Return to the talk Return to talk

Transcript

Select language

Translated by Ruslan M
Reviewed by Gulchin Taghiyeva

0:11 Bir neçə il bundan əvvəl özümü bir adətdə alışmış kimi hiss etdim buna görə də görkəmli Amerikan filosofu Morgan Spurlock-un ayaq izləri ilə gedərək 30 gün ərzində yeni bir şeyi sınamağı qərara aldım. Bu ideya əslində çox sadədir. Hər zaman həyatınıza əlavə etmək istədiyiniz bir şeyi düşünün və növbəti 30 gün ərzində bunu sınayın. Sən demə, 30 gün yeni bir adət yaratmaq, məsələn xəbərlərə baxmaq, və ya hansısa adəti ləğv etmək üçün tam kifayətdir.

0:42 Mən bu 30 günlük sınaqları edərkən bir neçə şey öyrəndim. İlk olaraq, ayların gəlib keçərək unudulması əvəzinə vaxt daha yadda qalan oldu. Sınaq üçün mən bir ay ərzində hər gün bir şəkil çəkdim. Və həmin gün harada olduğumu və nə etdiyimi tamamilə xatırlayıram. Həmçinin gördüm ki, daha çətin 30 günlük sınaqlar etdikcə mənim özümə inamım artdı. Mən stolundan ayrılmayan kompyuter ustasından əyləncə üçün işə velosiped ilə gedən bir şəxsə çevrildim. Hətta keçən il mən Afrikanın ən uca zirvəsi olan Klimancaro dağına çıxdım. Mən 30 günlük sınaqlara başlamadan əvvəl heç vaxt bu qədər macəraçı ola bilməzdim.

1:27 Həmçinin öyrəndim ki, əgər nəyisə çox istəyirsənsə 30 gün ərzində istənilən hər şeyi edə bilərsən. Heç roman yazmaq istəmisiniz? Hər Noyabr on minlərlə insan öz 50,000 sözlük romanını 30 gün ərzində başdan yazmağa cəhd edir Deməli, bütün etməyin gərəkən bir ay ərzində hər gün 1 667 söz yazmaqdır. Mən bunu etdim. Bu arada, bunun sirri günlük lazımi sözləri yazmadan yatmamaqdır. Siz yuxusuz qala bilərsiniz amma romanı bitirəcəksiniz. Mənim romanım Amerikanın möhtəşəm romanlarından biri oldumu? Xeyr. Mən onu bir aya yazdım axı. O çox pisdir. Amma mən əgər həyatım boyu John Hodgman (tanınmış yazıçı) ilə TED yığıncağımda görüşsəm ona, "Mən kompyuter alimiyəm" demək məcburiyyətində deyiləm. Xeyr, əgər istəsəm deyə bilərəm ki, "Mən yazıçıyam"

2:25 (Gülüş)

2:28 Mənim qeyd etmək istədiyim sonuncu bir şey də var. Mən öyrəndim ki kiçik, davamlı və durmadan edə biləcəyim dəyişikliklər etdikdə onların məndə adət olma ehtimalı çox idi. Böyük və çılğın hərəkətlər etmək heç də yanlış deyil. Əslində, onlar çox əyləncəlidirlər. Amma onların sizdə adət olma ehtimalı azdır. Mən şəkəri 30 günlük atanda 31-ci gün belə görünürdü.

2:50 (Gülüş)

2:52 Beləliklə sizdən soruşuram: Nəyi gözləyirsiniz? Mən sizi əmin edirəm ki, siz istəsəniz də, istəməsəniz də növbəti 30 gün gəlib keçəcək Bəs onda nə üçün həmişə sınamaq istədiyiniz bir şey düşünüb növbəti 30 gün ərzində bunu sınamayasınız?

3:11 Təşəkkürlər.

3:13 (Alqış)