Bütün dünyanın, həm də bu ölkənin ehtiyacı olan şey siyası debatların daha yaxşı aparılmasıdır. İtirilmiş demokratik debat sənətini yenidən qazanmalıyıq. (Alqış) Bizim ölkədə olan debatları nəzərdə tutursunuzsa, onların çoxu kabel kanallarında bir-birinə qışqırmaq, Konqresdə ideoloji yemək davasındır. Mənim isə başqa təklifim var. Bu günlərdə müzakirə etdiyimiz məsələlərə nəzər salaq, sağlamlıq proqramı, Wall Street-dəki əlavə bonuslar və maddi dəstəklər, varlı və kasıb arasındakı uçurum, və eyni cinsilərin evliliyi. Müzakirə edən tərəflərin üzərində durduqları həmin fikirlər və suallar əslində moral filosofiya və ədalət mövzusundakı böyük suallardandır. Biz isə siyasətdə bu böyük moral sualları çox nadir hallarda dilə gətərir nə müdafiə edirik.
Bu gün mənim etmək istədiyim də qısa bir müzakirədir. İlk öncə icazə verin ədalət və etika haqdakı bu böyük suallardan yazan məhşur filosof, qədim Atenalı Aristoteli nəzərinizə çatdırım, onun ədalət teoriyası haqda qısa bir mühazirə verim, sonra sizinlə bərabər Aristotelin fikirlərinin bizim bugünkü düşüncə və müzakirələrimizə köməyi olub olmadığına nəzər salaq. Mühazirəyə hazırsınız yəqin ki. Aristotelin fikrincə ədalət insanlara layiq olduqlarını verməkdir. Budur bütün mühazirə.
Deyə bilərsiniz ki bu aydın məsələdir. Əsl böyük sual kim nəyə və nə üçün layiqdir sualını verəndə ortaya çıxır. Fleytanı götürək, misal üçün. Deyək ki, fleytaları bölüşdürürük. Ən yaxşılar kimə çatmalıdır? Burada əyləşənlər-- Siz nə deyərdiniz? Kim ən yaxşı fleytaya layiqdir? Yerdən danışa bilərsiniz.
Michael Sandel: Təsadüfən. Lotereya kimi etmək olar. Yaxud fleytanı almaq üçün zala girən ilk adamlar. Başqa kim?
(Auditoriya: Fleytanı ən yaxşı ifa edənlər.)
MS: Ən yaxşı fleyta ifaçıları. (Auditoriya: Ən pis ifaçılar.)
MS: Ən pis ifaçılar. Neçə nəfər ən yaxşı ifaçılar deyir? Nə səbəbdən? Əslində Aristotel də bu cavabı vermişdi.
Amma daha çətin sual da var. Bu fikirdə olan insanlardan soruşuram, nəyə görə ən yaxşı fleytalar ən yaxşı ifaçılara verilməlidir?
Peter: Hamı üçün ən xeyirli olsun deyə.
MS: Hamı üçün ən xeyirlisi. Fleytalar ən yaxşı ifaçıların olsa hamı daha yaxşı musiqiyə qulaq asacaq. Adınız Peterdi hə?(Auditoriya: Peter.)
MS: Yaxşı. Yaxşı səbəbdir. Pis musiqidənsə yaxşı musiqi çalınsa daha yaxşı olar. Ancaq Peter, Aristotel başqa səbəbdən bu fikirdə idi. Normaldır bu. Aristotel ən yaxşı fleytanın ən yaxşı ifaçıya verilməsini başqa səbəbdən doğru hesab edirdi. O deyirdi ki, fleyta yaxşı ifa edilmək üçün yaradılıb. O deyirdi ki, nəyinsə ədalətli bölgüsünü təmin etmək üçün həmin əşya və ya ictimai fəaliyyətin, indiki halda misiqi ifasının məqsədini tapmalı və ya müzakirələr aparmalıyıq. İndiki halda musiqi ifasının əsl məqsədi əla musiqi təqdim etməkdir. Hamımızın faydalanacağı xoş bir nəticə. Ədalət haqda isə, Aristotel deyir ki, bizim həqiqətən fikir verməli olduğumuz şey, sual altında olan fəaliyyətin əsl təbiəti və hörmət, məftunluq və qiymət veriləcək keyfiyyətlərə malik olmasıdır. Ən yaxşı fleytanı ən yaxşı ifaçının olmasının səbəblərindən biri musiqi ifası yalnız bizi xoşbəxt etmək üçün deyil, həm də ən yaxşı musiqiçilərin tanınması və hörmət edilməsi üçündür.
Fleytaların bölüşdürülməsi bir az əhəmiyyətsiz misal ola bilər. Ədalət üzərinə qurulmuş başqa daha müasir misala nəzər salaq. Qolfla əlaqədardır. Bir neçə il bundan öncə olub, Casey Martin adlı şəxs eşitmisiniz? O çox yaxşı qolfçu idi, ancaq çatışmazlığı var idi, ayağı sağlam deyildi, ayağındakı qan dövranı pozğunluğu yeriməsini çətinləşdirirdi. Yaralanmaq riski yüksək idi əslində. O, Peşəkar Qolf Federasiyasından Peşəkar Qolf Turnirlərində qolf maşınından istifadə etmək üçün icazə istədi. Ona yox cavabını verdilər, "Bu sizə ədalətsiz üstünlük vermiş olar." dedilər. O, işi məhkəməyə verdi, və inanın ki, qolf maşını ilə bağlı bu məhkəmə işi Ali Məhkəməyə qədər gedib çıxdı. Qanunda zədəlilərin kömək edilməsi vacib şərt olduğuna görə onun maşınla təmin olunması oyunun əsl təbiətinə heç bir təsir göstərmir. O deyir, "Mən yaxşı qolfçuyam. Və oynamaq istəyirəm. Ancaq bir nöqtədən digərinə getmək üçün qolf maşınına ehtiyacım var."
Deyək ki, siz Ali Məhkəmədə idiniz. Bu məhkəmə işində ədaləti bərqərar edəcək siz idiniz. Burda oturanlardan neçəsi Casey Martin qolf maşınından istifadə etmək haqqı var deyərdi? Və neçə nəfər yox deyərdi? Səsvermə keçirək, əllərinizi qaldırın. Kimlər Casey Martinin tərəfini tutardı? Kimlər əks qərar verərdi? Kimlər ona maşın verilməsin deyərdi? Əla, fikir bölgüsü müşahidə edirəm mən. Casey Martinə qolf maşını verilməməsinin təfərdarı olanlar, nə səbəbdən belə düşünürsünüz? Əlinizi qaldırın, mikrofon veriləcək sizə. Nə səbəblər göstərə bilərsiniz?
(Auditoriya: Bu ədalətsiz üstünlük olardı.)
MS: Əgər o qolf maşını sürsəydi, bu ədalətsiz olardı. Yaxşı, çoxunuz ona maşın verməmək səbəbləri ədalətsiz üstünlük hesab edirsiniz yəqin ki. Ona maşın verilməsinin tərəfdarları necə? Qarşı çıxanlara nə cavab verərdiniz? Yaxşı, buyurun.
Auditoriya: Maşın oyunun parçası deyil.
MS: Adınız nədir sizin? (Auditoriya: Charlie.)
MS: Charlie deyir bunu-- Kimsə cavab vermək istəsə indi Charlie-yə mikrofon verilir. Davam et Charlie, Nəyə görə ona qolf maşını verilməlidir?
Charlie: Maşın oyunun bir hissəsi deyil.
MS: Qolfda deşiklər arasındakı məsafə necə?
Charlie: Elə də fərqi yoxdur; O da oyunun bir hissəsi deyil.
MS: Qolfa məsafəni yerimək oyunun bir hissəsi deyil deyirsiniz?
Charlie: Mən bildiyimə görə, yox.
MS: Yaxşı. Sən gözlə, Charlie.
Kim Charlie-yə cavab vermək istəyir? Kim cavab vermək istəyir Charlie-yə? Buyurun.
Auditoriya: Dözümlülük oyunda çox vacib faktordur, deşiklər arasını yerimək də onun ölçüsü.
MS: Bütün deşiklər arası məsafəni qət etmək? Qolf oyunun bir hissəsidir? (Auditoriya: Elə di ki var.)
MS: Adınız nədir? ( Auditoriya: Warren.)
MS: Warren. Charlie, sən Warrenə nə deyirsən?
Charley: Mən əvvəlki fikrimin üstündə qalıram.
Charley: Amma mən qolfçuyam. (MS: Əla) (Gülüş)
Bilirsiniz, maraqlı haldır. Məhkəmə işində də bu məsələni aydınlaşdırmaq üçün əlaqədar şəxslər dəvət olunmuşdu. Yerimək oyunun bir hissəsidirmi? Jack Nicklaus və Arnold Palmer də dəvət olunmuşdu. Və sizcə onlar nə dedillər? Bəli. Onlar Warrenlə razı idilər. Onlar dedilər ki, bəli, yerimək fiziki iş kimi qəbul olunur. Və bu qısa iş oyunun bir parçasıdır. Ona qolf maşını verilməsi oyunun əsas təbiətinə zidd olacaq. Maraqlı bir şeyə diqqətinizi çəkim ki -- Əvvəlcə Ali Məhkəmədən danışım.
Ali Məhkəmə qərar qəbul etdi. Sizcə nə qərar idi? Qərar qəbul olundu ki, bəli, Casey Martin qolf maşını ilə təmin olunmalıdır. 7-2 səs çoxluğu ilə qərar qəbul olundu. Məhkəmənin qərarı və bizim müzakirəmizin maraqlı tərəfi budur ki, qolfun əsas təbiətini müəyyən etməklə düzgün, ədalətli qərar qəbul etmiş oluruq. Ali Məhkəmə hakimləri də bu suala cavab axtarırdılar. Hakim Stevens, çoxluğun adından dedi ki, qolfun bütün tarixini oxuyub və oyunun əsas məğzi kiçik topu bir nöqtədən mümkün qədər az zərbəylə deşiyə salmaqdan ibarətdir, bu zaman yerimək isə zəruri deyil, təsadüfidir.
Qarşı çıxan iki nəfər var idi, biri hakim Scalia idi. O maşının verilməsinə qarşı idi, və çox maraqlı bir ifadəsi var idi. Maraqlıdır, çünki o, çoxluğun qəbul etdiyi kimi Aristotelin ideyası ilə razı deyildi. O deyirdi ki, qolf kimi oyunun əsas təbiətini müəyyənləşdirmək qeyri-mümkündür. O, fikrini belə izah edirdi. "Nəyinsə əsas, vacib olduğunu demək, xüsusi bir əşyanın əldə edilməsi üçün lazımlı olduğunu deməkdir. Ancaq oyunun əsl məqsədi əyləncə olduğu, və heç bir əşya əldə edilmədiyi üçün, (Gülüş) ki, oyunu səmərəli fəaliyyətdən ayırır, (Gülüş) oyunun qaydalarının heç birinin lazımlı, əsas olmadığını demək olar."
Bu mülahizəsiylə hakim Scalia çoxluğun müdafiə etdiyi Aristotelin ideyasına qarşı çıxırdı. Hakim Scalianın fikri iki səbəbdən sual doğurur. Birincisi, həqiqi idman azarkeşi heç vaxt belə danışmazdı. (Gülüş) Əgər oyunun qaydalarının üstünlükləri və yaxşı keyfiyyətləri üzə çıxarmaqdan daha çox, başqası tərəfindən müəyyənləşdirilmiş və dəyişkən qəbul etsəydik, oyunun nəticəsilə elə də maraqlanmazdıq. İkinci etiraz da var hakimin bu fikrinə. İkinci bir tərəfdən, maşının verilib verilməməsilə bağlı bu müzakirə-- adələtli, və ya ədalətsiz üstünlük haqda idi. Ədalətlilik əsas mövzu olsaydı sizcə nəticə necə olardı? Siz necə düşünürsünüz? ( Auditoriya: Hər kəs maşından istifadə etsin.) Kim istəsə qolf maşınından istifadə etsin. Bununla ədalətsiz olduğu fikrindən yayınmış olar insanlar.
Ancaq Qolf Federasiyasının nümayəndələri üçün yalnız Casey Marthin üçün qolf maşını verilməsi, digər bütün oyunçuların da maşınla təmin olunmasından daha asan və xoşagələn olardı. Sizcə niyə? Çünki qolf maşını haqdakı mübahisə ancaq qolfun əsl təbiəti ilə bağlı deyil, dolayısıyla həm də atletlərin hansı istedadı tanınma və təqdirə layiq olduğu sualına cavab tapmaq haqda idi. Bir az daha dəqiq deməyə çalışsaq: Qolfçular oynadıqları oyunun atletik göstəriciləri haqda bir az həssasdırlar. (Gülüş) Əslində heç bir qaçmaq, tutmaq lazım deyil, və top olduğu yerdə durur. (Gülüş) Və əgər qolf maşınla gəzərək oynanan bir oyun olsa idi, qolf mütəxxəsislərinə, bizim təklif etdiyimiz kimi ancaq həqiqi atletə şamil edilən tanınma və layiqlilik anlayışını izah etmək çox çətin olardı. Bu qolfla, həm də fleytayla bağlı hekayələrdən anlamaq olar ki, "Müzakirə edilən fəaliyyətin əsas təbiətini nədir və bu fəaliyyətin hansı keyfiyyətləri tanınmağa və hörmətə layiqdir?" sualına cavab vermədən ədalətli olmağa çalışmaq çətindir.
Axırıncı misala nəzər salaq, hazırkı siyasi debatlardan biridir: eyni cinslilərin evliliyi. Bəziləri yalnız bir qadın və bir kişi arasındakı ənənəvi evliliklərin dövlət tərəfindən tanınmasının tərəfdarıdırlar, bəzilər isə eyni cinsli evliliklərin tanınmasının tərəfdarı. Birinci siyasətin tərəfadarı kimlərdir burada: dövlət ənəvi evliliklərinimi tanımalıdır sizcə? Və kimlər ikinci, eyni cincli evlilik tərəfadarıdır? Başqa cür desək, evlilik haqda hansı moral və ədalətli fikirlərimiz var? Eyni cinsli evliliyə qarşı çıxanlar deyir ki, evliliyin əsas məqsədi uşaq dünyaya gətirməkdir, və bu tanınmağa, hörmətə və rəğbətə dəyər bir işdir. Enyi cinsli evliliyin tərəfdarları buna yox deyirlər, evliliyin tək məqsədi uşaq dünyaya gətirmək deyil, deyirlər. Ömrünüz boyu davam edəcək ikitərəfli sevgi bağları nədir bəs? Evliliyin əsl mahiyyəti budur. Beləliklər fleytanın bölgüsü, qolf maşını, hətta daimi müzakirə olunan eyni cinsli evlilik mövzusunun müzakirəsində Aristotelin ideyası vacib rol oynayır. Ədalət axtarmazdan əvvəl, sosial qurumların məqsədi və hörmət və tanınmaya dəyər keyfiyyətlərini axtarmaq daha asan olar.
Bu misallara baxsaq, onların Birləşmiş Ştatlar, həm də bütün dünyadakı siyasi proseslərin təkmilləşdirilməsində nə dərəcədə kömək edəcəyini görə bilərik. Belə bir fikir var ki, siyasi etika ilə bağlı suallara bir başa cavab vermək fikir ayrılığı, dözülməzlik və ayrı-seçkiliyə səbəb ola bilər. Ona görə də, moral və dini dəyərlərdən uzaq müzakirələr eyməklə sivil cəmiyyət yarada biləcəklərinə inanırlar. Bizim müzakirəmizdən isə məncə tam əks fikir yarandı, qarşılıqlı anlaşma və hörmət mühitini yaratmaq üçün, insanlar siyasətə girməzdən əvvəl, onları ictimai həyata bağlayan etik normalarından uzaqlaşdırmaqdansa, etik normalarını siyasətdə istifadə etmələri daha yaxşı olardı. Bu məncə demokratik siyasi debat ənənəsini geri qazandıra bilər.
Çox sağ olun. Təşəkkür edirəm. Chris. Çox sağ ol, Chris.
Chris Anderson: Fleytadan qolf maşınına, ordan da enyi cinsli evliliyə. Yaxşı düşünülmüş əlaqədir. Başqa bir məsələ, açıq dərs anlayışının yaradıcısısan. Sənin müzahirələrin ilk açıq dərslərdəndir. Bunun davamı olaraq nə gözlənilir?
MS: Əslində, açıq dərsin mümkünlüyünə inanıram. Adi sinif otaqlarında tələbələr öz etik baxışlarına əsaslanaraq böyük ictimai suallara cavab axtarırlar. Və bunun ictimaiyyət qarşısında tez-tez təşkil edilməsinə ümid edirik. İstəyirik ki, ictimai kanal üçün hazırlanan və hal-hazırda da internetdə izləmək mümkün olan videoları əsas götürərək partnyor institutlar tapaq-- Çində, Hindistanda, Afrikada, bütün dünyada partnyorlar tapmaqla, sivil mühazirə, həmçinin bütün dünyanı əhatə edən daha geniş demokratik debatların təşkil olunmasına ümid edirik.
CA: Başa düşürəm sizi, təsəvvür edirəm ki, indi burada təşkil etdiyiniz debatın eynisini edəcəksiniz, ancaq qonaqlar Çindən Hindistandan olacaq?
Bu gün burada ona bənzər bir söhbət etdik, Harvardda 1000-ə yaxın tələbə iştirak edir mühazirələrdə. Bu cür müzakirələrdə böyük moral suallara cavab axtarılır, adicə vebkamera videosu vasitəsilə Pekin, Mumbai, Kembric, Masaçusetsdən olan insanlar öz mənəvi bağları ilə global mühazirə otağı yaradacağına inanıram. Budur bütün istədiyim.
CA: Əminəm ki, sizin bu təşəbbüsünüzü dəstəkləyən insanlar çox olacaq. Michael Sandel. Çox sağ ol. (MS: Çox sağ ol.)
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Micheal Sandel "Demokratiya sivil debatın əsasını təşkil edir" deyir-- ancaq təəssüf ki, biz praktikadan uzağıq. O əyləncəli və interaktiv bir müzakirə yaradır, sonu ədalətin əsaslarını sual altında qoyan Ali Məhkəmənin ən son işlərindən birini( PGA Tour, Inc. v. Martin) TEDsterlərin də iştirakı ilə müzakirə edir.
Michael Sandel teaches political philosophy at Harvard, exploring some of the most hotly contested moral and political issues of our time. Full bio »
Translated into Azerbaijani by Gulchin Taghiyeva
Reviewed by Ruslan M
Comments? Please email the translators above.
18:21 Posted: Feb 2010
Views 352,025 | Comments 268
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.