Return to the talk Return to talk

Transcript

Select language

Translated by Mohammad Tofighi
Reviewed by Gulchin Taghiyeva

0:11 Öz sistemimiz xaricindəki planet sistemləri parıldayan işıqlarını gördüyümüz, ancaq küçələrində gəzə bilmədiyimiz uzaq şəhərlər kimidir. Bununla birlikdə, bu parlayan işıqları araşdıraraq ulduz(planet sisteminin mərkəzi) və planetlərin öz ekosistemlerini və yaşayış mühitini yaratmaq üçün necə qarşılıqlı təsirdə olduqlarını da öyrənə bilərik.

0:29 Tokio şəhərinin siluetinin görüldüyü bu şəkildə ən yeni planet ovçusu kosmos teleskopu Kepler Mission'dan əldə etdiyimiz bəzi məlumatlar gizlədilib. Görə bilirsiniz? İndi daha dəqiq görünürlər. Bu, hər yarım saatda bir 150.000-dən çox ulduzun işığını eyni anda və qüsursuz bir şəkildə ölçərək planet axtaran Keplərin müşahidə etdiyi səmanın kiçik bir hissəsidir.

0:53 Hansəsa planet, ulduzunun qarşısından keçərkən o ulduzdan bizə çatan işığa qismən maneə törətdiyi üçün gələn işıqda çox az bir azalma olur. Bizə lazım olan da budur. İki ildən çox bir müddətdir reallaşdırdığımız işlərdə digər ulduzların ətrafında 1.200-dən çox gizli planet sistemi kəşf etdik. Daha aydın izah etmək üçün, əlavə edim ki, Keplərdən əvvəlki iyirmi illik araştırmalarımızda yalnız 400 planet sistemindən xəbərdar idik.

1:20 İşığın azalmasından asılı olaraq müşahidələr aparırıq. Əvvəlcə orada bir planetin varlığından əmin ola bilərik. Eyni zamanda bu planetin böyüklüyü və planetin ana ulduzdan olan uzaqlığını da müəyyən edə bilirik. Bu məsafənin nə qədər olduğu çox mühümdür çünki bizə planetin tam olaraq nə qədər işıq aldığını göstərir. Bəhs edilən bu məsafəni və işıq miqdarını bilməmiz əhəmiyyətlidir. Çünki bu vəziyyət düşərgə tonqalının ətrafında oturmaq kimidir. Atəşə, sizi kifayəq qədər isidəcək, ancaq yandırmayacaq bir məsafədə olmaq istəyərsiniz.

1:50 Lakin, ana ulduz haqqında, alınan cəmi işıq miqdarından başqa bilməli olduğumuz başqa detallar da var. Bunun səbəbini sizə izah edim. Bu Ulduzumuzdur. Bu da Günəş. Bu görünən işıqdır. Yəni bu bir insan gözünün görə biləcəyi işıq. Buradakı görünüşdə günəşin adi sarı topa bənzəyir- -uşaqlığımızda şəkilini çəkdiyimiz kimi. Ancaq başqa bir şeyi daha hiss edəcəksiniz. günəşin üzərində çilləri olduğunu. Bu çillər günəş ləkələri adlanır. və bunlar günəşin maqnetik sahəsinin göstəricilərindən yalnız biridir. Bunlar eyni zamanda ulduzdan gələn işığın dəyişməsinə də səbə olur. Və biz bu dəyişikliyi Kepler sayəsində qüsursuz bir şəkildə ölçüb, təsirlərini təqib edə bilərik.

2:30 Ancaq bütün bunlar aysberqin yalnız görünən qisimidir. Əgər bunlara bənövşəyi sonrası və ya X şüaları gözüylə baxsaq, digər ulduzlarda olduğu kimi günəşin maqnetik fəaliyyətlərinin dinamik və təəccüblü təsirlərini görə bilərik. Buludlu günlərdə belə səmada bu cür fəaliyyətlərin daimi müşahidə edildiyini təsəvvür edin. Qısacası bir planetin həyat üçün əlverişli olub olmadığını anlamaq üçün yalnız cəmdə nə qədər işıq aldığını və istiliyini deyil eyni zamanda onun ətrafındakı şərtləri yəni yüksək enerjili radiasiya vəziyyətini ulduzun yaratdığı və radiasiya mühitində görünən bənövşəyi sonrası və x şüaları səviyyəsini öyrənmək istəyirik.

3:14 Ancaq, digər ulduzların planetlərini günəş sistemimizdəki planetləri araşdırdığımız kimi detallı bir şəkildə araşdıra bilmirik. Burada Venera, Dünya və Mars planetlərini görürsünüz. Günəş sistemimizdəki təxminən eyni böyüklükdə olan bu üç planetdən ancaq biri- Yer yaşayış üçün münasibdir. Bizim bu cihazla edə biləcəyimiz də ulduzlardan gələn işıq miqdarını ölçüb planetlər ilə ana ulduzları arasındakı bu əlaqəni anlamağa çalışaraq kainatdakı hansı planetlərin yaşamaq üçün əlverişli olduqlarına dair dəlillər tapmağa çalışmaqdır.

3:47 Kepler araşdırdığı hər bir ulduz ətrafında bir planet tapmaya bilər. Ancaq həqiqətən də bütün ölçüləri vacibdir, çünki bu bizə ulduzlar ilə planetlər arasındakı əlaqəni və həqiqətən də kainatda həyatın meydana gəlməsini ulduz işığının mümkün hala gətirdiyini göstərir. Müşahidə edən Teleskop Kepler olsa da araşdırmanı edən bizlərik yəni həyatın özü.

4:11 Təşəkkürlər.

4:13 (Alqışlar)