Yazıçıyam. Kitab yazmaq peşəmdir, ancaq peşədən daha artıqdır. Həmçinin ömürboyu sürəcək ən böyük həyat eşqimdir. Bunun dəyişməsini də gözləmirəm. Ancaq yaxın vaxtlarda həyatımda və kariyeramdakı xüsusi dəyişiklər yazıçılıq sənətimi təkrar nəzərdən keçirməyimə səbəb oldu. Bu xusisi dəyişiklik, bu yaxınlarda yazdığım kitab, " Ye, Dua et, Sev" dir. Əvvəlki kitablarımdan fərqli olaraq, bu kitabım nədənsə böyük sensasiya oldu və beynəlxalq bestsellerə çevrildi. Bunun nəticəsidir ki, getdiyim hər yerdə mənə ölümə məhkum kimi yanaşırlar. Həqiqiqətən, ölümə məhkum! Çox vaxt mənə yaxınlaşır və belə deyirlər, "Qorxmursunuz ki, bir də o zirvəyə çata bilməyəcəksiniz? Qorxmursunuz ki, bütün həyatınız boyu yazmağa davam etsəniz və başqa bir kitab çap etsəniz insanlar üçün elə də maraqlı olmaya bilər?"
Əmin olmaq üçün soruşurlar, yəqin. Əgər 20 il əvvəl gənc yaşlarımda yazıçı olmaq qərarına gəldiyim vaxtlar da mənə görə eyni cür narahat olan insanlarlı xatırlamasam bu sözlər mənə təsir edər, narahat edərdi. O vaxt da mənə: " Qorxmusan ki, uğur qazana bilməzsən? Qorxmursan ki, rədd edilə bilərsən? Qorxmursan ki, bütün həyatını bu işə sərf edirsən və nəticədə heç bir şey qazanmayıb puç olmuş arzuların yükü üzərində, uğursuzluğun acı dadı damağında öləcəksən? (Gülüş) Belə deyərdilər.
Bütün bu suallara qısa cavabım isə -- "Bəli"dir. Bəli bunların hamısı qorxudur məni. Həmişə qorxudub. Bununla yanaşı təxmin də edə bilməyəcəyiniz qorxularım da var. Məsələn, dəniz yosunu və digər şeylərdən qorxuram. Ancaq bu yaxınlarda fikirləşməyə başlamışam ki, görəsən niyə yazıcılıq haqda belə fikirləşirlər? Bu məntiqlidir sizcə? Gördükləri və dünyaya gəlmə səbəbləri hesab etdikləri işlərdən qorxmaları sizcə məntiqlidir? Adi işlərdən fəqli olaraq yaradıcı insanların əqli vəziyyətinin digər insanları həmişə narahat etməsi niyə bu qədər normal haldır? Atamı götürək, misal üçün, kimya mühəndisi idi, və 40 illik kimya mühəndisliyinidə bir dəfə də kimsə ondan öz işindən qorxub qorxmadığını soruşmayıb. Heç kəs -- kimya mühəndisliyi necədi, John deyə soruşmurdu. Belə hal heç vaxt olmur. O da doğrudur ki, kimya mühəndisləri əsrlər boyu alkoholik maniyadan əziyyət çəkən peşə sahibləri kimi tanınmayıblar. (Gülüş)
Ancaq biz təkcə yazıçılar deyil, bütün növdən olan yaradıcı insanlar, sənətçilər əqli olaraq həddən artıq qeyri-sabit olmağımıza görə tanınırıq. Təkcə 20-ci əsrdə öz əlləri ilə özlərini öldürən həqiqətən də parlaq və gənc yaradıcı insanların çox də ürək açıcı olmayan ölüm sayına nəzər salmaq kifayətdir. Və özlərini öldürməyən digər yaradıcı insanlar da onlara verilən bəxşişdən tam yararlanmadılar. Ölümündən əvvəlki son intervyusündə Norman Mailer belə deyirdi: " Kitablarlımın hər biri məni ölümə bir qədər də yaxınlaşdırdı." Həyatın boyunca gördüyün iş haqda belə qeyri-adi sözlər həm də. Belə sözlər eşidəndə biz çox da təəccüblənmirik, çünki ömrümüz boyu ancaq eşitmiş və qəbul etmişik ki, yaradıcılıq və iztirab hansısa nöqtədə bir-biri ilə əlaqəlidir, və həmişə yaradıcılıq fəaliyyəti iztirabla sona çatacaq.
Burda əyləşən insanlardan da soruşmaq istədiyim budur ki, siz də bu fikirlə razısınız? Siz razı ola bilərsiniz bu fikirlə- çünki məsələyə uzaqdan baxırsınız- ancaq mən bu fikirlə razı deyiləm. Məncə mənfur fikirdir. Həm də çox təhlükəlidir, bu fikrin gələləcək əsrlərə miras olmasını da istəmirəm. Məncə böyük yaradıcı insanları yaşamağa təşviq etməliyik.
Və əminəm ki, indi mənim vəziyyətimdə-- gördüyüm işdəki indiki uğurlarımla yanaşı cəmiyyətdən belə basqılar olduğu halda başqaları çox çətinliklə davam gətirərdilər. Nəzər salsaq-- kifayət qədər gəncəm, sadəcə 40 yaşım var. Bəlkə başqa 40 il də yaşayıb-yaratmaq imkanlarım var. Və böyük ehtimal bundan sonra yazacağım əsərlər də əvvəlki əsərimin qazandığı uğurun fonunda qiymət veriləcək. Burada əyləşən insanlarla dost kimi olduğumuz üçün açıq danışacam-- çox böyük ehtimal ki, ən böyük uğuruma artıq imza atmışam. Dəhşətli fikirdir!!! Hətta insanı səhər saat 9-da jin içməyə də vadar edər, ancaq mənim bunu etmək fikrim yoxdur. (Gülüş) Sevdiyim peşəmə davam etməyi üstün tuturam.
Və sual ola bilər, necə? Mənə belə gəlir ki, öz işimə olduğu yerdən davam etmək üçün psixoloji cəhətdən məni qoruyacaq sədd qurmalıyam. Bu gündən yazdıqlarımla, yazdıqlarıma nə cür reaksiya veriləcəyi narahatçılığı arasında sədd qoymalı, yazdıqlarıma təsir etməsinin qarşısını almalıyam. Son bir ili, bunu etməyin yollarını axtarmış, bütün dövrlərə nəzər salmış, insanlara yaradıcılıq qabiliyyətlərini idarə etməkdə kömək edəcək fikirləri, inamları mövcud olan cəmiyyətlərə nəzər salmağa çalışdım.
Araşdırmam məni qədim Roma və Yunanıstana yönəltdi. Bu nöqtəni yadda saxlayın çünki bu mövzuya bir də nəzər salacam. Qədim Roma və Yunanıstanda insanlar yaradıcılıq qabiliyyətinin insanın özündə olduğuna inanmırdılar. İnsanlar inanırdılar ki, yaradıcılıq bilinməyən yerdən və məsafədən bilinməyən səbəblərdən insanın bədəninə daxil olan bələdçi ruhdur. Yunanlar bu bələdçi yaradıcılıq ruhlarını "cinlər" adlandırdılar. Sokrat uzaqdan ona müdriklik pıçıldayan cinə sahib olduğuna inanırdı. Romalılar da eyni fikirdə idilər, ancaq bu bədənsiz yaradıcı ruhu dahi adlandırdılar. Bu əla idi, çünki Romalılar fikirləşmirdilər ki, hansısa ağıllı insan dahidir Onlar inanırdlıar ki, dahi,cırtdan Dobby (Harry Porter.) kimi incəsənət xadiminin studiyosunda dolaşaraq onlara işlərində gizlicə kömək edir, sənət əsərlərinin formasında və üslubunda böyük rolu olur.
Əla fikirdir məncə, gördüyün işin nəticəsinin sənə çox də təsir etməyəcəyi bir qoruma sistemidir. Bunun necə olduğunu başa düşdünüz yəqin ki. Məsələn, həddən artıq özünə pərəstiş etməkdən qoruya bilər insanları. Əgər gözəl sənət əsəri yaradıbsansa, öz üstünə götürmürsən, hamı bilir ki, bədənsiz ruh- dahi sənə kömək edib. Əgər pis bir əsər yaratsən, bu da sənin səhvin deyil. Hamı bilir ki, dahin bir az tənbəldi. Qərbdə uzun müddət insanlar yaradıcılığa belə münasibət bəsləyirdilər.
Ancaq İntibah dövrünün başlamasilə, hər şey dəyişdi, insanı kainatın mərkəzi hesab etdiyimiz böyük ideya bu vaxt yarandı, bu ideyanın əsasında, insan bütün Allah və sirrlərdən üstün idi, bu dövrdə müqəddəs olan varlıqlara yer yox idi. Bu rasional humanizmin əsası idi, insanlar yaradıcılıq gücünün insanın öz təxəyyülünün məhsulu olduğuna inanırdılar. Və həmin vaxtlar tarixdə ilk dəfə, ayrı-ayrı insanaların dahiyə sahib olduğunu deyil, dahi olduğunu söyləməyə başladılar.
Məncə bu böyük səhv idi. Mənim fikrimcə, kimisə yaradıcılıq mənbəyi, əsas damarı olduğuna inandırmaq, sirli, bilinməyən yaradıcılıq gücünə sahib olduğuna inandırmaq sadə insan ruhu üçün çox ağır bir yükdür. Kimdənsə günəşi udmasını xahiş etməyə bənzəyir. Eqonun üzə çıxmasına, yaradıcıdan qarşısıalınmaz gözləntilərə səbəb olur. Və məncə bu gözlənti son 500 ildə yaradıcı insanları qətlə yetirməkdədir.
Əgər bu doğrudursa, ki doğruluğuna inanıram, sual çıxır ki,nə etmək lazımdır? Başqa yol tapmaq mümkündürmü? Bəlkə insan və yaradıcı güclə bağlı qədim inamlara nəzər salaq? Bəlkə yox. Bəlkə 500 illik rasional humanistik ideyanı 18 dəqiqəlik nitqlə sona çatdıra bilmərik Böyük ehtimal elə burda əyləşən insanlardan bəziləri hansısa ruhun gördükləri işə qol qoyub kömək etməsi fikrinə elmi cəhətdən inanmaya bilərlər. Hamının mənimlə həmrəy olacağına inanmıram.
Ancaq sual vermək istəyirəm- niyə də yox? Belə fikirləşməyin nəyi pisdir ki? Bu mənim daimi dəyişən və gözlənilməz olan yaradıcılıq prosesi haqda eşitmiyim ən mənalı fikirdir. Burdakı hər kəsə aydın olduğu kimi- yaradıcılıq prosesi çox da rasional bir proses deyil. Bir az paranormal prosesdir.
Bu yaxınlarda 90 illik ömrünü şairliyə həsr etmiş məhşur amerikan şairi Ruth Stonala görüşdüm və o dedi ki, gənc yaşlarında Vircinyanın kəndində tarlada işləyərkən, şerin külək kimi beyniyə dolmasını hiss edərdir. Güclü hava axını kimi. Bunun ona yerdən gəldiyini deyir. Bu hiss ayağının altındakə yeri sirkələyəck qədər güclü idi. Bu nöqtədə ediləcək bir şey var idi, "dəli kimi qaçmaq". O cəld evə qaçar, şeri fikrində yaradar, mümkün qədər tez qələm və kağız tapar şer onu tərk edməmiş öz zehnində bir daha təkrarlayar və tez kağıza köçürərdi. Və o evdən uzaq olub, cəld tərpənməsə, qaçıb evə çata bilməsə şer onu tərk edər və onu deyimiylə "başqa şair" tapmaq üçün yerdə dolanmağa davam edərdi. Mənə danışdığı və heç vaxt unutmadığım şeri itirməyə yaxın olduğu anlar da var idi. Tələsik evə qaçar, bir əli ilə kağız qələm axtarar və elə bu anda şer bədənindən çıxarkən o biri əli ilə onu tutub saxlayar öz bədəninə geri qaytarardı. Bu vaxt şeri quyruğundan yaxaladığı və bədənində tərsinə yerləşdirdiyi üçün yazdığı şer də özünün dediyinə görə baş-ayaq, axırınxcı sözdən birinci sözə doğru olardı. (Gülüş)
Eşidəndə hiss etdim ki, yaradıcılıq həqiqətən də sirli, qeyri adidir. (Gülüş)
Mənim yazmağım bir az fərqlidir- mən boru kimi deyiləm! Uzunqulaq kimiyəm, hər gün eyni vaxtda oyanmalı və nəysə ortaya qoymaq üçün tər tökməli və dəli kimi çalışmalıyam. Ancaq bu əmək sərf etdiyim iş prosesimdə mən də belə halla rastlaşmışam. Məncə çoxunuzda belə hallar olub. Mənə hardansa fikirlər gəlsə də onları müəyyən etməkdə çətinlik çəkirəm. Bu sizcə nədir? Bu gücü bizi dəli etməyək, hətta ağıllandıracaq şəklə necə salmaq olar?
Bunu necə etməyin yolunu ən yaxşı izah edən, bir neçə il əvvəl intervyu götürdüyüm musiqiçi Tom Waits idi. Bilirsiniz ki, müasir sənətçilərdən biri olan Tom, uzun zaman bu qarşısıalınmaz, ancaq daxildən gələn yaradıcılıq gücünü kontrol etməkdə çətinlik çəkmişdi, və onunla söhbətimiz də elə bu haqda idi.
O yaşa dolduqca daha sakitləşmişdi, və bir gün Los Angelasda şose yolda maşın sürərkən hər şeyin dəyişdiyini deyir. Yolda ikən qəflətən həmişə ilahama gələndə hiss etdiyi o qarışıq, qıcıqlandırıcı melodiya parçasını hiss edir, onu əldə etmək istəsə də ona yaxın olsa da ona çata bilmir. Maşında nə dəftəri, nə qələmi, nə də maqnitofonu var idi.
Artıq adət halını almış narahatçılıq onu çuğlamağa başlayır, " Bunu da itirəcəm yəqin, və həmişəlik bu itkiyə görə narahat olacam. Çox da yaxşı deyiləm bu yaradıcılıq qabiliyyəti üçün." Ancaq təlaşa düşməyin əvəzinə dayandı. Bütün düşüncələrini bir anlıq dondurub tamamilə yeni bir şey etdi. O göyə baxdı və belə dedi, "Bircə dəqiqə, görmürsən ki maşın sürürəm?" (Gülüş) "Görmürsən ki belə halda heç nə yaza bilmərəm? Həqiqətən mövcudsansa başqa vaxt, səninlə məşğul ola biləcəyim vaxt gəl. Ya da get başqa kimisə, Leonard Cohenı narahat et."
Bu hədisədən sonra onun bütün iş üsulu dəyişdi. Yaradıcılığı dəyişmədi, həmişəki kimi qaranlıq idi. Dəyişən yaradıcılıq prosesi və ağır narahatçılıq hissi idi, o problemdən başqa bir şeyə səbəb olmayan dahini azad etdikdən sonra, içindəki dahi öz gəldiyi yeri dərk etdi, yalnız özünü düşünməli və özü üçün hərəkət etməli olmadığını anladı. Tom və qəribə yad bir məxluq arasında xüsusi, ürək açan və müştərək keçən söhbətlər olardı.
Bu hekayəni eşidəndən sonra mənim də iş üslubum bir az dəyişdi və bir dəfə həqiqətən məni xilas etdi. "Ye, dua et, sev " kitabının ortasında ikən bu fikir məni xilas etdi, nəyinsə üzərində işləyərkən heç nə edə bilmədiyimiz vaxtlardır, gördüyünüz işin böyük bir fəlakət olacağına inanır, ən pis kitab olacağı hissinə qapılırsınız. Pis deyil ən pis kitab olacağına. Kitabı yarıda qoymaq haqda fikirləşirdim. Ancaq birdən Tomun dedikləri yadıma düşdü, mən də elə etdim. Başımı yazıdan qaldırıb, evin küncünə nəzər saldım. Və belə dedim, " Qulaq as, İkimiz də bilirik ki, bu əla kitab deyil bu da yalnız mənim səhvim deyil, görürsən ki əlimdən gələn hər şeyi edirəm, başqa deyiləsi sözüm yoxdur. Əgər kitabın daha yaxşı olmasını istəyirsənsə bir az gözə dəyməlisən. Əgər yaxşı olmağını istəmirsənsə işində ol. Mən yenə də yazmağıma davam edəcəm. Xahiş edirəm yadında saxla ki, bu gün mən əlimdən gələni etmişəm. (Gülüş)
Nəticə-- (Alqış) belə oldu-- əsrlər Əvvəl Şimali Afrikada insanlar müqəddəs rəqs və mahnıların ifa edildiyi gecələrdə toplaşardılar səhər açılana kimi saatlarla davam edərdi. Rəqqaslar usta olduqlarına görə rəqslər həddən artıq gözəl olardı. Və bəzən çox nadir bir şey baş verərdi, ifaçılardan biri qeyri-adi şəklə girərdi. Danışdıqlarımın özüm canlı şahidi olduğuma görə düzgün olduğuna əminəm. Bu nöqtədə sanki zaman durar, əvvəlki yüzlərlə rəqsindən fərqli bir şey ifa etməsə də rəqqasın hərəkətləri tamamilə fərqlənərdi. Bir az sonra adi insanlıqdan çıxardı. Atəşlə bərabər alovlanmağa, müqəddəsləşməyə başlayardı.
Bunu görüb hiss edən insanlar bunu adı ilə çağırardılar. Əl-ələ verib ucadan oxumağa başlardılar, "Allah, Allah, Allah,Allah." Bu Allahdır. Maraqlı bir tarixi faktı da əlavə edim -- mavrların İspanıiyanın cənubunu işğalından sonra bu adət ispanlara keçdi və tələffüzü flaminqo və öküz döyüşlərində səsləndiyi kimi "Allah, Allah"dan "Oleh, Oleh"ə çevrildi. İspaniyada ifaçı qeyri-adi və mümkünsüz nəysə ifa edəndə, "Allah, oley, oley, Allah, əla, bravo" kimi Allahın da içində olduğu sözlər deyirlər. Əla bir haldır, çünki buna ehtiyac var.
Çətin hissə, rəqqas özü Çərşənbə günü səhər yuxudan oyanıb adi insan olduğunu qavrayanda olur. Onun zəif olacağı və bir daha o zirvəyə çata bilməyəcəyi fikri onu bürüyür. Həyatında bir daha Allahı belə təcəssüm etdirə bilməyəcəksə ömrünün qalanını nəyə sərf edəcək? Çətin andır. Bu yaradıcılıqda yoluna qoymalı olduğunuz ən vacib məsələlərdən biridir. Ola bilsin ki, bu gücün tamamilə sənin nəzarətin altında olmadığını fikirləşmək bəlkə də kömək edə bilər. Ola bilsin ki, bu mənbəyi bəlli olmayan təsəvvüredilməz gücün sizə başqalarına ötürülmək üçün bəxş edildiyinə inanmaq daha yaxşıdır. Belə fikirləşməyə başlasaq hər şey dəyişə bilər.
3 aya yaxındır ki, belə fikirləşirəm, bu yaxınarda nəşr olunacaq kitabı hazırlayarkən də belə fikirləşirdim, əvvəlki uğurumdan sonrakı gözləntilərdən qurtulmaq üçün.
Həmişə öz-özümə diqtə etdiyim söz isə, qorxamaq olub. Qorxmayın. İşinizdə olun. Ağlınıza nə gəlirsə, göstərməyə çalışın. İşiniz rəqsdirsə, rəqsinizə davam edin. Sizin üçün müəyyəən edilmiş o dahi ruh nəysə heyrətamiz bir ifa etmənizə kömək etsə, sizə "Oley!" Digər halda, rəqsinizə davam edin. Sizə yenə də "Oley!" düşür. Məncə bu fikri başqalarına da öyrətməliyik. Hamınıza "Oley!" deyirəm, həmişə parlaq insan sevgisini və inadçılığını davam etdirdiyiniz üçün.
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Elizabeth Gilbert yaradıcı insanlar və dahilərdərə qarşı qeyri- mümkün tələblərdən danışır-- və çox fərqli bir fikirlə çıxış edir, o nadir insan"ın" dahi olduğunu deyil bu nadir insanlar"da" dahinin olduğunu iddia edir. Əyləncəli, təsirli və şəxsi bir hekayə.
The author of 'Eat, Pray, Love,' Elizabeth Gilbert has thought long and hard about some large topics. Her latest fascination: genius, and how we ruin it. Full bio »
Translated into Azerbaijani by Gulchin Taghiyeva
Reviewed by Ruslan M
Comments? Please email the translators above.
22:52 Posted: Apr 2008
Views 969,677 | Comments 117
19:24 Posted: Jun 2006
Views 16,604,866 | Comments 3007
09:26 Posted: Jun 2011
Views 871,938 | Comments 2392
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.