Westminister və Whitehallun sakitliyindən uzaqlaşdığım üçün nə qədər sevindiyimi deyə bilərəmmi?
Bu, Kim adlı 9 yaşlı Vyetnamlı qızdır, onun beli napalmla məhv olmuşdur, və o, Amerika xalqının vicadanını və ruhunu oyadaraq Vyetnam müharibəsinin son qoymaq üçün ilk addım oldu. Bu isə Efiopiyalı qız Birhandır, 1980 ci illərdə o Live Aid-in əsasını qoymuşdur, xilas edildikdə onu ölümündən sadəcə olaraq 15 dəqiqə vaxt ayırırdı, və xilas edildikdən sonra bu şəkil bütün dünyanı gəzdi. Bura Tiananmen Meydanıdır. Tankın qarşısında dayanmış bu insan, bütün dünyada müqavimətin bir simvolu oldu. Bu isə Sudandan olan qızdır, ölümündən bir neçə dəqiqə öncə arxasında dolanan quzğun, Bu şəkil bütün dünyanı gəzib və insanları yoxsulluğa qarşı mübarizə üçün nəsə etməyə sövq etdi. Bu isə Nedadır, İranlı qız atası ilə birgə mitinqdə vurularaq bir neçə həftə öncə öldürülüb, və indi o təbii olaraq Youtube nəslinin diqqət mərkəzinə çevrilib.
Yaxşı, bütün bu şəkil və hadisələrin ortaq hansı xüsussiyyətləri var? Hamısının ortaq xüsusiyyəti, gördüklərimizin əvvəllər görə bilmədiyimiz məqamları aşkara çıxarmasıdır. Aşkara çıxan isə: Bizləri bəşəri cəmiyyət halına gətirən görünməz cəhətlər və rəğbət/simpatiya bağlarıdır. Bu şəkillər bizlərin başqalarının yaşadığı ağrı acıları, uzaqdan olsa belə hiss edə biləcəyimizi göstərir. Mənim fikrimcə isə, bütün bu şəkillər bizim özümüzdən daha böyük bir nəyəsə inandığımızı göstərir. Bu şəkillər, bütün dinlərdə, bütün inanclarda, bütün qitələrdə sadəcə başqalarının ağrı acısını bölüşməkdən, və özümüzdən daha böyük nələrəsə inanmaqdan əlavə, bizlərə, nələrinsə səhv olduğunu gördükdə bu səhvləri düzəltmək,çatışmazlıqları aradan qaldırmaq, və problemləri ləğv etmək adına bir əxlaqi məsuliyyət daşımaq hissini aşılayır və bu dəyərin mövcud olduğunu göstərir.
İsveç baş naziri Olof Palmenin ABŞ prezidenti Ronal Reagan ilə 1980 ci illərdəki görüşü barəsində belə bir hekayə var. Palme ABŞ a gəlməmişdən öncə Ronald Reagan İsveç Sosial Demokrat nazir haqqında soruşmuş: "Bu adam kommunistmidir? " Cavab belə olur, "Xeyr, Cənab Prezident, O anti-kommunistdir" və Ronald Reagan demiş, "Mənim onun hansıcür kommunist olmağı maraqlandırmır" (Gülüş) Və Ronald Reagan İsveçli qonağı Olof Palmedən soruşur, "Yaxşı, siz nəyə inanırsınız? Varlılar təbəqəsini ləğv etməkmi istəyirsiniz?" Cavab, "Xeyr, Mən kasıblar təbəqəsini aradan qaldırmaq istəyirəm" Bizim məsuliyyətimiz, hər bir şəxsə öz potensialını reallaşdıra bilməsi üçün imkan yaratmaqdır.
Məncə, hansı dinə nənsub olursa olsun, inanclı və inancsız olmasından asılı olmayaraq, bütün insanların paylaşdığı ortaq bir əxlaqi anlayış və dəyər mövcuddur. Amma məncə yeni olan odur ki, bügün biz, bütün dünya ilə limitsiz və davamlı əlaqə qura bilirik, dünyanın istənilən nöqtəsi ilə bü əlaqəni qurmaq imkanına sahibik. Bügün bizlər, üz üzə heçvaxt görüşmədiyimiz ancaq internet vasitəsiylə görüşə biləcəyimiz insanlarla ortaq bir yer taparaq, bütün müasir əlaqə imkanlarından istifadə edərək, təşkilatlanaraq, bizi narahat edən ədalətsizlik və problemlər haqqında birgə bir hərəkat yaratmaq imkanına sahibik. Mən inanıram ki, bu dövr bəşəriyyət tarixində bənzəri olmayan bir dövr olabilər, və mən bunu qlobal cəmiyyətin yaradılması olaraq görürəm.
200 il bundan qabaq qul ticarətinin, William Wilberforce və qul ticarətinə etiraz edən və qarşı çıxan digər şəxlərin dövrünə qayıdaq. Onlar bütün Britaniyada etiraz təşkil etdilər. Onlar ictimai fikri çox vaxt keçsə belə istiqamətləndirməyi bacardılar. Amma bu kampaniyanın uğurlu olması üçün 24 il lazım oldu. Əgər insanların qəlbini və dəstəyini qazanmaq üçün müasir əlaqə alətlərini istifadə edə bilsəydilər əllərindəki şəkillərlə nə edə bilərdilər?
Və yaxud Eglantine Jebbi, 90 il öncə Save The Children i yaradan qadın. O Avstriyada Birinci Dünya müharibəsinə görə baş verənlərə və müharibədə məğlub ailələrin uşaqların halına o qədər acımışdı və təsirlənmişdi ki ,özü Britaniyada onlar üçün nəsə etmək istədi, Və bügünkü Save The Children'i yaradacaq Royal Albertdəki nümayişdə iştirak edənləri yığmaq üçün ev-ev gəzib broşüra paylamalı oldu. Nəticədə dünyada ən böyük təşkilatlardan biri hesab edilən təşkilatı yaratdı. Amma onun əlində günümüzün müasir kommunikasiya alətləri olsaydı, təcili olaraq ədalətsizliyə qarşı çıxmaq üçün və belə bir anlayış yaratmaq üçün nələr edə bilərdi?
İndi son 10 ildə baş verənlərə baxaq: Filippin 2001 ci il, Prezident Estrada rejimi, 1 milyon insan rejimin korrupsiyası barəsində bir birilərinə qısa mesaj göndərdi, və nəticədə rejim dağıldı, buna da "coup de text" ( Qısa Mesaj Zərbəsi), deyildi. Keçən il Robert Mugabe hakimiyyətində olan Zimbabvenin ilk seçkiləri idi.... İnsanlar mobil telefonlarının kameralarını istifadə edərək, seçki mərkəzlərində olanları çəkdiklərinə görə, Baş Nazirin seçkini istədiyi kimi nəticələndirmək imkanı olmadı. Və ya blogçu Burma rahiblərini yada salaq bu bloglar əgər ölkədə baş verən təzyiqlər barəsində məlumat verməsəydilər dünyanın orada baş verənlərdən xəbəri olmayacaqdı. və insanların həyatı itiriləcəkdi və insanlar təqib ediləcəklərdi, Aung San Suu Kyinin başına gələnlər eşidilməyəkdi. Ya da İrana baxaq, Nedanın başına gələnlərdən sonra insanların münasibətinə baxaq. Bəziləri, İran haqqında blog yazanların hökümətin təhlükəsizlik qüvvələri tərəfindən tapılmasının qarşısını almaq, axtarışı çətinləşdirmək üçün öz ünvanlarını Tehran, İran olaraq dəyişdirirlər.
Buna görə də, müasir texnologiyanın edəbiləcəklərinə nəzər salaq: əxlaqi anlayışımızın gücü ilə birlikdə müasir kommunikasiyanın gücü və beynəlxalq təşkilatlanma bacarığı.
Bu, məncə, bizlərə bir cəmiyyət olaraq bütün dünyanın fundamental dəyişdirmək imkanı yaradır. Xarici siyasət daha həmişəki kimi ola bilməz. Yalnız elitlər tərəfindən idarə edilə bilməz. Xarici siyasəti idarə etmək indi dünya səviyyəsində bir biri ilə əlaqə quran blogçular vasitəsiylə ictimai fikri dinləyərək mümkündür. 200 il bundan öncə bizim problemimiz köləlik idi. 150 il bundan qabaq bizim kimi ölkədə əsas problem gənclərin və uşaqların təhsil hüququ idi. 100 il öncə Avropadakı ölkələrin problemi seçmək və seçilmək hüququ idi. 50 il öncə sosial təhlükəsizlik və rifah əldə etmək hərbir şəxsin tələbiydi. Son 50-60 ildə faşizm, antisemitizm, irqçilik. apartayd cinsiyyət, gender və cinsəl seçimlər kimi ayrı seçkilik gördük. lakin bunların hamısı insanların təşkil etdiyi kampaniyaların köməyi ilə diqqət mərkəzinə çevrilib.
Keçən il mən Londonda Nelson Mandela ( CAR lideri) ilə biryerdə idim. Doğum günü və yaratdığı fon üçün yeni mənbələr yığmaq üçün təşkil edilən bir konserdəydik. Amy Winehouse ( Grammy mükafatlı qadın müğənni) səhnəyə çıxanda mən çox böyük şərəflə qey edərdim ki, Nelson Mandelanın yanında oturmuşdum, və müğəninin görünüşünə çox təəccüblənmiş Nelson Mandelaya vəziyyəti izah etməyə çalışırdım.Həmin vaxt Amy Winehouse səhnədə deyir: "Mənim və Nelson Mandelanın birçox ortaq cəhətlərimiz var" və əlavə edir. "Mənim də ərim uzun müddət həbsdə olub" (Gülüş) Sonra Nelson Mandela səhnəyə çıxdı və hamımıza mübarizənin nə olduğunu izah etdi. Həyatında böyük bi dağa dırmaşdığını, və bu dağın irqçi təzyiqləri və apartaydı rədd etmək və daha sonra məğlub etmək olduğunu söylədi. O, qarşıda hələ daha böyük problemlərin, yoxsulluq iqlim dəyişikliyi, qlobal əngəllər və həqiqətən qlobal bir cəmiyyətə ehtiyac duyan bəşəri problemlərin olduğunu dedi.
Biz bunu bacarabiləcək ilk nəsilik. Qlobal bir əxlaq və kommunikasiya qabiliyyətimizin güclərini birləşdirin, və indi qarşımızda duran qlobal əhəmiyyətli problemlərə qarşı təşkilatlanın. İqlim dəyişikliyi tək bir ölkədə həll edilə bilməz ancaq bütün dünya birlikdə hərəkət edərsə həll yolu tapıla bilər. Yenicə üzləşdiyimiz Maliyyə Böhranı problemi yalnız ABŞ vəya Avropa tərfindən həll oluna bilməz: dünyanın birlikdə hərəkət etməsi lazımdır. Terrorizm, Təhlükəzilik, insan haqqları və İnkişaf problemlərinə baxaq təkcə Afrika bunu həll edə bilməz tək Avropa və ABŞ tərəfindən də həll yolu tapmaq mümkün deyil. Və nəqədərki biz birgə fəaliyyət göstərmirik bu problemlər öz həllini tapmayacaq.
Mənim fikrimcə, bizim indiki nəsilin əsas layihəsi ilk dəfə olaraq qlobal əxlaqın qurulmasıdır, və qlobal çapda kommunikasiya qurmaq və təşkilatlanmaq bacarığımızdır. Sözün əsl mənasında qlobal bir cəmiyyət, bu dəyərlər üzərində qurulan və qlobal səviyyədə xidmət təklif edəbiləcək institutlarla birlikdə yarana bilər. Bunu bacarmaq imkanına malik ilk nəsil bizlərik. İqlim dəyişikliyini götürək. İqlim dəyişikliyi adlanan bu problemlə üz üzə olduğumuzu çox yaxşı bilirik, və eyni zamanda qlobal bir karbon bazarı yaratdığımızda bu problemin öhdəsindən gəlmək üçün kasıb ölkələrə daha çox resurs vermək lazım olduğunu da anlayırıq, lakin insanların haqqında həmfikir ola biləcəyi və bu problemi həll edə biləcək bir global təşkilatın hələdə olmaması xeyli suallar yardır. Bi neçə ay sonra Kopenhagen görüşündən çıxmalı olan nəticələrdən biridə bütün dünyanın iqlim dəyişikliyi problemini həll edə biləcək bir qlobal təşkilatın qurulacağına aid bir razılaşmadır.
Sadəcə olaraq təşkilatların yetərli olmayacağının səbəbi isə budur ki, Biz bütün dünya insanlarının öz davranışlarını dəyişdirməli olduqlarına onları inandırmalıyıq. və buna görə məsuliyyət və düzgünlük təməlində qurulan qlobal əxlaqlı nəsillərə ehtiyacımız var. Maliyyə böhranına baxaq. Əgər kasıb ölkələrdəki insanlar New Yorkda ya da Amerikadakı ipoteka bazarında başlayan böhrandan təsirlənirlərsə, əgər insanlar ipoteka bazarının məhsullarınn bütün dünya boyunca dolaşıb İslandiya banklarında sonlandısa, və bu insanların banklardakı ən sadə yığımlara təsir edirsə, onda biz milli nəzarət sistemlərinə güvənə bilmərik. Uzun müddətdə stabillik, iqtisadi artım məşğulluq və maliyyə stabilliyi üçün, iqtisadi artımı dəstəkləyəbiləcək və bu artımın dünyanın rifahı üçün bölüşdürülməsi dəyərinə sahib qlobal iqtisadi qurumlara ehtiyac var.
Bu zaman bizim nəslimiz üçün əsas iş yaxın zamanlarda doğruluq və məsuliyyət kimi fikirləri əks etdirən qlobal təşkilatlar yaratmaq olacaq. Daha sonra, inkişaf barədə, ölkələrimiz və dünyanın kasıb hissəsi arasında qurulacaq əməkdaşlığa baxaq. Bu ideyaların reallaşması üçün lazım olan təməllər hazır olmamasına baxmayaraq, gələcək illərdə insanların qlobal bir əxlaq arzusu ilə qlobal bir cəmiyyət qurmaq mümkündür.
Sierr Lion Prezidenti ilə danışırdım. Bu 6.5 milyonluq kiçik bir ölkədir. Amma bu ölkədə sadəcə 80 həkim və 200 tibb bacısı var və 120 doğum həkimi var. Bu qədər limitli imkanlarla 6.5 milyonluq ölkə üçün səhiyyə sistemi qura bilməzsiniz.
Və ya Tanzaniyada olduğum müddətdə tanış olduğum bir qız, Miriam, 11 yaşı var idi və onun hər iki valideyni QİÇS dən vəfat edtmişdi, əvvəlcə anası sonra isə atası Müxtəlif ailələr tərəfindən böyüdülməyə çalışan bu qız bir QİÇS yetimi idi. Qız həm HİV dən əziyyət çəkirdi və həmdəki vərəm idi. Onunla bir tarlada qarşılaşdıq, ayaqqabıları belə yox idi. 11 yaşında istənilən qızın gözlərinə baxdıqda gözlərdə gələcəyə doğru bir baxış görə bilərsiniz, amma o qızın gözündə əlçatmaz bir məyusluq və hüzün var idi, bircə o anda onun gözlərindəki kədəri dünya ilə bölüşə bilsəydim, inanıram ki bütün QİÇS/HİV fondları üçün ianələr toplamaq üçün gərəkli olanı etmiş olardım
Ən varlı və ən kasıb ölkələr arasında, kasıb ölkələrin özlərinə yetəcək səviyyədə və əkinçilik üçün gərəkli sərmayəni qoyaraq bir körpü yaratmalıyıq. Beləliklə Afrikanı qida idxalatçısından, qida ixracatçısına çevirək.
Dünyanın bir çox yerində baş verən insan hüquqları və təhlükəsizlik problemlərinə nəzər yetirək. Burma elə bir zəncirlənmişdir, Zimbabve bir insanlıq faciəsidir, Sudanda qarşısını alabiləcəyimiz müharibələrin hesabına minlərlə günahsız insan səbəbsiz yerə məhv oldu. Ruanda Uşaq Muzeyində 10 yaşında bir oğlanın şəkli var. Muzey 1 milyon insanın öldüyü Ruanda soyqırımında həyatını itirənlərin xatirəsini yad etmək məqsədiylə yaradılıb.
David adında olan bu oğlanın şəklinin yanında onun həyatı barədə də məlumat var. "David, 10 yaşında" David: Arzusu həkim olmaq Sevimli idman növü: futbol. Ən çox nədən həzz alır?: İnsanları güldürməkdən O necə ölüb? İşgəncə verilərək. Özü kimi işgəncə verilərək öldürülən anasına dediyi son sözlər: "Narahat olma. Birləşmiş Millətlər Təşkilatı gəlir" Və biz heçvaxt getmədik.
Bu gənc oğlan bizim Ruandadakı çətinlik içindəki insanlara kömək edəcəyimizə dair verdiyimiz sözlərə inandı, və biz isə heç vaxt kömək etmədik!
Bu dünyanın konflikt qaynayan məkanlarında sülhü bərqərar etmək və humanitar yardım üçün, və yenidənqurma, o cümllədən təhlükəsizlik üçün təşkilatlar, qurumlar yaratmalıyıq. Mənim bügünkü irəli sürdüyüm fikir əsasən bundan ibarətdir. Həqiqətən qlobal bir cəmiyyət qurmaq üçün lazım olan bütün alətlətimiz var. Bucür qlobal cəmiyyətin institutlarını/qurumlarını da öz cəhdlərimiz hesabına yarada bilərik. Qlobal əxlaq bu qurumların fəaliyyəti üçün lazımi olan doğruluq və məsuliyyəti onlara aşılaya bilər. Amma bu nəslin və xüsusiylədə son 10 illiyin fürsətini, qlobal mühit qurumları yaratmaq üçün,maliyyə üçün, təhlükəsizlik və inkişaf üçün,digərlərinə qarşı olan məsuliyyətimizi anlamaq üçün,dünyanı birləşdirmək arzumuz, və ümumi problemlərimizin həlli üçün, ABŞ-da Prezident Obama, dünyanın digər tərəflərində fəaliyyət göstərən insanlar varkən, bu fürsəti qaçırmamalıyıq!
Deyirlər ki, Keçmiş Romada Cicero danışan zaman dinləyicilər bir birilərinə dönərək, "'əla nitqdir", deyərlərmiş. Lakin qədim Yunanıstanda Demosthenes danışarkən, dinləyicilər birbirilərinə dönüb, "Əla Nitqdir" demirdilər. "Gəlin hərəkət edək" deyirdilər. Qlobal bir Cəmiyyətə doğru hərəkət etməli, addımlamalıyıq. Təşəkkür edirəm.
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Böyük Britaniyanın baş naziri Gordon Brown, tarixin bənzərsiz bir anında yaşadığımızı deyir və əlavə edir: günümüzün bizə verdiyi texnoloji imkanlardan istifadə edərək kürəsəl bir əxlaq yarada və birliktə çalışmaqla yoxsulluq, təhlükəsizlik, iqlim dəyişikliyi və iqtisadiyyatın problemlərinin öhdəsindən gələ bilərik.
Britain's former prime minister Gordon Brown played a key role in shaping the G20 nations' response to the world's financial crisis, and was a powerful advocate for a coordinated global response to problems such as climate change, poverty and social justice. Full bio »
Translated into Azerbaijani by Kanan Karimzada
Reviewed by Gulchin Taghiyeva
Comments? Please email the translators above.
17:10 Posted: Dec 2009
Views 214,531 | Comments 205
20:46 Posted: Jul 2008
Views 465,160 | Comments 57
17:04 Posted: Sep 2009
Views 210,546 | Comments 46
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.