Əvvəl nə yazdığım haqda bir az danışmaq istərdim. Özüm məşğul olduğum işlər haqda yazıram. İşin içində olub, bir növ təcrübə dovşanı olmağı sevirəm. Həyatımı da təcrübələr toplusu olaraq görürəm.
Esquire jurnalı üçün çalışıram və bir neçə il əvvəl jurnalda "Başqasına Yaşatdığım Həyatım" adlı məqalə yazdım, məqalə üçün həqiqətən də mənim həyatımı yaşamaları üçün Bangalore(Hindistan)dan işçilər tapdım. Onlar mənim e-maillərimə, zənglərimə cavab verdilər. Əvəzimə həyat yoldaşımla mübahisə edib, uşaqlarım üçün nağıl danışdılar. Ömrünün ən yaxşı ayı idi, bir ay müddətində ancaq kitab oxuyub, film seyr etdim. Gözəl təcrübə idi.
Bu yaxınlarda isə Esquire üçün radikal düzgünlük haqda məqalə yazmışam. Bu Virciniada bir psixoloqun başlatdığı hərəkatdır, o poker və qolf oyununu çıxmaq şərti ilə heç vaxt yalan danışmamağımızı məsləhət görür. Bundan əlavə, hər fikirləşdiyinizi də dilinizlə ifadə etməlisiniz. Bunu da bir ay etməyə çalışdım. Həyatımın ən pis ayı idi. (Gülüş) Heç kəsə məsləhət görmürəm. Necə bir təcrübə olduğunu azca izah etmək üçün əlavə edim ki, məqalənin adı "Məncə sən köksən." idi. (Gülüş) Çətin iş idi.
Axırdan ikinci kitabımın adı " Hərşeyi Bilən" idi, bu kibat üçün də bir il Britanıya Ensklopediyasını A-dan Z-yə oxuyaraq hər şeyi öyrənməyə çalışdım, daha dəqiqi Şərqi-Asiya musiqisi olan Aak-dan, nə olduğunu deyərək sonu korlamaq istəmədiyim Zwyiec-ə kimi hər şeyi. (Gülüş) Sonu O.Henrinin əsərləri kimi qarışıqdır, əvvəlcədən deyib korlamayım. Bu işi də sevdim, çünki insan beyninin nə qədər informasiyanı saxlaya bildiyi haqda təcrübə idi. Kevin Kelly-ni eşidəndən sonra,əzbərləməyin lazım olmadığını bilsəm də. Google-da axtarmaqla. Həmin bir ilim bir az boş keçdi.
Sevirəm belə təcrübələrimi, ancaq bu təcrübələrimdən an önəmli və həyat dəyişəni "Bibliyaya Uyğun Yaşadığım Bir İl" oldu, əsl mənada Bibliyadakı bütün qaydalara əməl etdim. Bunu iki səbəbdən edirdim. Birincisi dinsiz ailədə doğulmuşdum. Kitabda dediyim kimi, Olive Garden(Amerikada restoran adı) nə qədər italyandırsa mən də o qədər yəhudiyəm. (Gülüş) Yəni deyiləm. Ancaq dinlə çox maraqlanıram. İndiki dövrün ən vacib məsələlərindən biri olduğunu düşünürəm. Bir də oğlum var. Ona nə öyrədəcəyimə də qərar verməliyəm. Bunun üçün də özüm Bibliyaya uyğun yaşamağa başladım.
Bunu etməyimin ikinci səbəbi isə dini fundamentalların artmasından duyduğum narahatlıq idi, bəzi səsvermələrə görə özlərinin Bibliyaya uyğun həyat yaşadığını deyən insanlar Amerikanın 45~50%-ni təşkil edir. Həqiqətən Bibliyaya uyğun yaşamağı da sınamaq istədim. Bibliyadan özüm seçdiyim qaydalara deyil, Bibliyadakı bütün qaydalara riayət etməyə qərar verdim.
İlk iş bütün Bibliyaları toplamaq oldu. Xristian Bibliyaları. Yəhudi Bibliyaları. Dostlarımın birinin göndərdiyi hip-hop Bibliyasında 23-cü məzmurda(?)kı "Allah mənim çobanımdır." ifadəsi, "Allah hamısıdır." kimi ifadə edilib.
Kitabların bir neçəsini oxuyub, tapdığım bütün qaydaların siyahısını tutdum. Siyahıda 700-dən çox qayda var idi. Siyahıda hamının bildiyi məşhur qaydalar var idi- 10 Hökm, qonşunu sev, səmərəli iş gör və çoxal kimi qaydalar. Bu qaydalara əməl etməyə çalışdım. İşimə ciddi yanaşdığımı əvvəl də demişdim, həmin il əkiz uşaqlarımız doğulduğu üçün daha da ciddiləşmişdim.
Ciddiliklə bərabər Bibliyadakı sirli və qeyri-dəqiq yüzlərlə qayda da bura daxil idi. Levitikus-dakı qaydalardan biri "Saqqalının künclərini kəsmək olmaz."idi. Saqqal küncünün hara olduğunu bilmədiyimdən saqqalımı qırxdırmadım, bir ilin sonunda belə bir şəkil aldım. Hava limanı təhlükəsizlik keçidində xeyli vaxt keçirirdim. (Gülüş) Son iki ayı həyat yoldaşım məni öpmürdü. Təbii ki, çətin bir iş idi.
Bibliyada qarışıq parçadan olan geyim geymək olmaz yazılıb, "Qəribədir, ancaq çalışaram." fikirləşdim. Nəyisə etsən başa düşürsən. Bütün sintetik-pambıq köynəklərimi atdım. Bibliyada deyilir ki, iki nəfər dava edirsə və dava edənlərdən hansınınsa arvadı digərinin şaxsin tərəfini tutarsa, qadının əlləri kəsilməlidir. Bu qaydaya əməl etmək istəyirdim. (Gülüş) Daha doğrusu, həyat yoldaşı ətrafımda olub mənə yaxınlaşan kişi ilə mübahisə etməməyə çalışaraq əməl edirdim. (Gülüş) Davam edirəm, bu da başqa şəkildir.
Əla bir il idi deyə bilərəm, çünki həyat dəyişəcək, həm də çətin bir il idi. İki cür qayda var idi ki, onlar daha çətin idilər. Birincisi, hər gün etdiyimiz kiçik günahlardan çəkinmək idi. Öldürmədən bir il yaşaya bilərəm, ancaq qeybət etmədən, yalan danışmadan, nəyisə arzulamadam yaşamaq çox çətin idi, bunlar Nyu Yorka yaşayan jurnalist həyatının 75~80%-ni təşkil edir.
Həqiqətən maraqlı olan isə, bu bir ildə irəliləyiş əldə etməyim idi, hərəkətlərimin düşüncə tərzimi bu dərəcədə dəyişəcəyinə inanmırdım. Aldığım ən vacib dərs budur ki, daha yaxşı insan kimi hərəkət etməklə həqiqətən də daha yaxşı insan oldum. Həmişə "Birinci fikrini dəyişirsən, sonra hərəkətlərini," fikirləşirdim, ancaq əksinədir. Davranışını dəyişirsən, o da fikrini dəyişir. Məsələn, daha şəfqətli olmaq istəyirsən, xəstəxanada xəstələrə baş çəkirsən, və daha şəfqətli olursan. Hamsısa xeyriyyə işinə pul xərcliyirsən, həmin işdə maraqlı olursan. İdrak psixologiyası-- mənim yaşadığım da idraki ahəngsizlik(?) idi. Əslində Bibliyada da səthi şəkildə idrak psixologiyasından danışılır. Deyimə görə, gülürsənsə daha xoşbəxt olursan, bu doğrudur əslində.
Digər qaydalar isə, 21-ci əsr Amerikasında əməl etmək çox çətin olan qaydalar idi. Bu qaydalara ən adi misal, zinakarın daşlanmasıdır. (Gülüş) Ancaq Biblyada mühüm olduğuna görə mütləq əməl etmək istəyirdim. Həm də zinakar tapıb daşladım. Bir dəfə parkda idim, Bibliyaya uyğun geyimim, sandallarım da ayağımda, xarici görünüşün fikri dəyişdiyi başqa bir misal idi. Bibliyaya uyğun geyinməyin fikrimi necə dəyişəcəyi maraqlı idi. Adamın biri mənə yaxınlaşıb soruşdu ki, "Niyə belə geyinibsən?" İşim haqda danışdım və o yenə soruşdu, " Demək mən zinakaramsa məni daşlayacaqsan?" "Sevə-sevə edərdim!" dedim. (Gülüş) Həqiqətən də cibimdən xeyli daş çıxardım, neçə gün idi ki, qarşıma kiminsə çıxacağına ümid edərək cibimdə gəzdiridim çay daşları idi, ancaq həmin şəxs daşları aldı əlimdən. Əslində 70 yaşlı qoca kişi olsa da, əsəbi həm də əsası zinakar idi. Əlimdən alıb mənə atmağa başladı, mən də intiqam almaq, həm də qaydaya əməl etmək üçün birini ona atdım.
Daşlama qaydasına da əməl etməklə, bu qaydaların bəzən barbarlıq da olduğunu irəli sürə bilərəm. Necə bibliyanın bəzi qaydaları çox barbar bəziləri çox müdrik ola bilər? Bibliyaya necə yanaşmalıyıq? Bibliyadakı bütün qaydalara olduğu kimi əməl etməliyik konstitusiya kimi? Bibliyanın necə yarandığına baxsaq necə? Əyləşənlərin texnologiyadan başı çıxdığından kitabımda da yazdığım kimi Bibliyanın mənə vikipediyanı xatırlatdığını da deyim, Vikipediya kimi əsrlər boyunca yığılıb, və dəyişilib. Və çoxalıb. Səmadan enən kitab deyil.
Bu bir ildə öyrəndiyim böyük dərslərdən, bir neçəsi haqda da danışmaq istərdim. Birincisi, Bibliyaya hərfi mənada əməl etməyin. Bu dərsli ilk günlərdən dərk etmişdim. Əməl etməyə çalışsanız ağılsız adam kimi hərəkət etməyə başlayır, zinakarları daşlayırsınız, yaxud... Başqa bir misal- qoyun otarmaqla məşğul olursunuz. (Gülüş) Sakitləşdirici məşğuliyyətdir. Məsləhətlidir.
Digər misal- Bibliyaya görə ayın müəyyən vaxtlarında qadınlara toxunmaq olmaz, hətta menustrasiya dövründə qadının oturduğu yerdə oturmaq da olmaz. Bu həyat yoldaşımın xətrinə dəydiyindən, acığa evdəki bütün yerlərdə oturmuşdu, nəticədə özümə stul alıb özümlə gəzdirənə qədər uzun müddət evdə ayaq üstə qalmalı oldum.
Bir dəfə yaradılışçılarla da görüşdüm. Yaradılışla bağlı muzeyə getmişdim. Bu insanlar isə hər şeyi hərfi mənada qəbul edirlər. Heyran olmuşdum bir az, çünki heç biri axmaq deyildi. Məncə normal təkamülə inananla eyni İQ-yə malikdirlər. Yalnız bibliyanın hərfi anlamına o qədər dərindən inanırlar ki, bütün bildiklərini Bibliyadakı modelə uyğun qurublar. Əqli cəhətdən bu modelə uyğun bir beyin formalaşdırıblar özlərində.(?)
Əlavə edim ki, muzey çox gözəl idi. Əla düzəldilmişdi. Kentucky-də yerləşir muzey, qısa filmdə daşqın səhnəsi çox inandırıcı ediblər, hətta daşqın zamanı tavandan üstününzə su səpilir. Yaradıcılar(?) haqda nə fikirləşsəniz də- ki məncə dəlilikdir-- yenə də əla düzəltmişdilər. (Gülüş)
İkinci dərs- təşəkkür etməyi öyrənəcəksiniz. Bu daha vacib dərs idi, çünki aqnostik olsam da dua edir, təşəkkür edirdim. Hər gün hər yerdə, sağ ol deyirdim, bu da düşüncə tərzimi dəyişməmə səbəb oldu. Başa düşdüm ki, hər gün yüzlərlə kiçik şeylər baş versə də onları təbii qəbul edib, yolunda olmayan bir-iki işə fikir verirdim. Bunu dərk etməklə xoşbəxt olmağı bacarıram, məsələn gələrkən yolda büdrəmədiyimə, pilləkənlərdən yıxılmadığıma görə sevinirəm. Gözəl hissdir.
Hörmət etməyi öyrənəcəksiniz. Bu mənim üçün də gözlənilməz idi, ilin əvvəlində aqnostik idim, ilin sonunda isə, bir dostumun dediyi kimi (sevdiyim bir ifadədir) hörmətcil aqnostik oldum. Belə bir dalğa yaratmaq istəyirəm. İstəyən qoşula bilər, əsas Allahın olub olmaması deyil, müqəddəslik anlayışının lazımlı həm də gözəl(?) olmasıdır, rituallar da bunun bir nümunəsidir. Sabbath(istirahət günü) məsələn. Sabbath qaydasına riayyət etmək bir il ərzində ən sevdiyim şet idi, işimə düşgün olduğum üçün həftədə bir günlük istirahət həqiqətən də həyatımı dəyişdi. Mənim də əsas motivim, Allahım mövcudluğu deyil, müqəddəslik hissidir.
Stereotiplərdən də azad olursunuz. Bu Amerikadakı bütün dini icmalardan olan insalarla görüşüb danışdıqdan sonra baş verdi, bu təcrübəmin təkcə mənim deyil, bütün Amerikanın təcrübəsi olsun istəyirdim. Amerikada din haqda olsun istəyirdim. Protestantlarla, Hasid Yahudilər, Amişlərlə görüşdüm, və qürurla deyə bilərəm ki, məncə Yahovanın şahidinə Bibliya mübahisəsində qalib gələn ilk amerikan oldum. (Gülüş) Üç saat yarım mübahisıdən sonra saatına baxıb, "Mən getməliyəm indi." dedi. (Gülüş) Çox sağ olun, Çox sağ olun. Allahın amanında.
Maraqlı tərəfi budur ki, əvvəllər protestantlıq haqda çox da bilmirdim, ancaq sonradan öyrəndim ki, bütün protestanları eyni görmək və bir qrupa daxil etmək mümkün deyil. Qırmızı Hərf Xristianlar adlı bir qrup var ki, Bibliyadakı qırmızı ilə yazılanlar, İsa(məsih)nın sözlərinə fikirlərinı yönəldirlər. Köhnə Bibliyalar elə yazılır. Onlar inanırlar ki, İsa(məsih) heç vaxt homoseksuallar haqda danışmayıb. "İsa(məsih) homoseksuallar haqda" adlı həvcləri var, açıb içinə baxsanız heç nə yazılmayıb. İsa(məsih) tərk edilmiş, kasıb insanlara kömək etmək haqda çox danışıb deyirlər. Qrupun belə baxışı xoşuma gəlmişdi Jim Wallis və Tony Campolo-un fikirləri də xoşuma gəlirdi. Dediklərinin çoxu ilə razı olmasam da, çox ruhlandırıcı liderlərdir.
Məntiqi olmayana da hörmət etməyi də öyrəndim. Bu da gözlənilməz idi, çünki elmi dünya görüşünə malik ailədə böyümüşəm, ancaq həyatımda bu qədər çox məntiqə uyğun olmayan hadisələrin olduğunu bilmirdim. Və məncə, qeyri-rasionallıqlar zərərli deyilsə onları rədd etmək lazım deyil. Pambığı kətandan ayırmaq kimi bütün bu dini ritualları edərkən öz-özümə fikirləşir və digər dindarlardan soruşurdum ki, " Bibliya niyə belə işləri buyurur? Allahın nə işinə qalıb ki?" onların cavabı belə olurdu, "Bilmirik tam da, sadəcə inamımızı göstərmək üçün edirik.(?)" Mən deyirdim ki, "Axı bu dəlilikdir." Onlar da cavabında, " Özünə fikir veribsən? Ad günü tortunun üstündəki şamə üfürmək dəlilik deyil? Marsan biri gəlib səni şam üfürən digərini bir materialdan hazıranmış paltar geyinən görsə kimi daha dəli hesab edər? Marsan gələn 'Şam üfürən daha çox dəliyə oxşayır ' deyərdi yəqin ki." Mənim fikrimcə də bütün rituallar qeyri-rasionaldır. Əsas zərərli olmayan ritualı seçməkdir, bir də ritualları rədd etməmək.
Son olaraq seçməyi öyrəndim. Bu dərsi Bibliyadakı bütün qaydalara əməl etməyə çalışarkən öyrəndim. Daha doğrusu əməl edə bilmədim. Çünki bu qeyri-mümkündür. Qaydaları özünüz seçirsiniz. Bibliyaya uyğun yaşayanların hamısı belə edir. Əsas düzgün qaydaları seçməkdir. Yeməkxana dini deyilən bir ifadə var, fundamentalistər bu ifadəni başqalarını özlərindən saymamaq üçün işlədir, "Onların inandığı yeməkxana dinidir. İstədiklərini seçirlər." deyirlər. Mən fikrimcə isə, " Nə olub ki yeməkxanaya? Yeməkxanada əla yeməklər yemişəm. Dəhşət pis yeməklərə rast gəldiyim də olub. Bibliyanın da tolerantlıq, qonşusunu sevmək kimi hissələri də, homoseksuallığın günah olduğu, qeyri-tolerantlıq, zorakılığın aşılandığı hissələri də var. Yəni bu kitabda məna axtarırsınızsa bunu özünüz tapmalısınız.
Son olaraq bir neçə misal da göstərim. Burada Bibliya oxuyuram. Taksini belə çağırırdım. (Gülüş) Ciddi sözümdür, işə yarayırdı. Bu şəkildəki qoyunu kirayəyə götürmüşdüm. Sabahı qaytarsam da bir günlük işimə yaramışdı. Hər nə isə. Diqqətinizə görə çox sağ olun.
You can share this video by copying this HTML to your clipboard and pasting into your blog or web page. This video will play with subtitles.
You either have JavaScript turned off or have an old version of the Adobe Flash Player. To view this rating widget you
need to get the latest Flash player.
If your browser allows only "trusted sites" to execute Javascript, you should add the "googleapis.com" domain to your whitelist to allow our Flash detection to work properly.
Got an idea, question, or debate inspired by this talk? Start a TED Conversation.
Yazıçı, filosof, prankster və jurnalist A.J. Jacobs sonuncu EG konfransında Bibliyadakı bütün qaydalara sözbəsöz əməl etməyə çalışaraq keçirdiyi bir ildən danışır.
Immersing himself in alternate lifestyles and long, hilarious experiments (usually with himself the guinea pig), writer A.J. Jacobs tests the limits of behavior, customs, culture, knowledge -- and his wife's sense of humor. Full bio »
Translated into Azerbaijani by Gulchin Taghiyeva
Reviewed by Mohammad Tofighi
Comments? Please email the translators above.
16:32 Posted: Jul 2006
Views 1,206,161 | Comments 714
16:40 Posted: Oct 2008
Views 799,300 | Comments 95
09:12 Posted: Jul 2007
Views 1,230,178 | Comments 206
Just follow the guidelines outlined under our Creative Commons license.
This comment will be attributed to . Not ? Sign Out.