çəkisi və Apgar Göstəricisi normal oldu. Beləliklə, biz bununla olduqca rahatladıq. Amma doğumundan 10 gün sonra biz onun iflic keçirdiyini aşkar etdik .

0:48 Bu beyin iflici idi. Perinatal iflic 9 aylıq hamiləlik dövründə və ya doğumdan dərhal sonra yarana bilər və onun vəziyyətində, gördüyünüz kimi onun beyninin sağ yarımkürəsi funksiyasını itirib.

1:09 İflicin təsirindən Mario bədəninin sol tərəfini işlədə bilməyəcəkdi. Təsəvvür edin ki, sizin kompyuteriniz və printeriniz var, siz məlumatı daxil edib sənədi çap etmək istəyirsiniz, lakin printerinizin uyğun driverləri yoxdur. Marioda da eyni vəziyyətdir. Sanki, o, sol tərəfini hərəkət etdirmək istəyir, amma onun beyni düzgün məlumatı ötürüb sol əlini və sol ayağını hərəkət etdirə bilmir.

1:47 Bu hadisədən sonra həyatımızı dəyişməli olduq. Gündəlik rejimimizi də dəyişməli olduq. Oğlumuzun doğumunun həyatımıza təsirinə uyğunlaşmalı olduq.

1:59 Roberto D'Angelo: Təəssüf ki, biz buna hazır deyildik. Heç kim bizə belə əlilliyə qarşı necə mübarizə aparacığımızı deməmişdi və cavabını bilmədiyimiz çoxlu suallar var idi. Həqiqətən çox çətin bir dövr idi. Sualların ən sadəsi, təbii ki, "Nəyə görə bizim başımıza gəldi?" idi. Nədə səhv etdik? Bəzi daha çətin suallar da var idi, məsələn, Marionun həyatına təsiri necə olacaq? Demək istəyirəm ki, o, işləyə biləcəkmi? Sonda o, normal vəziyyətə gələcəkmi? Və bir valideyn kimi, birinci dəfə olaraq, düşünürdüm, nəyə görə o, bizdən daha yaxşı olmasın? Çətindir demək, amma bir neçə ay sonra başa düşdük ki, biz özümüzü həqiqətən uğursuz hiss edirik. Demək istəyirəm ki, həyatımızın yeganə gerçək məhsulu sonda uğursuzluqla nəticələnmişdi. Bilirsiniz, özlüyündə bu bizim üçün uğursuzluq deyildi, bu onun həyatına təsir edəcək bir uğursuzluq idi.

3:01 Biz artıq ümidsiz idik. Həqiqətən, çox ümidsiz idik. Sonda isə oğlumuza nəzər salıb nə isə etməli olduğumuzu başa düşdük.

3:10 Beləcə, Franceskanın dediyi kimi, biz həyatımızı dəyişdik. Biz fizioterapiyaya, rehabilitasiyaya başladıq və izlədiyimiz üsullardan biri də "Güzgü Neyronlar Pilotu" idi. Bu terapiyanın davam etdiyi ayarda Mario ilə belə bir məşq edirdik. Bir obyekt var idi və biz ona obyekti götürməyi öyrətdik. "Güzgü neyronlar" nəzəriyyəsinə görə, siz hal-hazırda mənim nə etdiyimi izləyirsiniz və siz də bu hərəkəti etməklə eyni neyronları aktivləşdirirsiniz. Görünür bu rehabilitasiyanın ən yaxşı üsuludur.

3:47 Amma bir gün biz aşkar etdik ki, Mario daha bizim əlimizə baxmır. O, bizim özümüzə baxırdı. Biz onun güzgüsü idik. Problem onda idi ki, biz depressiyada idik, biz ona bir problem kimi baxırdıq, bir oğul kimi yox, pozitiv cəhətdən yox. Amma həmin gün bizim nöqteyi-nəzərimiz dəyişdi. Biz başa düşdük ki, Mario üçün daha yaxşı güzgü olmalıyıq.

4:19 Biz öz gücümüzü və eyni zamanda onun gücünü ələ aldıq. Ona bir problem kimi deyil irəliləyiş üçün bir imkan kimi baxmağa başladıq. Əslində bizim dəyişməyimiz labüd olduğundan "Güzgü olaraq Marioya hansı güclü cəhətlərimizi göstərə bilərik?" sualında cavab tapmağa çalışdıq. Və biz ilk öncə öz əzmimizdən başladıq. Demək istəyirəm ki, həyat yoldaşım və mən kifayət qədər fərqliyik, amma bizim çoxlu ortaq cəhətimiz var. Biz səyahəti, musiqini, belə yerlərdə olmağı sevirik və Marionu özümüzlə götürməyə başladıq. Sadəcə ona göstərə biləcəyimiz ən yaxşı şeyləri göstərməyə çalışdıq.

4:58 Bu qısa video keçən həftə çəkilib.

5:04 Mən demirəm ki, --

5:05 (Alqışlar) ---

5:07 Mən demirəm ki, bu möcüzədir. Bu bir mesaj deyil, çünki biz hələ yolun əvvəlindəyik. Sadəcə Marionun sayəsində öyrənmənin əsasının nə olduğunu başa düşdüyümüzü paylaşmaq istədik. Bu əlində olanı hədiyyə kimi qəbul edib, əldə edə bilmədiyini şans olaraq qəbul etməkdir. Bu da sizinlə paylaşmaq istədiyimiz əsas mesajdır. Bu səbəbdən də bu gün burdayıq.

5:36 Mario!

5:38 Bu səbəbdən

5:39 (Alqışlar) ---

5:44 Buna görədir ki, burada onunla dünyanın ən yaxşı güzgüsünü paylaşmaq istədik. Hamınıza çox təşəkkür edirik.

5:58 FF: Təşəkkürlər. RD: Təşəkkürlər. Salamat qalın.

6:00 (Alqışlar)

6:04 FF: Təşəkkürlər. (Alqışlar)