Burada olduğunuza görə təşəkkür edirəm və "burada olduğunuza görə təşəkkür edirəm" deyirəm çünki, 17 il sükutda idim və bu ilk kəlmələri Washington DC'də keçirilən Yer Kürəsi Gününün 20-ci ildönümü dedimişdim Ailəm və dostlarım məni dinləmək üçün ora toplaşmışdılar və mən "burada olduğunuza görə minnətdaram" dedim Anam auditoriyadan sıçrayaraq "Haleluya, Johnny danışır" dedi
17 il sükutda qaldığınızı və ananızın bü cür həyacanlı davranışını təsəvvür edin. Atam mənə dedi "bu yekdir" -- bunu başa salacam Ətrafıma baxdım, çünki səsimin haradan gəldiyini anlaya bilmirdim 17 il ərzində səsimi eşitməmişdim, ətrafıma baxaraq dedim "Tanrım, mənim nə düşündüyümü səsləndirən kimdir?" Sonra başa düşdüm ki, bu özüməm və gülümsədim Atam "Hə, o, döğurdan da dəlidir" deyərək deyinirdi İndi sizləri bu səyahətə aparmaq istəyirəm. Bu səyahətin qeyri-adiliyinə baxmayaraq bunun bizim bütün səyahətlərimiz üçün metafora ola biləcəyinə inanıram və sizlərdən öz səyahətiniz haqqında düşünməyinizi də istəyirəm.
Mənim səyahətim 1971-ci ildən başlanır, Golden Gate altında iki neft tankerinin toqquşmasının şahid olduğum andan, o zaman yarım million qalon neftin körfəzə dağılması məni o qədər təsirləndirmişdir ki, mühərrikli nəqliyyat vasitələrindən istifadə etməməyə qərar verdim. Bu California üçün böyük bir şeydir bu həmçinin Inverness'də yaşadığım kiçik Point Reyes Station icması üçün də böyük bir şeydir idi, 71-ci ilin qışında orada hardasa 350 nəfər yaşayırdı və bura gəldiyimdə piyada gəzməyə başladım, insanlar -- nə baş verdiyini bilirdilər onlar, avtomobillərini yanıma sürərək soruşurdular - "John, nə edirsən?" mən də deyirdim - "ətraf mühit üçün piyada gəzirəm" onlar da deyirdilər - "xeyr, sən bizi utandırmaq üçün bunu edirsən, deyilmi?" "bizi pis hala gətirməyin üçün bunu edirsən" Bəlkə onlar haqlı idilər, düşünürdüm ki, piyada gəzdiyimdə insanlar məni dəstəkləmiş olarlar çünki, hamı dənizə axmış neftdən danışırdı və mən də bu mövzu ilə bağlı insanlarla durmadan mübahisə edirdim. Valideynlərimə zəng etdim və dedim - "daha avtomobildən istifadə etmirəm" Atam dedi - "niyə bunu 16 yaşın olanda etmirdin?"
O vaxtlar ətraf mühit haqqında bilmirdim Onlar Philadelphia'da yaşayırdılar Anama dedim - "hər şeyə rəğmən, çox xöşbəxtəm" O da dedi - "Əgər xöşbəxtsənsə bunu heç deməyə ehtiyac yoxdur" Analar belədir
Beləliklə, 27-ci doğum günümdə qərar verdim ki, -- çoxlu mübahisələr apardığımdan və çox danışdığımdan -- qərar verdim ki, danışmağı dayandırım ancaq bir günlük, bir günlük fasilə edim Beləliklə, bunu etdim - səhər yuxudan qalxdıqda bir kəlmə də danışmadım və deyim ki, bu mənim üçün gözəl bir təcrübə oldu çünki, ilk dəfə olaraq bu qədər müddətə dinləməyə başladım və eşitdiklərim məni düşünməyə məcbur etdi çünki, hər zaman hesab edirdim ki, insanları dinləyirəm, və dinlədiyimdə də insanları eşidirəm zənn edəndə ki, onlar nə haqda danışmaq istəyirlər onları artıq dinləmirdim və insanlar danışarkən ağlımda onları qabaqlayırdım və onlar danışarkən nə deyəcəklərim barədə düşünürdüm və sonra .... beləliklə də ünsiyyət sona yetirdi
və o gün mən həqiqətən də dinlədim və bu mənim üçün qüssəli idi çünki, bu illər ərzində bir şeylər öyrənmədiyimi anladım. 27 yaşım vardı və düşünürdüm ki, hər şeyi bilirəm. Ancaq bilmirdim. Beləliklə bunu növbəti gün üçün də tədbiq etdim, daha sonra yenə və bu dəfə artıq davamlı olaraq. Özümə söz verdim ki, bir il sükunətdə olacam çünki artıq öyrənməyə başlamışdım və buna da ehtiyacım vardı Beləliklə, bir il danışmadım və o zaman ad günumdə düşündüm ki, bəzi şeyləri öyrəndiyimdən bəlkə yenidən danışmağa başlayım Ancaq, bu sürə 17 il çəkdi
bu 17 il ərzində piyada gəzdim və bancoda ifa etdim həmçinin rəssamlıq və gündəliyimin yazılması ilə də məşğul oldum. Ətraf mühiti kitab oxumaqla öyrənməyə cəhd edirdim və düşündüm ki, təhsil almağa ehtiyacım var. Ashland, Oregon'a getdim onların orada ətraf mühit üzrə tədris proqramları vardı 800 km aralıda Qeydiyyat ofisinə getdim və... nə? ... nə? qəzetdəki elanı göstərdim Ah, sən doğurda da burda oxumaq istəyirsən? Danışa ...? Sənin üçün xüsusi proqramımız var. Onlar bunu etdilər və iki ildən sonra bakalavr dərəcəsi ilə oranı bitirdim Atam gəldi. O, mənimlə fəxr edirdi Dedi: "Qulaq as oğlum, biz səninlə fəxr edirik amma bu bakalavr diplomu ilə nə edəcəyini bilmirik avtomobil sürmürsən, danışmırsan, axı bunları etməlisən"
çiynimi dartıb, bel çantamı götürüb və yenidən gəzməyə başladım Port Townsend, Washington'a gəldim, burada ağacdan qayıq düzəltdim onu Puget Sound boyunca sürürdüm Idaho'dan Washington'a və oradan da Missoula, Montana'ya yeridim iki il öncə Montana Universitetinə müraciət etmişdim və buranı bəyənmişdim iki il burada qalmaq pis olmazdı
və belə də oldu. İki il Universitetdə təhsil aldım. Ordakılar mənə çox kömək göstərdilər Montana'ya aid iki hekayə var Birincisi budur ki, ora gəldikdə pulum tükənmişdi və onlar dedilər: "Buna görə narahat olma" Proqramın direktoru dedi: "Sabah yenidən gəl" O mənə 150 dollar verdi və dedi: "Bir dərs üçün qeydiyyatdan keç. Sən Cənubi Amerikaya gedirsən, heləmi?" Ona dedim -- Çaylar və göllər, hidroloji sistemlər, Cənubi Amerika. Beləliklə bunu etdim. O, geri qayıdıb mənə dedi: "Ok, John, bir dərs üçün qeydiyyatdan keçdiyini nəzərə alaraq ofisin açarını götürüb tələbə olaraq kitabxanadan istifadə edə bilərsən. Həm də sənə bütün professorlardan onların dərslərində iştirak etməyinə icazə alarıq ki, dərəcənin alınması asan olsun və qalan məbləği də həll etsək dərslərdən qeydiyyatdan keçib və sonra dərəcəni ala biləsən." Əla! Adətən magistraturada belə imtiyazlar edilmir. Onların mənə kömək etmək istəyi böyük idi və mənim ətraf mühitə olan həvəsimin çox olduğunu görürdülər və bu yolda mənə köməklik etməyə çalışırdılar.
Bu dövr ərzində, danışmadan dərslər də aparırdım ilk dəfə dərs otağına girdikdə 13 tələbəm vardı onlara əl işarələri ilə başa saldıqlarımı dostum tərcümə edirdi: adım John Francis'dir, piyada gəzirəm... Onlara anlatdım ki, daha tərcümə olmayacaq - bu son dərsdir. Ətrafda olan tələbələrin hamısı...
Dərsdən tez çıxmaq üçün vaxtı güddüklərini görürdüm. Ama o fənni onlara mən deməli idim. İki həftədən sonra, hamı bizim sinifə girməyə çalışırdı.
Bu sinifdə çox şey öyrəndim - bu cür hərəkətlər etdikdə... hamı başını sındırırdı ki, John nə deməyə çalışır -- -- Bilmirəm, düşünürəm ki, ağacın kəsilməsini anladır. Bəli, ağacın kəsilməsi Yox, yox. Bu o deyil -- bu əl mişarının istifadəsidir Sən əl mişarı ilə kəsə... Əlbətdə kəsə bilərsən... Yox, o seçmə meşəçilikdən danışır Beləliklə, bu müzakirə sinifi idi və biz müzakirə edirdik Mən bu işdən geri çəkildim və deyək ki, uzaqlaşdım. Ancaq öyrəndiyim bir şeylər oldu. Bəzən bir işarəni göstərdikdə onlar mənim tamamilə nəzərdə tutmadığım anlamları səsləndirirdilər ancaq mən bunları da nəzərdə tutmal idim və düşündüm ki, əgər müəllimsənsə və tədris edirsənsə və əgər özün öyrənmirsənsə deməli yaxşı da öyrətmirsən. Beləliklə, davam etdim.
Atam buraxılış tədbirinə gəlmişdi papağım başımda və atam dedi - "Səninlə fəxr edirik, ancaq..." Sonrasını da bilirsiz, dedi - "Avtomobil sürməyi və danışmağa başlamalısan Magistr diplomu ilə nə etməyi düşünürsən?" Çiyinlərimi çəkdim, çantamı belimə atıb Wisconsin Universitetinə getdim
Neft tullantıları haqqında yazaraq iki il də orada keçirdim Heç kəs neft tullantıları ilə maraqlanmırdı Ancaq bir şeylər baş verdi -- Exxon Valdez. və mən ABŞ-da neft tullantıları haqda yazan yeganə adam idim Atam yenə də gəldi O dedi - "Oğlum bunların necə etdiyini anlaya bilmirəm "maşın istifadə etmirsən, danışmırsan. Bacım dedi "Səni tənha buraxmaq lazımdır, çünki, görünür daha yaxşı işləri sən susaraq edirsən"
Çantamı yenidən belimə aldım banjomu götürüb, Şərq sahilləri dolaşdım ayaqlarımı Atlantik Okeanına saldım ABŞ-ın bu başından o başına dolaşmaq üçün 7 il və 1 gün lazım oldu
və 1990-dakı Yer Kürəsi Gününün 20-ci ildönümündə danımağa başladım buna görə də o kəlmələri işlətdim Çünki, meşədə ağaclar yerə düşdüyündə bunu eşidən bir adam yoxdusa onda bu səs deyil və mən ordakılara və ailəmə təşəkkür etdim çünki, onlar məni eşitməyə gəlmişdilər və bu da ünsiyyətdir və onlar mənə dinləmək barədə öyrətmişdilər -- onlar məni dinləyirdilər və bu da həmin sükutdan gəlmə bir şey -- bir-birimizi dinləmək idi. Həqiqətən də çox mühüm -- bir-birimizi dinləməyə ehtiyacımız var. Mənim səyahətim davam edirdi. Atam dedi - "Bu yekdir" və bunu hələ də əldən vermirdim.
Sahil mühafizəçisi işləmişəm, BMT-nin Xoşməramlı Səfiri olmuşam ABŞ üçün qaydalar yazmışam -- neft tullantıları üzrə qaydaları 20 il əvvəl əgər kimsə mənə desəydi ki, "John, doğurdan da bir fərqlilik etmək istəyirsən?" "Bəli, mən fərqlilik etmək istəyirəm" "Onda şərqə doğru yeriməyə başla, avtomobildən düş və şərqə doğru yeriməyə başla." və bir az yeridikdən sonra da deyəcəkdilər: "Hə, səsini də yum"
Dostum, sən fərqlilik etmək istəyirsən." Axı bu necə olur? Necə? Piyada gəzmək və danışmamaq kimi sadə şeylərlə necə fərqlilik etmək olar?
Sahil mühafizəçiliyi dövrü gözəl keçmişdi və bundan sonra -- burada yalnız bir il işlədim -- dedim - "bəsdir, bu işi görməyim üçün bir il yetər" Yelkənli qayıq götürüb Karib körfəzinə getdim Venesuelaya qədər ordakı bütün adaları dolaşdım Əsas məsələ yaddan çıxdı -- sizə danışmağa başladığımın səbəbini deməliyəm danışmağa başladım, çünku ətraf mühiti öyrənmişdim ətraf mühiti bu səviyyədə - formal səviyyədə öyrənmişdim ancaq qeyri-formal səviyyə də vardı və qeyri-formal səviyyə -- insanlar haqqında öyrəndiklərim idi, biz nə edir və biz necəyik və ətraf mühit təkcə ağaclar və quşlara görə deyil, və təhlükədə olan növlərə deyil, bizim bir-birimizə münasibətimizə görə dəyişib və əgər biz ətraf mühitiksə bu zaman hamımız ətrafımıza baxıb özümüzə və bir-birimizə qarşı davranışımızı görərik və bu da çatdırmaq istədiyim ismarıc idi və mən "bu ismarıcı digərlərinə də çatdırmalıyam" dedim yelkənli qayığıma oturub, Karib boyu üzdüm -- bu mənim öz qayığım idi və onun üzərində işləmişdim -- Venesuelaya gəldim və gəzməyə başladım.
Bu hekayənin sonudur, və oraya gəlməyimi anladım hələ də avtomobildən istifadə etmədiyimə görə El Dorado boyunca dolaşırdım -- bura tanınmış həbsxana şəhəridir və ya rüsvayçı həbsxana -- Venesuelada, və bilmirəm mənə nə olmuşdu çünki heç özümdə deyildim mühafizə zolağını keçərkən keşikçi məni saxlayıb dedi - "Pasaporte, pasaporte" və M16-nı üzərimə tuşladı ona baxıb dedim - "Passport? Sənə pasport göstərmək məcburiyyətində deyiləm, o mənim çantamdadır. Mən BMT Səfiri - doktor Francis və mən dünyanı dolaşıram və oranı tərk etdim. Mənu bunu deməyə nə məcbur etdi? Yol cəngəlliyə tərəf döndü. Məni güllələməmişdilər. Nəhayət azad idim və Tanrıya azad olduğuma görə təşəkkür edirdim Mən nə deyirəm?
150 km yol qət etdikdən sonra anladım ki, mən ürəyimdə, daxildə məhbusa çevrilmişdim, mən həbsxanada idim və oradan qaçmalı idim. Mühərrikli nəqliyyat vasitələrindən istifadə etməməyim mənim içində olduğum həbsxana idi Necə olur axı? Çünkü başladığım anda mənə avtomobildən istifadə etməmək uyğun kimi görsənirdi. Lakin fərq o idi ki, mən hər ad günümdə özümdən sükut istəmişəm, lakin heç zaman özümdən ayaqlarımdan istifadə qərarımı istəməmişəm. BMT Səfiri olacağım ağlıma belə gəlməzdi, Professor olmacağım ağlıma gəlməzdi
və beləliklə anladım ki, sadəcə sırf özümdən başqa digər məsuliyyətlərim də var və buna görə də dəyişməli idim Bilirsiz, biz bunu edə bilərik. Mən dəyişmək məcburiyyətində idim və dəyişməkdən qorxurdum çünki, hər zaman gəzib-dolaşan olmağa öyrəşmişdim çünki, sonunu istəməyən həbsxanaya öyrəşmişdim. Dəyişdiyimdə kim olacağımı bilmirdim Amma bunun lazımlı olduğunu bilirdim bilirdim ki, dəyişməliyəm. Çünki bu gün burada olmağım üçün bu yeganə yol idi və bilirəm ki, çox zaman biz özümüzü həmişə qalmaq istədiyimiz bir yerdə tapırıq amma bizim üçün gedəsi başqa yerlər də var və hazırda sahib olduğumuz kimliyimizin sabitliyini arxada qoyub yeni kimliyimizə sahib olacağımız yerə getməliyik və mən sizləri o növbəti yerə getməyiniz üçün həvəsləndirmək istəyirəm -- özünüzü içində gördüyünüz həbsxanadan çıxa biləcəyiniz yerə götürün o yerə ki, ola bildiyi qədər rahatdır. Bu gün, bu yolda bir şeylər etməliyik. Biz indi dəyişməliyik. Keçmiş Vitse Prezidentimiz dediyi kimi biz fəal olmalıyıq və əgər mənim səsim sizə təsir edirsə, əgər mənim yaşadıqlarım sizə təsir edirsə, əgər mənim burda olduğum sizə təsir edirsə xahiş edirəm bunu edin. Bilirəm ki, burada olduğumda sizlər hamınız mənə təsir edə bilərsiniz.
Gəlin bayıra - dünyaya çıxaq bu qayğını, bu sevgini, bu hörməti özümüzlə götürək -- burada TED zamanı bir-birimizə göstərdiyimiz münasibəti özümüzlə dünyaya çıxaraq, çünki bizlər ətraf mühitik və bizim qarşılıqlı davranışımız bizim ətraf mühitə olan davranışımız deməkdir. Beləliklə burada olduğunuza görə sizlərə minnətdaram və burada çıxışımı beş saniyəlik sükutla bitirmək istəyirəm.
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
John Francis artıq 30 ildir ki, dünyanı həm piyada, həmdə düzəltdiyi yelkənli qayıqla dolaşmaqdadır. Özü də bu dövrün 17 ilini susaraq - tamamilə danışmadan keçirə bilmişdir. Məzəli və düşündürücü bir çıxış.
John Francis walks the Earth, carrying a message of careful, truly sustainable development and respect for our planet. Full bio »
Translated into Azerbaijani by rufat taghizadeh
Reviewed by Kanan Karimzada
Comments? Please email the translators above.
18:36 Posted: Jun 2006
Views 686,685 | Comments 165
35:28 Posted: Jan 2008
Views 393,286 | Comments 85
17:36 Posted: Sep 2007
Views 224,352 | Comments 144
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.