Mən yazıçıyam. hekayə söyləmək və roman yazmaq mənim işimdir. Bugün sizə hekayə yazmaq sənəti haqda biraz danışmaq istəyirəm, və cin adlandırılan fövqəltəbii varlıqlar haqda da bir az danışacam. Ancaq bunlara başlamazdan əvvəl icazə verin öz şəxsi hekayəmi qısaca danışım. Təbii olaraq sözlərdən istifadə edəcəm, bir də həndəsi fiqur--dairədən. Nitqimi dinləyərkən bir neçə dairəyə rast gələcəksiniz.
Strasburqda, Fransada türk ailəsində doğulmuşam. Bu hadisədən az sonra valideyinlərim boşanır və mən anamla bərabər Türkiyyəyə gəlmişəm. Həmin vaxtdan tək ananın himayəsində tək uşaq olaraq böyüdülmüşəm. 1970-ci illərdə Ankarada vəziyyət bir az qəribə idi. Qonşuluğumuzdakı ailələrin çoxu atanın ailə başçısı olduğu geniş ailələr idi. Patriarxal mühitdə tək boşanmış qadın olan anamın yanında böyüdüm. Əslində 2 qrupa aid qadınların əhatəsinda böyüdüm. Bir tərəfdə savadlı, dünyəvi, müasir, avropalılaşmış Türk qadını - anam idi. Digər tərəfdə isə həmişə qayğıma qalan, dindar, daha az savadlı, daha az rasional nənəm dururdu. Nənəm, qəhvə fincanındakı qəhvə qalığına ilə fala baxar, şeytan gözünü dəf etmək üçün qurşunu müxtəlif cürə əridərdi.
Üzlərində dərin sızanaqlar , əllərində ziyili olan insanlar nənəmi ziyarətə gələrdilər. Hər dəfə nənəm ərəbcə nəysə pıçıldayar, əlindəki qırmızı almaya ziyillərin sayı qədər qızılgül tikanları batırardı. Ardından bir-bir tikanları mürəkkəblə əhatə edərdi. Bir həftə sonra xəstə axırıncı müayinə üçün gələrdi. Bilirəm ki bu qədər elm xadimi və savadlı insanın qarşısında bunları danışmaq qəribə səslənə bilər, ancaq nənəmin yanına müxtəlif dəri xastəliklərinin müalicəsi üçün gələn insanların heç birinin narazı və ya sağalmamış qayıtdığını görməmişəm. Nənəmdən necə etdiyini soruşdum. Bu duanın gücü idi? O, " Əlbəttə, duaların xeyri var, ancaq əsas dairələrin gücüdür." deyə cavab vermişdi.
Ondan öyrəndiklərimin içində, bir çox vacib dərs var. Əgər həyatda nəyisə yox etmək istəyirsənsə, istər sızanaq olsun, istər ləkə və ya insanın ruhu, onu qalın divarlarla dövrəyə almaq lazımdır. İçəridə quruyub qalacaqdır. Bizim hər birimiz indi sosial və mədəni dairələrin daxilindəyik. Hamımız onun içindəyik. Hamımız müəyyən bir ailəyə, xalqa, sinfə məxsus olaraq doğuluruq. Ancaq məxsus olduğumuz dünyadan kənar bir dünta ilə əlaqə yarada bilməyəndə, uzaq olanda içdən-içə qurumaq riski ilə üzləşirik. Təxəyyül gücümüz azala bilər. Ürəyimiz süstləşir. Olduğumuz mühitin içində çox uzun qaldıqda insanlıq hissimizi itirə bilirik. Dostlarımız, qonşularımız, iş yoldaşlarımız, ailəmizin daxil olduğu dairəmiz bizi əks etdirirsə və çox oxşarıqsa, özümüz öz əksimizlə əhatə olunmuşuq deməkdir.
Türkiyədə nənəm kimi qadınlar belə bir şey edirlər, onlar güzgünün üstünü məxmər parça ilə örtür, ya da güzgünün üzünü əksinə- divara tərəf çevirirlər. Bu Şərqə mövcud olan inancdan irəli gəlir. Bir insanın xeyli müddət öz görüntüsünə-əksinə baxması sağlam deyildir. Qəribə olsa da, oxşar fikirləri paylaşan icmalarda yaşamaq qloballaşan dünyamızın ən böyük təhlükələrindən biridir. Və bu hər yer yerdə baş verir, liberallar və mühavizəkarlar arasında, aqnostik və inanclılar, varlılar və kasıblar, Şərq və Qərbdə də. Oxşarlıqlar və bənzərliklər əsasında qruplar formalaşdırırıq, və başqaları haqqında stereotiplər yaradırıq. Mənim fikirmcə, yazıçılıq sənəti bu mədəni gettoların aşılmasında əsas yol ola bilər. Hekayələr sərhədləri dağıda bilməsə də zehnimizdəki səddlərdə dəliklər aça bilər. Bu dəliklərdən baxaraq başqa dünyaları görə, hətta gördüklərmizi sevə də bilərik.
8 yaşımdan hekayələr yazmağa başladım. Bir gün anam mənə firuzəyi rəngdə dəftərçə verdi və şəxsi hekayələrimi bura yazmağın yaxşı fikir olacağını dedi. İndi fikirləşirəm ki, o vaxtkı düşüncə tərzim bir az qorxudurdu onu. Hekayələrimi evdə ailəmlə bölüşməyim yaxşı idi, ancaq bu hekayələri öz xəyali dostlarıma danışmağım elə də yaxşı deyildi. Rəngli tabaşirlərlə söhbət edəcək və toxunduğum əşyalardan üzr istəyəcək qədər içimə qapalı, introvert bir uşaq idim. Anam buna görə gündəlik təəssuratlarımı yazmağın yaxşı fikir olduğunu fikirləşirdi. Ancaq o bilmirdi ki, mən həyatımın həddən artıq sıxıcı olduğunu fikirləşirdim və etmək istədəyim axırıncı şey bu maraqsız həyatım haqda yazmaq idi. Bunun əvəzinə özüm haqda deyil, başqaları haqda və olmayan şeylər haqda yazmağa başladım. Ömürlük sevgimə çevriləcək yazıçılığa belə başladım. Əvvəllər yazıçılıq mənim üçün avtobioqrafik manifestdən daha çox başqalarının həyatı, başqalarının hekayələri idi. Biraz səbr edin :) Dairə çəkərək izah etsəm həyatımda baş verən bu hadisələri.
Bu dairə çərçıvəsində başqa bir hadisə də baş verdi. Anam diplomat oldu. Mən də eyni zamanda bu kiçik, mövhumatçı, orta təbəqə mühitindən çıxıb, Madriddə yerləşən beynəlxalq məktəb mühitinə düşdüm. Məktəbdəki tək türk idim. İlk dəfə burda "tipik xarici" olmaq kimi ifadə etdiyim çətin mühitə düşdüm. Sinifdə bütün millətlərdən uşaqlar var idi, ancaq bu nə kosmopolitan nə də sinifdə müşahidə olunacaq eqalitarian demokratiya mühiti yaradırdı. Əksinə olaraq, bu muhitdə uşaqlar öz şəxsiyyətlərini, özlərini deyil daha böyük xalqı təmsil edirmiş kimi qəbul olunurdular. Birləşmiş Millətlərə bənzəyirdik, həm də əyləncəli idi, hər hansısa xalqın adına pis bir hadisə baş verməsi və ya dindən söhbət düşməsi xaric. Belə halda uşaq zarafat mənbəyinə çevrilir, həmişə incidilirdi. Və yaxşı yadımdadır ki, mən bu məktəbdə olarkən, Türkiyyədə hərbi çevriliş oldu, türk silahlısı Papanı öldürməyə cəhd etdi və Eurovision musiqi müsəbiqəsində Türkiyə 0 xal topladı. (Gülüş)
Həmin vaxtlar tez-tez məktəbdən qaçıb dənizçi olmaq haqda xəyal qururdum. İlk dəfə elə bu məktəbdə mədəni stereotip anlayışını gördüm. Bütün uşaqlar baxmadığım "Midnight Express"(Gecəyarısı Qatarı) haqda sual verirdilər. Məndən gündə neçə siqaret çəkdiyimi soruşurdular, onlara görə bütün türklər siqaret çəkirdilər. Neçə yaşdan başlayaraq başımı örtəcəyəmi soruşurdular. Türkiyə ilə bağlı 3 strereotipi burda öyrəndim, bunlar: siyasət, siqaret və baş örtüyü idi. İspanyadan sonra İordaniyaya, Almaniya və yenidən Ankaraya qayıtdıq. Təxəyyülümün və xəyal gücümün özümlə daşıya biləcəyim yeganə səyahət çantası olduğunu fikirləşirdim, bütün bu səfərlərimizdə. Hekayələr mənə birlik, davamlılıq və ardıcıllıq hissini bəxş edirdi- bu hisslərdən yoxsul idim real həyatda.
20 yaşlarımda çox sevdiyim İstanbul şəhərinə köçdüm. Çox kosmopolitan və canlı bir mühitdə yaşayırdım, və romanlarımın birneçəsini burda yazdım. 1999-cu il İstanbulda zəlzələ olanda orda idim. Səhər 3-də tələsik binadan çıxarkən gördüyüm səhnə məni dayandırdı. Hisli, yaşlı bir satıcı var idi, mağazasında içki satmır, kənar adamlarla və marjinal həyat yaşayanlarla danışmırdı. Başında uzun qara parik, gözündəki tuş-u üzünə yayılmış transsekualın yanında oturmuşdu. Baqqalın titrəyən əlləri ilə cibindən çıxardığı siqaretdən ona da təklif etdiyini gördüm. Həmin gecəki zəlzələdən fikrimdə qalan səhnədir-- mühafizəkar satıcı ilə ağlayan transsekualın yloun kənarında birgə siqaret çəkməsi. Ölüm və dağıntılarla üzləşdiyimiz zaman dünyəvi fərqlərimiz aradan qalxır, buxarlanır bir neçə saatlığa olsa da hamımız bir oluruq. Mən isə həmişə hekayələrin də oxşar effektə malik olduğuna inanmışam. Ədəbiyyatın bir zəlzələ kimi güclü olduğunu demək istəmirəm. Ancaq yaxşı bir romanı oxuyanda, öz balaca rahat otağımızdan uzaqlaşır, gecənin qaranlığında heç vaxt rastlaşmadığımız və bəzən haqqında yaxşı fikirdə olmadığımız insanları tanımağa başlayırıq.
Həmin hadisədən az sonra Bostonda, ardından Miçiqanda qızlar kollecinə getdim. Yalnız coğrafi cəhətdən deyil, dil baxımıdan da tam dəyişiklik idi bu dəfə. İngiliscə yazmağa başladım. Mühacir, immiqrant nə də məcburi köçkünəm. İngiliscə yazmağımın səbəbini soruşurlar hərdən. Yazı dilimi dəyişmək özümü də yeniləmiyimə kömək edir. Türkcə yazmağı sevirəm, yazdıqlarım daha poetik və emosional olur. İngiliscə də yazmağı sevirəm, daha riyazi və məntiqi olur məncə. Hər dilə başqa cür bağlandığımı düşünürəm. İngilis dilini dünyadakı milyonlarlca insan kimi mən də sonradan öyrənmişəm. İngilis dili sonradan qazanılma dildir. Hansısa dili sonradan öyrənəndə, öyrəndiklərini itirməyə məhkumsunuz daimi olaraq. Dilə sonradan gəlmələr olaraq, daha çox danışmaq, daha yaxşı sözlər işlətmək, daha yaxşı zarafatlar etmək istəyirik. Nəticədə daha az danışırıq, çünki beynimiz və dilimiz arasında böyük fərq olur. Bu fərq qorxuducudur. Ancaq ondan qorxmamağı öyrənsək, bu bizə stimul ola bilər. Bostonda öyrəndiyim də bu idi-- yaşadığım dağıntı və iflas bir stimul idi.
Həmin vaxtlar bütün fəaliyyətlərimi gündən -günə artan narahatcılıqla izləyən nənəm gündəlik dualarına mənim evləməyimi də daxil edir, onun fikrincə ancaq enlənəndən sonra birdəfəlik bir yerdə yerləşə bilərdim. Allah nənəmi sevdiyi üçün ailə həyatı qurdum. (Gülüş) Ancaq bir yerdə qərar tutmaq əvəzinə Arizonaya getdim. Və həyat yoldaşım İstanbulda olduğuna görə Arizona İstanbul arasında gedib-gəlməyə başladım. Dünyanın başqa iki nöqtəsində fərqi bu qədər dərindən hiss edə bilməzdim. Mənim bir parçam həmişə köçəri olub deyəsən, fiziki və ruhi baxımdan. Sanki bütün xatirələrimi və parçalarımı məndə saxlamaq üçün hekayələrim həmişə mənimlədirlər.
Onu da fikirləşirəm ki hekayəni hekayədən daha çox həqiqətlə əlaqələndirəndə o öz sehrini itirir. Bu məsələ haqda sizinlə bərabər fikir yürütmək istərdim. İngiliscə yazdığım əsərlərdən biri Amerikada işıq üzü görəndə ədəbi tənqidçilərdən biri belə bir şərh etdi. "Kitabın xoşuma gəldi." dedi, "ancaq kaş bir az fərqli yazaydın." (Gülüş) Nə demək istəyini soruşdum. O, " Əsərinizə nəzər salsaq görərik ki, çoxlu İspan, Amerikan, ispandilli qəhrəmanlar var, ancaq bircə Türk var ki, o da kişidir." Əsər əslində Bostonda universitet kampusunda cərəyan edir. Türklərdən daha çox başqa millətlərdən qəhrəmanların olması mənə görə normal idi. Ancaq tənqidçinin nə demək istədiyini başa düşürəm. Ancaq onu da bilirəm ki, həmişə onu məyus etməyə davam edəcəm. O, əsərin mənim şəxsi manifestim olmasını istəyirdi. O, mən türk qadını olduğum üçün kitabda da türk qadını olmağını istəyirdi.
Həmişə hekayələrin dünyanı dəyişməsindən danışırıq. Bununla bərabər siyasətin həkayələrin yayılmasına, oxunmasına və başa düşülməsinə təsir etdiyini də görə bilərik. Yazıçıların çoxu, xüsusilə də qərbdən olmayan yazıçılar bu təyziqə məruz qalırlar. Əgər mənim kimi İslam dünyasından olan qadınsınızsa, İslam qadını haqda yazmağınızı gözləyirlər, bu Müsəlman qadın xoşbəxt olmasa daha yaxşı olar. Daha çox informativ, üzücü,kəskin tipik hekayələr yazmağınızı, qərb avanqardlığından uzaq olmağınızı gözləyirlər. Uşaqlıqda Madriddə mənim üzləşdiyim prbolemlər indiki dünya ədəbiyyatında da mövcuddur. Yazıçılar şəxsi fikirləri olan yaradıcı insanlar kimi deyil, mədəniyyətlərinin və ölkələrinin təmsilçisi kimi görünürlər. Bir neçə yazar Çindən, bir neçəsi Türkiyyədən bir neçəsi Nigeriyadan. Fərqimizin fərdi deyil, mədəniyyətimizə uyğun olmağını gözləyirlər.
1984-cü ildə yazıçı və səyahətçi James Baldwindən intervyu götürəndə ona bir neçə dəfə homoseksuallığı haqda sual vermişdilər. İntervyu götürən şəxs onu mavi yazıçı olaraq dəyərləndirməyə çalışanda Baldwin dayandı və belə dedi, " Görmürsünüz ki, başqalarında olmayan heç bir şeyə sahib deyiləm? Və mənim sahibolduqlarım hərkəsdə olanlarla eyni." Siyasət bizi etiketləyəndə təsəvvür azadlığımız təhlükə altındadır deməkdir. Qərbdən olmayan bütün yazıçıların aid edildiyi çoxmillətli ədəbiyyat adlanan qeyri-müəyyən bir kateqoriya mövcuddur. Təxminən 10 il əvvəl Harvard Meydanındakı ilk çoxmillətli oxu yaxşı yadımdadır. 3 yazıçı idik, Fİlippindən bir nəfər, bir mən Türkiyədən, bir də İndoneziyadan- lətifəyə banzəyir. (Gülüş) Bizi bir araya gətirən isə ədəbi və ya bədii üslubumuz deyildi. Yalnız passportlarımız idi. Başqa millətdən olan yazıçıların həqiqi hekayələr yazmalarını gözləyirlər. Ədəbiyyata bir funksiya aid edilir. Bu yolla yalnız yazıçılar deyil, onların əsər qəhrəmanları da daha böyük kütlənin təmsilçisi olurlar.
Əlavə etməliyəm ki, hekayəyə belə yanaşma ancaq Qərbdə mövcud deyil. Bütün dünyada belədir. Bunu ilk dəfə 2005-ci ildə əsərdəki qəhrəmanın sözlərinə görə məhkəməyə çıxarılanda gördüm. Çalışırdım ki, qadınların gözü ilə türk və erməni ailəsi haqda konstruktiv, çoxtəbəqəli əsər yazım. Məhkəməyə cəlb ediləndə kiçik hekayəm böyük makro problemə çevrildi. Türk- Erməni münaqişəsi haqda yazdığıma görə bəziləri məni tənqid, bəziləri təqdir etdilər. Ancaq həmin anda hər iki tərəfə demək istərdim ki, bu sadəcə ədəbiyyatdır. Sadəcə hekayədir. " Sadəcə hekayə" deyərkən gördüyüm işin dəyərini azaltmaq istəmirəm. Ədəbiyyatı necə başa düşüldüyünə görə deyil necə olduğuna görə sevir və dəstəkləyirəm.
Yazıçılar siyası baxışlarına görə tanınırlar, ancaq siyasi kitablar kifayət qədərdir bugün, ədəbiyyatın dili isə gündəlik siyasətin dili deyil. Çexov belə deyib: "Məsələnin həlli və məsələnin düzgün qoyuluş tərzi tamam başqa anlayışlardır. Və ikincini etmək sənətçinin işidir." Siyasət bizi bir-birimizdən ayırır. Ədəbiyyat birləşdirir. Biri ümumiləşdirmələri əhatə edir. Digəri incə fərqləri. Biri sərhəd çəkir. Digəri sərhəd tanımır. Siyasət möhkəm kərpicdən düzəldilib. Ədəbiyyat axar sudan.
Osmanlı dövründə "məddah" adlanan səyyar hekayə söyləyənlər var idi. Onlar qəhvəxanalara gedər, tamaşaçıların qarşısında çox vaxt bədahətən olmaqla hekayələr söyləyərdilər. Hekayədəki müxtəlif obrazları ifadə etmək üçün səslərini dəyişər, onları yamsılayardılar. Hamı onu dinləməyə gedərdi, adi insanlar, hətta sultan, müsəlmanlar, qeyri-müsəlmanlar. Hekayələr sərhədləri aşardı. Orta Asiya, Şimali Afrika, Balkanlar və Asiyaya yayılmış "Molla Nəsrəddinin Nağılı" kimi. Bugün də hekayələr sərhədləri aşmağa davam edir. Fələstinli və İsraillli siyasətçilər danışarkən bir-birinə qulaq asmırlar. Ancaq fələstinli oxucu israilli yazıçının əsərini israilli oxucu da fələstinli yazıçının əsərini oxuyur, hekayə yolu ilə əlaqə yaranır. Ədəbiyyat bizi daha uzağa aparmalıdır. Əgər bunu bacarmırsa, yaxşı əsər deyil demək ki.
Kitablar məni- bir vaxtlar içinəqapalı və utancaq olan uşağı xilas edib. Ancaq kitabların bütləşdirilməsi təhlükəsi də var. Yazıçı və sufi Rumi öz ruh yoldaşı Səms Təbrizi ilə rastlaşandan sonra, Şəmsin ilk işi Ruminin kitablarını suya atıb içində yazılı olanların məhvini seyr etmək oldu. Sufilərə görə, " Səni səndən uzaqlaşdıra bilməyən bilik, cahillikdən daha betərdir." Bugünkü mədəni gettoların problemi savadsızlıq vəya bilik azlığı deyil. Bir-birimiz haqda çox bilirik, daha doğrusu bildiyimizi sanırıq. Qazandığımız biliklə özümüzdən uzaqlaşmırıq, elitar oluruq, başqalarından uzaqlaşır və əlaqələrimizi kəsirik. Sevdiyim bir bənzətmə var: kompasın hərəkəti kimi yaşamaq. Kompasın əqrəblərindən biri sabit olur. Digər əqrəbi isə daimi hərkət edir, daimi dövr edir. Mənim əsərlərim də belədir. Yazdığım əsərlərin bir parçası İstanbula Türkiyyəyə köklənib. Digər parçası isə dünyanı dolaşır, fərqli mədəniyyətlər arasında əlaqə yaradır. Bu baxımdan əsərlərimi həm yerli, həm universal hesab edir, bura həm də hər yerə aid olduğuna inanıram.
İstanbula səfər edənləriniz yəqin ki Topkapı Sarayını görübsünüz. 1400 il Osmanlı sultanlarının qərərgahı olub. Sarayda kənizlərin otağından bayırda Cinlərin Görüş yeri adlandırılan bir yer mövcuddur. Binaların arasındadır həmin yer. Bu yanaşma çox xoşuma gəlir. Nəyinsə arasında olan ərazilərə inanmırıq biz adətən. Həmin yerləri tüstüsüz atəşdən yaranmış və dəyişkənliyin simvolu olaraq qəbul edilən fövqəl-təbii varlıqların- cinlərin məskəni hesab edirik. Mənim fikrimcə isə aralıqda olan ərazilər sənətçilərin məskəni olmalıdır. Mən yazarkən dəyişkənliyə və çoxtərəflliliyə üstünlü verirəm. 10 səhifə sonrası haqda fikirləşməməyi sevirəm. Qəhrəmanlarımın məni təəccübləndirməsini sevirəm. Romanlarımın birində müsəlman qadın haqda yaza bilərəm. Və böyük ehtimal xoşbəxt bir qadın olacaq. Digər əsərimin qəhrəmanı Norveçdən olan yaraşıqlı mavi professor ola bilər. İçimizdən gəldiyi müddətcə hər şey haqda yaza bilərik.
Audo Lorde deyir, " Ağıllı atalarımız deyir ki, 'Düşünürəm, demək ki varam ' " O isə deyir, " Hiss edirəm, demək ki azadam." Məncə əla bir misal idi. Və başa düşmürəm ki, niyə biz hələ də yazıçılığı öyrədəndə, tələbələrə bildiyiniz şeylər haqda yazın deyirik. Bəlkə də bu başlanğıc üçün çox da yaxşı deyil. Yaradıcılıq kim olduğumuz, nələri bildiyimiz və necə şəxsiyyətə malik olduğumuzla bağlı deyil. Gənclərə və bir-birimizə açıq ürəklə hiss etdiklərimiz haqda yazmağı öyrətməliyik. Mədəni gettolardan uzaqlaşmalı, başqa dünyaları tanımalıyıq.
Daimi dairələr çizən, dövrə vuran dərvişlər kimi. Siyasi durumundan asılı olmayaraq, onlar bütün bəşəriyyəti birləşdirirlər. Və bu yaxşı xəbərdir. Nitqimi qədim sufi şeri ilə bitirmək isərdim, "Gəlin tanış olar, dost olaq, İşləri yoluna qoyaq; Sevək sevilək; Dünya fani dünyadır."
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Hekayələrə qulaq asmaq təxəyyülü genişləndirir; hekayələr mədəniyyət sərhədlərini aşır, çeşidli təəssüratları əks etdirir, başqalarının hisslərini əks etdirir. Elif Şafak ədəbiyyatın əsl siyasətdən daha güclü olduğu fikrini belə izah edir.
Elif Shafak explicitly defies definition -- her writing blends East and West, feminism and tradition, the local and the global, Sufism and rationalism, creating one of today's most unique voices in literature. Full bio »
Translated into Azerbaijani by Gulchin Taghiyeva
Reviewed by Kanan Karimzada
Comments? Please email the translators above.
18:49 Posted: Oct 2009
Views 4,154,803 | Comments 760
17:36 Posted: Aug 2007
Views 307,016 | Comments 67
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.