Chris Anderson : Julian, xoş gəlmisiniz. Belə bir məlumat verildi ki Wikileaks, sənin əsərin, ...son illərdə bütün dünya mətbuatının yayımladığı məlumatdan daha çox məlumat yayımlayıb. Bu mümkündürmü?
Julian Assange : Bəli, bunun doğru olması mümkündür? geri qalan dünya mediasının bu qədər pis işləməsi narahatlıq vericidir ele deyilmi? kiçik bir aktivistlər qrupu bütün dünya mətbuatından daha çox informasiya yaymağa qadirdir.
CA: Bunu necə edirsiniz? İnsanlar bu sənədləri necə yayır? Məxfilik prinsipi necə qorunur?
JA: Bildiyimiz qədərilə bunlar məlumat sızdıran şəxslərdir. Bu məlumatların bizə çatması üçün müxtəlif yollar var. İzlənmənin qarşısını almaq, internetdə rahat yaymaq üçün məlumatı şifrələyir, qanuni qorunmasını təmin etmək üçün İsveçrə və Belçika kimi ölkə məhkəmələrinə müraciət edirik. İnformasiyanı şifrəli və ya adi halda qəbul edir, adi xəbər agentliklərində olduğu kimi nəzərdən keçirir, formatlaşdırır-- nəhəng məlumat bazaları olduqda bu bir az çətin də ola bilər-- ictimaiyyətə açıqlayır və mümkün leqal və siyasi hücumlara qarşı özümüzü qoruyuruq.
CA: Yəni sənədlərin hüquqiliyi təmin edilir demək. Çox vaxt məlumat mənbəyinin kim olduğunu da bilmirsiniz axı.
JA: Doğrudur. Onları nadir halda tanıyırıq. Əgər məlumatın mənbəyini tapsaq həmin informasıyanı dərhal məhv edirik. (Telefon zəng çalır) Zibil.
CA: Məncə CIA-di, TED-ə üzvlüyün kodunu soruşur.
Mövcud misallara nəzər salaq məncə. Bu, bir neçə il əvvəl sızdırılan məlumatdır. Bu sənədə nəzər salaq. Kenyadan bir hekayə idi. Bu hekayəni necə sızdırmağınız haqda danışa bilərsən?
JA: Bu sənəd Kroll Report-dur. 2004-cü il seçkilərindən sonra Kenya hökuməti tərəfindən aparılmış araşdırma idi. 2004-cü il seçkilərinə qədər Kenya 18 il müddətində Daniel arap Moi tərəfindən idarə olunmuşdu. O Kenyada mülayim diktator idi. Coalisiyanın gücü ilə Kibabi hakimiyyətə gəlib korrupsiya ilə mübarizəyə başlayanda onlar 2 milyon paund xərcləməklə bu birgə hesabatı yayımladılar. Hökumət də bu hesabatdan Kenyada həmin vaxt və indi də ən varlı adam olan Moiyə qarşı siyasi güc kimi istifadə etdilər. Kenya jurnalistikasının müqəddəs kitabı kimidir. 2007-ci ildə 28 Dekabr seçkilərdən bir az əvvəl Kenyaya gedib, sənədləri əldə edə bilmişdim. Bu hesabatı, yeni prezident Kibabi Daniel arap Moinin pullarına əl qoyacaq adamla yaxınlaşmağa başladıqdan 3 gün sonra yayımladıq. Bu hadisədən sonra hesabat prezident Kibabiyə zərbə oldu.
CA: Uzun sözün qısası- hesabat Kenya mətbuatına birbaşa deyil, dolayısı yollar ilə çatdırıldı. Və fikirləşirsən ki, bu seçkilərin nəticəsini dəyişdi. JA: Bəli. Xəbər əvvəl Guardianın baş səhifəsinda, sonra isə Kenyanın ətrafındakı ölkələrdə, Tanzaniya və Canubi Afrikada dərc olundu. Xəbər xaricdən gəldi. Bir neçə günün içində Kenya mətbuatı da məsələ haqda rahat yazmağa başladı. 20 gün ardıcıl olaraq Kenya mətbuatında yayımlandı və Kenya təhlükəsizlik xidmətinin hesabatına görə səslərin 10 faizini dəyişdirdi, bununla da seçki nəticələrinin dəyişməsinə yol açdı.
CA: Yəni sizin sızdırdığınız məlumat həqiqətən dünyanı dəyişdi?
CA: Bu dəfə isə, Bağdaddakı hava hücumu haqda video var. Video özü bir az uzundur. Bu qısa klip şəklindədir. Əvvəlcədən deyim, bu videoda bir az şiddət var.
Radio: ... zibil, bircə üstləri açılsa. İndi görünürlər, Xammerdə görünür.. Aydındır. Atəş. Hamısını görəndə xəbər elə. Güllələ. Hamısını vur. Atəş, atəş! (Avtomatik silahdan atəş) Davam et, davam. (Avtomatik silahdan atəş) Davam. Otel... Bushmaster Two-Six, Bushmaster Two-Six, qayıtmaq lazımdı, indi! Oldu, 8 nəfərin hamısını öldürdük. İki vertolyot var, atəş etməyə davam edirik. Oldu. Hamısı öldü. Two-Six, Two-Six-dir danışan, hərəkətdəyik. Oops. Bağışla. O nə idi elə? Zibil, Kyle. Ahaa, həll oldu, hahaha
CA: Bu videonun təsiri necə oldu?
JA: Bu işdə əli olan insanlar üçün ağır oldu. Bu video ilə bağlı araşdırma üçün Bağdada 2 nəfər göndərildi. Bu əslində videodakı 3 hücumdan biridir.
CA: Səhv etmirəmsə bu hücumda Reutersin 2 əməkdaşı olmaqla 11 nəfər öldü hə?
JA: Bəli. İki Reuters işçisi öldü, 2 uşaq yaralandı. Ümumilikdə isə 18-26 nəfər adam öldü.
CA: Bunların yayımlanması geniş narazılığa səbəb oldu. Sizcə bu qəzəb və narazılığın başlıca səbəbi nə idi?
JA: Bilmirəm dəqiq, məncə insanlar güclərin qeyri-bərabərliyini gördülər. Küçəylə rahatca gedən insanların üstündə uçan Apaçi vertolyotu 30mm-lik mərmilərilə güllələyir- həm də heç bir səbəb olmadan -- və hətta yaralıları xilas edənləri belə öldürürlər Üsyançı olmadıqları dəqiq olan və öz işlərini görən iki jurnalist də var idi.
CA: ABŞ təhlükəsizlik agenti Bradley Manning yaxanlandı. O da bildirilir ki, sorğu otağında video ilə yanaşı 280,000 ABŞ səfirliynin yazışmalarını da sizə sızdırdığını etiraf edib. Bu doğrudur?
JA: Biz bu yazıları aldığımız inkar etmişik. 5 gün əvvəl, sahib olduğu 150 000 yazışmadan 50-ni sızdırdıqdan sonra həbs olunub. Bu ilin əvvəlində Reykyavikd ABŞ səfirliyinin rəsmi sənədlərini yayımlamışıq. Ancaq onların bu işlə əlaqəsi yoxdur. O səfirliyə özüm səfər etmişdim.
CA: Əgər ABŞ səfirliyinin diplomatik sənədlərini əldə etsəydiniz?...
JA: Onları yayımlayardıq. (CA: Edərdiz bunu?)
JA: Çükni belə sənədlərdə ölkənin həqiqətdə necə olduğu məsələn, Ərəb ölkələrindəki insan haqları pozuntusu hallarını aşkar edir. Gizli sənədləri açsaz bu tip materiallar olur.
CA: Bu haqda bir az da ətraflı danışaq. Ümumilikdə, hansı ideologiyaya dayanırsan? Gizli sənədlərin yayımlanmasını nəyə əsasən doğru hesab edirsən?
JA: Belə bir sual var ki, dünya üçün hansı informasiya vacibdir, hansı informasiya yenidənqurmaya səbəb ola bilər. İnformasiyalar çox olur əslində. Təşkilatların gizlətmək üçün iqtisadi güc işlətdikləri həmin xəbərlərin ortaya çıxması yeni və yaxşı nəyinsə olacağının siqnalı olur. Bu məlumatlara sahib olan təşkilatlar özləri məlumatı necə gizlməməyi də yaxşı bilir. Praktikada həmişə belə olur. Jurnalistikanın tarixi də bununla bağlıdır.
CA: Ancaq bir az təhlükəli deyilmi, sızıntının olduğu zaman sizdən asılı olmayaraq insanlar, hətta bütün cəmiyyət üçün pis nəticəsi ola bilər.
JA: Hələ ki yaydığımız məlumatlarda belə hal olmayıb. Yəni, zərərdən qorunmaq siyasətimiz var. Bəzi şəxsi informasiyalar var ki, həmin şəxslərin özü ilə əlaqə saxlayıb sonra yayımlayırıq. Bir də qanuni sirrlər var -- məsələn, xəstənin həkimlə məsləhətləri, belə sirlər qanunla qorunur. Ancaq biz həqiqətən nə etdiyini bilən xəbər daşıyıcıları ilə işləyirik.
CA: Demək hamısı işlərini yaxşı bilir. Əgər oğlu ABŞ hərbisində xidmət edən bir şəxs sizə yaxınlaşıb, desə ki, "Bilirsən ki, kiminsə hansısa məqsədlə yaymaq istədiyi sənədi yayımlayıbsan? Bu video Amerkan əsgərinin insanlar ölərkən güldüyünü göstərir. Bu dünyada milyonlarla insana amerkan əsgərinin insani hisslərinin olmadığını göstərir. Əslində elə deyil. Mənim oğlum belə deyil. Nə cəsarətlə edibsiniz bu hərəkəti?" Nə cavab verərdin?
JA: Belə hallar çox olur əslində. Ancaq yadda saxlayın ki, Bağdaddakı, İraq, Əfqanıstandakı insanlarin bu videonu görməklərinə ehtiyac yoxdur; onlar bunları hər gün görürlər. Onların fikrini dəyişəsi deyil. Münasibətləri, hissləri də dəyişəsi deyil. Hər gün görürlər belə vəhşilikləri. Bu müharibə üçün pul ödəyən insanların münasibətini dəyişəcək ancaq. İstədyimiz də budur.
CA: Yəni sən hökumət və şirkətlərin gizli sirlərini işıqlandırmağın bir yolunu tapmısan. İşıqlandırmaq yaxşıdır. Ancaq qəribə olan budur ki, sirləri işıqlandırmaq üçün, özün öz mənbələrini gizli saxlamalısan.
JA: Tam da elə deyil. Hələ ki WikiLeaks-ə qarşı çıxanlar olmayıb. Ya da hansısa mənbələrin əksinə olan məlumatlarımız da yoxdur. Əgər belələri olsa və çoxalsa, bizim üçün çətin ola bilər. Biz elə işləyirik ki, bizimlə iş görən adamlar bizə ziyan gətirməkdənsə öz işlərinə davam etməyə bizim işimizə kömək etməyə çalışırlar.
CA: İndiyə kimi eşitdiklərimə əsasən mənə də maraqlıdır-- TEDizləyiciləri bu haqda nə fikirləşirlər? WikiLeaks və Julian haqda iki cür fikir var. Biri-- lazımı məsələləri işıqlandıran qəhrəman. Digəri təhlükəli araqarışıdıran. Kim fikirləşir ki, qəhrəmandır? Bəs təhlükəli araqarışdıran?
JA: Yaxşı da, Heç olmasa bir neçə adam olmalıdır.
CA: Bu mülayim insanlardı, Julian. Bir az daha çalışmalıyıq. Başqa bir misal göstərək. Bu dəfəki hələ yayımlanmayıb məncə, ancaq TEDdə yayımlanacaq. Bu yaxınlarda baş verən maraqlı bir faktdır hə? Nədir bu sənəd?
JA: Bu hər gün gördüyümüz işlərdən bir nümunədir. Keçən ilin sonları- Noyabrda- Albaniyada da Meksika körfəzindəki kimi partlayışlar oldu, körfəzdəki kimi güclü olmasa da. Biz belə bir mühəndis hesabatı aldıq ki, əslində partlayış rəqib firmaların mühafizəçilərinin yerləşdirdiyi yük maşınlarının partladılması yolu ilə həyata keçirilib. Albaniya hökumətinin və başqalarının da burada əli var idi... Mühəndis hesabatının isə onlarla heç bir əlaqəsi yox idi. Bir az çətin sənəd idi. Kimin yazdığını və nə barədə olduğunu tam bilmirdik. Bir az şübhələnirdik ki, rəqib neft şirkətinin oyunu da ola bilər. Buna görə də, sənədlərə nəzər salıb, belə cavab yazdıq, "Biz bir az şübhələnirik. Necə edəcəyimizi də bilmirik. Yaxşı sənəddir. Düzgün görünür, amma təsdiqləyə bilmirik." Bircə həftə əvvəl məlumatın mənbəyini tapmağa çalışan və bu mətubu yazan şirkətdən cavab aldıq-- (Gülüş) belə yazılmışdı, "Biz məlumatın mənbəyini tapmaq istəyirik." Biz cavabında, "Bir az da məlumat verin. Ümumilikdə hansı sənəd haqda danışırsınız? Sənəd qanuni olaraq sizə məxsusdur? Sizindir həqiqətən?" Onlar cavab olaraq ekranda Mikrosoft Word ID silə birlikdə sənəd sahibinin rəsmini göndərdilər. Belə qurtardı. (Alqış) Belə hallar çox olur əslində. Materialın mənbəyinin müəyyən edilməsi yollarından biri məktub yazmağa sövq edən metodlardan biridir.
CA: BP- yə aid də informasiyalrınız var?
JA: Bəli, həm də çox, ancaq hal-hazırda sayt üçün fundraisingə çalışırıq və mühəndislər də əllərindən gələni edirlər. Mövcud ictimai maraqlarımızı qorumaq üçün son bir neçə aydır saytın əsaslarını yenidən qurmağa çalışdığımız üçün nəşr olunan xəbərləri azaltmışıq. Bu bir az problemdir. Digər yeni fəaliyyətdə başlayan təşkilatlar kimi bizim də birdən yüksəlişimiz çətinliklər törədir. Həddən artıq çox məlumat daxil olsa da bütün bu məlumatları emal edib nəşr edəcək kifayət qədər işçimiz yoxdur.
CA: Demək sizə lazım olan əsas könüllü jurnalistlər və/yaxud jurnalistlərə əməkhaqqı verilməsi üçün puldur?
JA: Bəli. Bir də inanacağımız insanlar. Əlimizdə olan məlumatlar bir az fərqli yolla əldə edildiyi üçün birdən inkişaf etmək də çətindir. Bizə yüksək səviyyəli həm də xırda təhlükəsizlik məsələləri ilə baş edə biləcək insanlar lazımdır.
CA: Bəs bu işə başlamağının səbəbini deyə bilərsənmi? Deyəsən hardasa oxumuşam ki, uşaqlığında 37 məktəb dəyişmisən. Doğrudur bu məlumat?
JA: Valideynlərim film biznesində idilər, bir də dini mərasimlərdən qaçmağım, ikisinin nəticəsi idi...
CA: Psixoloqlar bu halı paranoia mənbəyi kimi qəbul edərdilər.
JA: Film biznesini nəzərdə tutursunuz?
CA: Bildiyimə görə gənc yaşlarda sən həm də xaker idin, rəsmilərlə problemin olurdu. JA: Jurnalist idim sadəcə. Aktivist gənc jurnalistlərdən biri idim. Gənc yaşlarda dərc etdiyim jurnala görə həbs olunmuşdum. Xakerlərlə bir az ehtiyatlı davranmaq lazımdır. Xarkerlik yolu ilə müxtəlif şeylər etmək mümkündür. Təəssüf ki indiki xakerlərin çoxu Rus mafiyası üçün nənənizin bank hesabındakı pulu oğurlamaqla məşğuldurlar. Xarker satusu əvvəlki kimi deyil indi.
CA: Məndə fikirləşmirəm ki, sən kiminsə nənəsinin pulunu oğurlamaqla məşğul idin. Əsas dəyərlərin nələrdir? Onlar haqda qısa məlumat verə bilərsən, ya da onları yaradan səbəb və ya hadisələr haqda danışa bilərsən?
JA: Hansısa hadisə olmuyub məncə. Ancaq əsas dəyərlərim: məncə bacarıqlı və cömərd insanlar qurbanlar yaratmır; qurbanlara yardım edir. Həyatda atam, atam kimi cömərd insanlardan öyrəndiyim də bu olub.
CA: Bacarıqlı, comərd insan qurban yaratmır; onları qoruyur?
JA: Mən bir az davakar insanam, tam olaraq onları qoruyub, qağı göstərmirəm. Ancaq dolayısı yolla-- cinayət törədən insanları aşkar etməklə qurbanları qoruyuram. Bu isə uzun zamandır malik olduğum xarakterimdir.
CA: Son bir neçə dəqiqədə qısaca İslandiyada nə olduğu haqda danışa bilərsənmi? Orada yayımladığın məlumata görə bankla problemin oldu və məlumatı yayan xəbər agentliyi də məhkəməyə verildi. Əvəzində isə saytın məhşurlaşdı. İslandiyada yaxşı imic yaratdın. Sonra nə oldu?
JA: Bu böyük məsələ idi. İslandiyada iqtisadi böhran idi. Dünyada ən böyük böhranlardan biri idi. bank sektorundanki Ümumdaxili Məhsul digər sahələrdən 10 dəfə artıq idi. Bu məlumatı keçən ilin İyulunda yayımladıq. Dövlət televiziyasında yayımlanmazdan 5 dəq. əvvəl televiziya məhkəməyə verilmişdi. Filmlərdəki kimi, məhkəmə əmri icrası xəbərlərdən 5 dəq. əvvəl başladı və aparıcı nə edəcəyini bilmirdi, "Belə hal heç vaxt olmayıb. Neynəməliyik indi?" Xəbərləri televiziya yerinə vebsəhifədə yayımladıq. İslandiyada xeyli məhşurlaşdıq, hətta ora gedib məsələ haqda danışdıq. Cəmiyyətdə hər kəs bu halın bir daha baş verməyəcəyinə əmin idilər. Nəticə olaraq, bir neçə İsland siyasətçiləri və beynəlxalq expertlərlə görüşdükdən sonra, İslandiya hökumətinə jusnalistlərin qoruyucusu olacaq yeni bir qanun layihəsi təqdim edildi, Bu qanun dünyada jurnalistləri qorumağa xidmət edən ən əsaslı qanunlardan biridir, söz azadlığına görə Nobel Mukafatı ilə bərabər. İslandiya da Norveçlə bərabər digər skandinaviya ölkələri sisteminə daxil ola bildi. Və bircə ay əvvəl bu qanun gizli olaraq İslandiya parlamentində qəbul olundu.
Axırıncı sualım, Julian, Gələcəyin necə olacağına inanırsan? Səncə Böyük Qardaş gizli yolla hər şeyə nəzarət edəcək, yoxsa, insanlar Böyük Qardaşın nəzarət etməyini seyr edəcək, ya başqa cür olacaq?
JA: Necə olacağından tam da əmin deyiləm. Bütün dünyada- Aİ-dən Çinə və ABŞ-a kimi hər yerdə söz azadlığı və şəffaf qanunvericilik tələbləri artmaqdadır. Gələcəyin necə olacağını görmək çətindir. Yaşadığımız dövr çox maraqlı dövrdür. Çox cüzi bir səylə hər şeyi dəyişə bilərik.
CA: Deyəsən dinləyicilərimizin nə demək istədiyini hiss edirəm, Julian, ehtiyatlı ol, güc səninlə olsun.
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Mübahisəli veb səhifəsi olan Wikileaks çox məxfi sənədləri ve videoları arxivləyərək bölüşür. Wikiliksin yaradıcısı, ABŞ rəsmiləri tərəfindən sorğulandığı iddia olunan Julian Assane TED-də Cris Andersona saytın necə işləməsi, nailiyyətləri və əsas gücü haqda danışır. İntervyuyə bu Bağdadda yaxınlarıda lentə alınmış ABŞ hava hücumunun videosu da yer alır.
Internet activist Julian Assange serves as spokesperson for WikiLeaks, a controversial, volunteer-driven website that publishes and comments on leaked documents alleging government and corporate misconduct. Full bio »
Translated into Azerbaijani by Gulchin Taghiyeva
Reviewed by Ruslan M
Comments? Please email the translators above.
19:45 Posted: Jul 2010
Views 388,912 | Comments 130
34:25 Posted: Oct 2006
Views 385,307 | Comments 49
13:10 Posted: Jun 2010
Views 766,334 | Comments 460
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.