Əslən Britaniyalı olsam da, artıq 26 ildir ki, Maldiv adalarında yaşayıram və buranı artıq vətən adlandıra bilərəm. Maldiv adaları Hindistanın cənub-qərbində yerləşən adalar qrupudur, paytaxtı isə, hazırda yaşadığım Male şəhəridir. Məsələn, burda - Maysorda ikən biz Maleyə daha yaxınıq, nəinki Dehliyə.
Əgər bu günlərdə İT üçün əlverişli yer Hindistandırsa, dəniz bioloqları üçün isə əlverişli yer Maldiv adaları sayıla bilər və bura həqiqətən də mənə doğmadır. Oradakı gözəl mərcan rifləri və suyun dərinliklərini fəth etmək fheyran edicidir. Vaxtımın mümkün qədər çox hissəsini dəniz həyatının öyrənilməsinə sərf edirəm. Balıqları, həmçinin daha böyük varlıqlar - balina və delfinləri öyrənirəm.
Bu mavi balinadır. Bunlar Maldiv adaları ətrafı sularında məskünlaşmışlar. Onları Keraladan görmək olar. Bu baxımdan buranın sualtı təbiati çox zəngindir. Mavi balinanı görmək üçün bu region ən münasib yerdir. Şimal-şərq mussonu mövsümü zamanı Şri Lankanın cənub sahillərində olsanız çox asanlıqla mavi balinaları görə bilərsiniz. Bura onları görmək üçün ən uyğun yerdir.
Şimal-şərq mussonu mövsümündən danışarkən, əminəm ki, çoxlarınız bunun nə olduğunu eşitmisiz, bəziləriniz isə yox, və buna görə də bu barədə bəzi izahlar qeyd etmək istəyirəm. "Musson” sözünün kökü ərəbcədəki “mövsüm” sözüdür.
Beləliklə bu bir mövsümdür. Cənubi Asiyada əsasən iki mövsüm mövcuddur. Yayda Hindistanda havalar qızır və çox isti keçir. İsti hava kütləsi qalxdıqca dənizdən gələn hava kütləsi onu əvəz edir. Bu da əsasən cənub-qərbdən gəlir. Hava kütləsi okeandan Hindistana daxil olur. Bu cənub-qərb mussonudur. Okeandan gələn hava kütləsi özü ilə rütubət gətirir. Bu da musson yağışına səbəb olur. Qışda isə soyuqlar düşdükcə Hindistan üzərində yüksək təzyiq yaranır və bütün prosses əks istiqamətdə getməyə başlayır.
Beləliklə də külək şimal-şərq istiqamətində Hind okeanı üzərindən keçərək, Afrikaya doğru hərəkətə başlayır. Bunu yadda saxlayaq. Xatırladım ki, mən dəniz bioloquyam. Özü də köhnə fikirli təbiətşünas. İynəcələr də daxil olmaqla hərəkətdə olan istənilən varlıq mənim üçün maraqlıdır. Əslində bu gün də elə iynəcələr haqqında danışmaq istərdim. Gördüyünüz bu gözəl növ "Oriental Scarlet" adlanır.
İynəcələr haqqında bilməli olduğunuz mühüm bir şey də var ki, bu da onların yumurtalarını şirin suda qoymasıdır. Nəsil artımı üçün şirin su çox mühümdür, və bu səbəbdən onlar yumurtalarını məhz şirin suda qoyarlar. Kiçik sürfələr suda dünyaya gəlir. və kiçik varlıqlar - ağcaqanad sürfələri ilə qidalanırlar. Onlar üçün bu sürfələr çox vacibdir və onlar sürfələrin sayını nəzarətda saxlayırlar. İynəcələr mərhələ-mərhələ böyüyürlər. Yetkin hala gəldikdə suyu tərk edirlər. Adətən növ baxımından müxtəlifdirlər, lakin bir illik həyat dövrünə malik iynəcəyə baxsaq görərik ki, həyatının 10-11 ayını sürfə kimi şirin suda digər 1-2 ayını isə yetkin olaraq sudan kənarda yaşayır. Buradan da, iynəcənin şirin su canlısı olduğu görünür. Həqiqətən, şirin su onun üçün çox mühümdür.
Gördüyünüz bu iynəcə onlar haqda danışmaq istədiyim spesifik növlərdən biridir. Əksər iynəcələr, hazırda müşahidə etdiyimiz iynəcə kimi həyatının 1 və ya 2 aylıq yetkin çağı dövründə məsafəcə uzaqlara uça bilmirlər. Normalda, uça biləcəkləri məsafə bir neçə kilometrdir. Uzaq məsafə olmamaqla yaxşı uça bilirlər. Lakin şəkildə görünən bu növ istisnadır. Bu növ "Globe Skimmer" adlanır “Wandering Glider" də deyirlər və dünyada çox geniş yayılmış növdür. Onlar tropiklərdə, Amerika, Afrika, Asiya Avstraliya, Sakit Okean hövzəsində geniş ərazilərdə yaşayır, lakin hələ də öyrəniləsi çox şeylər var.
Bu ümumi görünüşlü bir iynəcədir. Onları öyrənmək istəsəniz, az öncə gördüyümuz al qırmızı və ya nadir növlərini öyrənmək daha maraqlı olar. Bunun isə görkəmi maraqsız kimi görünür, məsələn rəngi o qədər də cəlbedici deyil, növü də nadir deyil. Bəs maraq nədədir? Xarici görünüşü digər göstəriciləri kölgədə qoya bilər və bunlar doğrudan də diqqətə layiqdir. Çox şadam ki, bu növ iynəcə ilə məhz Maldiv adalarında yaşadığım dövrdə rastlaşmışam.
Maldiv adalarına ilk dəfə gəldikdə araşdırmalarımı daha çox suyun dərinliklərində aparırdım. İynəcələrə heç fikir də vermirdim. Bəlkə ətrafımda dolaşırdılar, bəlkə də yox. Lakin bir neçə aydan sonra, bir gün bayıra çıxdığım anda birdən yüzlərlə iynəcənin şahidi oldum, yüzlərlə. Onlar görünüşcə bu növə - “Globe Skimmer” növünə bənzəyirdilər. İndikindən fərqli olaraq o zaman onların bu növdən olduqlarını bilmirdim. Onlar bir müddət qaldıqdan sonra oranı tərk etdilər.
Bu haqda növbəti ilə qədər heç düşünmədim, növbəti il, belə hal yenidən baş verdikdə və sonrakı illərdə də təkrar oldunduqda müşahidələrimdə diqqətli olmağa başladım. Yerli dostlarım da onların hər il gəldiyini deyirdilər. Soruşduqda insanların onları tanıdıqlarını şahidi oldum, lakin onların haradan gəldikləri haqqında heç nə bilmirdilər. Məsələyə yenə də çox diqqət etmirdim. Getdikcə məni maraq bürüyürdü. Bizim bilmədiyimiz çox şeylər var.
Nəsil artımı üçün iynəcələrə şirin su lazımdır və Maldiv adaları, əminəm ki, bəziləriniz orada olmusunuz və təsdiq edərsiniz ki, gözəl yerdir. (zalda gülüş) Bura bütövlükdə mərcan riflərindən ibarətdir. Mərcan riflərinin yuxarısı qumlu sahillərdir. Ortalama hündürlük təxmini dəniz səviyyəsi ilə eynidir və qlobal istiləşmə, suyun artması ciddi problemlər yaradır. Amma fikrim bu haqda danışmaq deyil. Bu qumluqlarla bağlı digər mühüm məsələ budur ki, yağış yağdığı zaman qumsallıqlar yağışın suyunu içinə alır və su qumun dərinliklərinə varır. Ağaclar köklərini qumun dərinliklərinə salırlar, insanlar isə burada su quyusu qazırlar.
İynəcələrin isə yanaşması fərqlidir. Üzdə şirin su yoxdur. Gölməçə, axınlar, çaylar, göllər, bunlara bənzər heç bir şey. Bəs nədən hər il milyonlarla iynəcə burada peyda olur. Maraq məni bürüdü. İndi burda dayanıb sizlərə sual vermək istəyirəm. Əlbətdə ki, aranızda Hindistanda böyümüş, boya-başa çatmış, uşaqlığını Hindistanda keçirmişlər var və sizlərdən kim... Hələ yox, hələ yox. Çox cəldsiniz, çox cəld. Mən deyəndə qaldırarsınız.
Hindistanda böyümüşlərə müraciət edirəm, uşaqlığınızda gördüyünüz iynəcələri xatırlayırsınızmı? Dəstə-dəstə iynəcələri. Bəlkə məktəbdə onlara ip bağlamaq cəhdləriniz, bəlkə daha zalım davranmağınız. Sadəcə əlinizi qaldırın. Çoxlu iynəcə görməyiniz yadınızdadır? Təsdiq üçün əllərimizi qaldırırıq. Əla. Təşəkkürlər. Bu Maldiv adaları da daxil olmaqla Cənubi Asiyada geniş yayılmış fenomendir. Bu məsələ məni çox maraqlandırdı.
Maldiv adaları və Hindistanda su kifayət qədərdir və əlbətdə ki, iynəcələr üçün bu çox əlverişlidir. Lakin Maldivd adalarında şirin su yoxdur. Bəs nə baş verir? Etdiyim ilk şey onların Maldiv adalarında peyda olduğu vaxtları qeyd etmək oldu. Bu da nəticə – 21 oktyabr, ümumiləşdirilmiş tarix. Qeydiyyatımı 15 il davamlı apardım. İynəcələr qonşu Hindistandan gəlirdilər. Xatırlayırsınızsa, oktyabr ayı cənub-qərb mussonu dövrüdür, Maldiv adaları bu vaxt cənub-qərb mövsümünü yaşayır və külək də davamlı olaraq qərbdən, yəni Hindistandan deyil, Hindistana doğru əsir. Bəs iynəcələr Hindistandan buraya küləyin əksi istiqamətdə necə gəlirlər? Bu ağlabatan deyil.
Növbəti mərhələdə telefondan istifadə etdim. Maldiv adaları uzun bir arxipelaqdır, 800 km-ə qədər uzunluğu var. Dostlara ismarıc göndərdim - “İynəcələr peyda olduqları zaman xəbər edin”. Tezliklə mənzərə aydın olmağa başladı. Banqalordakı həmkarımdan üç il ərzində aldığım ortalama tarix budur - 24 sentyabr, yəni sentyabrın sonu. Aşağı - Trivandrumda daha sonra. Daha sonra Maldiv adalarının şimalı sonra Male və cənuba doğru və sonda Maldiv adalarının uzaq cənub bölgəsi. Onların Hindistandan gəlməsi aydındır, Lakin okean üzərindən küləyə qarşı istiqamətdə 650 km məsafəni qət etmələri mümkünsüz kimi görsənirdi.
Növbəti mərhələdə hesablama aparmağa başladım. Onların mövsümlülüyü barədə bilmək istəyirdim, ilk gəlişləri ilin hansı dövrüdür? məskənlərini hansı müddətə salırlar? Çox ciddi elmi fəaliyyətə başladım. Elmi transektam vardı, velosipedimə minib Male adası ətrafında dövrə vurdum, təxmini 5 km uzunluğunda bir məsafə, sürdükcə iynəcələri müşahidə edirdim, ağaclara baxarkən çalışırdım insanlarla toqquşmayım.
İynəcələr burada qısa müddət qalırlar - oktyabr, noyabr və dekabr aylarında. Sonra da getdikcə yoxa çıxırlar. Oktyabr-dekabr. Bu, şimal-şərq mussonu deyil. Bu, cənub-qərb musson mövsümü də deyil. Bu mussonların dəyişdiyi vaxt - orta-musson mövsümüdür.
Demək istəyirəm ki, bir tərəfdən cənub-qərb mussonu, digər tərəfdən də şimal-şərq mussonu və sanki bu zaman iki istiqamətdə - aşağıdan yuxarı və əksinə hərəkət edən hava kütləsi hiss oluna bilər. Bəli, əslində iki hava kütləsi və hava axınları arasında hərəkət edən sərhəd mövcuddur. Hesab edək ki, bura Hindistandır və əgər sərhəd Hindistan üzərindədirsə, bura cənub-qərb mussonudur. Sonra sərhəd şimal-şərq mussonuna doğru hərəkət edir. Bu sərhəd mərkəzdə və şaquli istiqamətdə deyil, o bucaq aldındadır.
Əgər yuxarıdan Male üzərinə gəlirsə deməli Male sərhədin altındadır. Mən cənub-qərb mussonunda ola bilərəm. Lakin üzərimdəki külək şimal-qərb mussonundandır. İynəcələr Hindistandan yalnız şimal-şərq mussonunda gəlir. həm də 1000-2000 metr hündürlükdə üçmaqla. Bu inanılmazdır. Az öncə burada gördüyümüz növ kimi milyonlarca belə balaca həşəratlar 5 sm uzunluqda, dəniz üzərindən 650 km məsafəni 2000 m hündürlükdə qət edirlər. Olduqca ağlasığmazdır.
Bunu aşkar edəndə özümdən çox razı qaldım. Buraya necə gəlmələrini ayırd etdim. Amma sonra yeni bir sual meydana çıxdı - bəs onda onları buraya gətirən nədir? Nə üçün milyonlarla iynəcə taleyini təhlükə altına ataraq bu məsafəni qət edirlər? Bir cavab tapa bilmirəm. Maldiv adalarında onlar üçün maraqlı nə var? Bura uçmaqda səbəb nədir? Çox uzatmayacağam. Qısacası, iynəcələr okeanı dəf edərək Şərqi Afrikaya qədər uçurlar.
Çünki, okeanda üzən balıqçı və elmi-tədqiqat gəmilərindəki dostlarımın mənimlə bölüşdüyü qeydlər və Seyşel adalarından göndərilmiş qeydlər üst-üstə düşür. Bilirəm, çünki yağış yağdıqda "Globe Skimmer" kimi həşərat növləri müvəqqəti yağış suyu gölməçələrində çoxalırlar. Ok. Yumurtalarını mövsümi - musson yağışlarının olduğu yerlərdə qoyarlar. Sürfə çox cəld inkişaf etməlidir və bu da 11 ay əvəzinə 6 həftə çəkir. Böyüyüb, suyu tərk edirlər.
Əgər arxadakılar oxuya bilmirsə izah edirəm, Yuxarıdakı Hindistan üçün yağıntı miqdarıdır - musson yağışı iyunda başlayır və sentyabr, oktyabra qədər davam edir. Sonra quraqlıq - iynəcələrə lazım olmayan bir şey. Yağışlar bitdi. Onlar mövsümi yağış axtarışına çıxmalıdırlar. Musson cənuba doğru çəkildiyindən onlar da cənuba uçurlar Karatkadan cənuba, Keralaya uçurlar və sonra Hindistanı tərk edirlər. Bu növ iynəcələr çox yaxşı uçaraq davamlı olaraq minlərlə kilometr məsafə qət edirlər. Şimal-şərq küləyi onları okean üzərindən Afrikaya gətirir. Burada yağış yağır və çoxalma Afrika yağışlarında davam edir. Burada - cənub-şərqi Afrikada, iynəcələr iki azacıq mürəkkəb çoxalma mövsümü yaşayırlar.
Onlar burada musson yağışı zamanı çoxalırlar və bu gün burada bayırda gördüyünüz iynəcələr bu nəslin cavan nümayəndələridir. Sürfədən Hindistanda çıxıblar və çoxalmaq üçün yerlər axtarırlar. Yağış yağarsa, burada qalıb çoxalacaqlar. Lakin əksəriyyət üçün, 4-5 gün uçduqdan sonra növbəti məkan şərqi Afrika olacaq. Onları külək aparacaq. Maldiv adalarının üzərindən keçərlərsə, bir baxarlar, uyğun bir şey olmazsa, davam edərlər.
Buralar - Kenya və Afrikanın şərqi uzun sürən quraqlıqdan təzəlikcə çıxıblar. Keçən həftə yağışlar başlayıb və indi də davam edir. və tanışlarım xəbər ediblər ki, iynəcələr hazırda oradadılar. İndi iynəcələr bu ərazidədirlər, burada çoxalırlar. Sürfələrini indi qoyduqda 6 həftədən sonra yeniləri çıxacaq. Buna qədər isə mövsümi yağışlar yerini cənuba dəyişəcək və yenilər də yağışı təqib edəcəklər. Külək hər zaman yağışın olduğu yerə istiqamətlənir. Yay mövsümü yağışı başlayır, yağış mussonu. Günəş tam yuxarıdadır. Cənubi Afrikada yay yağışı yağır. Günəş maksimal istilik verir, maksimal buxarlanma, maksimal buludluluq, maksimal yağıntı, çoxalmaq üçün maksimal imkan.
Təkcə bu deyil, həmçinin istinin dövriyyəsi, isti havanın qalxması və kütləcə azalması nəticəsində yaxınlaşma baş verir; hava yağış yağan istiqamətə yönəlir, yuxarı qalxan havanı əvəzləyir və burada sürfədən çıxan yeni iynəcə havaya qalxır və küləyin axarı avtomatik onu yağış yağan yerə götürür. Burada yumurtasını qoyur, növbəti nəsil törəyir və avtomatik yağış olan yerə aparılaraq yenidən bura dönür, sürfə və yenidən geriyə. Beləliklə 4 nəsil: bir, iki, üç dörd və sonra geriyə.
Hind Okeanı üzərində tam bir dövr, 16 min kilomerlik bir dövr. Təsəvvür edin, 4 nəsil - 16 min kilometr, 5 sm-lik həşərat üçün. İnanılmaz bir şey. Şimali Amerikada yaşayanlar Monarx kəpənəyini tanıyarlar. Ən uzun miqrasiya məsafəsini qət edən həşarat. Bunun yarısı boydadır və okean üzərindən etdiyi uçuş həşaratların okeanın bir tayından digərinə etdiyi ən yeganə və müntəzəm olanıdır. İnanılmaz bir şey. Bunlarla məhz mənim rastlaşmağıma səbəb uzun müddət Maldiv adalarında yaşamağım və çoxlarının diqqətdən yayındırdığı xüsusi məsələlərə diqqət etməyimdir.
İynəcələr uzun məsafələri qət edən yeganə varlıqlar deyil. Çox misal çəkmək olar. Bu baxımdan quşlar da maraqlıdır. Bu çox məxsusi quşdur. Bu şahindir. Qırmızı ayaqlı Şərq şahini. Onu Amur şahini də adlandırırlar. Amur şahini adlanmasına səbəb onun Amur ərazisində çoxalmasıdır. Burdan şimalda - Amur çayı ətrafı ərazilərdə. çayın əsas hissəsi sərhəddir - Rusiya ilə Çin arasında, Uzaq Şərqdə
Sibir və Mancuriya ərazisində və şahinlər burada çoxalırlar. Yayda buralar onların məskunlaşması üçün münbitdir. Amma qışda oralar şahinlərə yaramır və təsəvvür edin, istənilən hissiyatlı bir quş kimi bu zaman cənub istiqamətində hərəkət edirlər, özü də bütünlüklə. və sonra hissiyatlı davranaraq, dayanırlar. Amma uzun müddətə yox, sonra daha irəli və sonra isə buraya hərəkət edirlər. Hindistanın şimal-şərqində qısa müddətə "yanacaq doldurub" sonra Mumbai və ya Qoa ətrafındakı enliklərə gəlir, və okeanı keçərək Kenyaya doğru istiqamətlənirlər və burada aşağıda qışlayırlar [cənubi Afrikada] İnanılmaz bir şey. Bu istənilən yırtıcı quş üçün ən qeyri-adi miqrasiyadır.
Onlar da uzun məsafələr qət edən yeganə quş deyillər Təbii ki, şahinlərin səyahəti daha ağlasığmazdır. Hindistandan Afrikaya səyahət edənlər arasında Qaragöz də var. Bu isə Xallı ququ adlanan gözəl bir quşdur. Hindistanın şimalından olanlarınız yəgin bilərsiniz ki, bu quş mussonla birgə gəlir. Bu vaxtlar onlar geriyə - Afrikaya dönərlər. Bu isə çox gözəl Göycəqarğa quşudur, Avrasiya göycəqarğası kimi də tanınır. Hindistanın şimal-qərbində peyda olduğundan Kəşmir göycəqarğası da adlandırırlar. Bu quşlar haqqında bütün qeydləri toplamışam, bütün mümkün qeydləri və onları birləşdirdiyim zaman məlum oldu ki, bunlar iynəcələrlə eyni vaxtda miqrasiya edirlər və eyni küləkdən istifadə edirlər. Tam eyni zaman, eyni külək və eyni uçuş hündürlüyü.
Amur şahini də bu siyahıdadır. Bu növün isə üzləşdiyi bətbəxt hadisə baş verdikdə o Qoa sahillərindən uçduğu zaman, 21 il əvvəl, 1988-ci ilin oktyabrı, Hindistanın hava qüvvələrinə məxsus təyyarəsi ilə gecənin yarısı toqquşur və təyyarə xəsarət almadan geri dönür və mühərrikdən bu quşun qalıqları çıxır. Gecəyarısı Hind Okeanı üzərindən 2.424 m hündürlükdə uçuş. İynəcələrin uçduğu eyni hündürlükdə Onlar eyni küləkdən istifadə edirlər və digər bir şey, çox önəmli bir faktor - bütün bu quşlar, bütün orta ölçülü və eyni zamanda növbəti slaydda gördüyünüz Qızlarquşu da daxil olmaqla - yanağı mavi olduğundan mavi Qızlarquşu adlanır - və Hindistandan şərqi Afrikayadək uzun məsafə qət edən bütün bu quşlar iynəcələr boyda böyük həşaratlarla qidalanırlar. Təşəkkürlər. (Alqışlar)
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Maldiv adalarında işlədiyi və yaşadığı dövrdə dəniz bioloqu Çarlz Anderson ilin müəyyən dövründə iynəcələrin qəfl kütləvi peyda olmasını qeyd etmişdir. O, apardığı sonrakı müşahidələrinin nəticəsi olaraq iynəcələri dünyanın ən uzaq məsafələri dəf edən həşaratları adlandırır.
Charles Anderson studies marine life in the Maldives, a nation of coral atolls in the Indian ocean. Full bio »
Translated into Azerbaijani by rufat taghizadeh
Comments? Please email the translators above.
16:28 Posted: Dec 2008
Views 277,369 | Comments 96
22:35 Posted: Apr 2007
Views 522,277 | Comments 84
16:48 Posted: Feb 2009
Views 181,011 | Comments 28
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.