Return to the talk Return to talk

Transcript

Select language

Translated by Fəxri Xanlarzadə
Reviewed by Gulchin Taghiyeva

0:11 Deməli, Kenyada yaşayan bir qrup insan var. Onları görmək üçün insanlar okeanları keçib gəlirlər. Bu insanlar ucaboy olurlar. Yüksək tullana bilir, qırmızı geyirlər. Və pələng ovlayırlar. İndi sual edə bilərsiniz, kimdir axı bu insanlar? Masailərdir onlar. Və bilirsiniz ən maraqlısı nədir? Mən, əslində, onlardan biriyəm.

0:40 Masailər, oğlanları döyüşçü olmağa böyüdürlər. Qızları ana olmağa. 5 yaşımdaykən, nişanlanmış olduğumu öyrəndim. Cinsi yetkinlik yaşına çatan kimi evlənəcəkdim. Anam, nənəm, xalalarım, elə hey göstərib deyərdilər ki, bax, ərin indicə keçdi. (Gülüş) Maraqlıdır, hə? Nişanlandıqdan sonra etdiyim hər şey 12 yaşımda qüsursuz ana olmaq üçün hazırlaşmaqdan ibarət idi. Günüm səhər 5-də başlardı, inəkləri sağar, evi süpürər, bacımgilə yemək hazırlar, su, odun gətirərdim. Etməli olduğum hər şeyi edərdim, mükəmməl bir həyat yoldaşı olmaq üçün.

1:33 Məktəbə gedirdim, Maasailərdən hamı məkətbə getdiyi üçün deyil, anam təhsil ala bilmədiyi üçün idi. O, bizim də onun kimi bir həyat yaşamağımızı istəmədiyindən bacılarım və mənim mütləq məktəbə getməyimizi istəyirdi. Sizcə anam niyə belə edirdi ? Çünki atam şəhərdə polis işləyirdi. Evə ildə bir dəfə gəlirdi. Bəzən hətta iki il görmürdük üzünü. Nə vaxt evə gəlsəydi də, hər şey qarışardı bir-birinə. Anam bütün günü fermada çalışıb, bizi dolandırırdı. Qayğımıza qalmaq üçün inək, keçi otarırdı. Amma atam gələndə inəkləri və əlimizdə ovucumuzda olanı satır, gedib dostlarıyla barlarda içkiyə verirdi. Anam qadın olduğu üçün, hər hansı mülkə sahib olma haqqı yox idi. Yəni ailəmizdə olan hər şey atama məxsus idi və nə etsə haqlı idi. Şayəd anam onu sorğulamağa çalışsaydı, anamı döyər, alçaldardı, və doğrudan da, çətin idi bizimçün.

2:40 Məktəbdə oxuyarkən tək arzum var idi; müəllimə olmaq. Müəllimələr gözəl görünürdülər. Qəşəng paltarlar, hündürdaban ayaqqabılar geyirdilər. Sonra öyrəndim ki, rahat deyildi hündürdabanda, amma xoşum gəlirdi yenə də. (Gülüş) Amma hər şeydən önəmlisi, müəllimin vəzifəsi ancaq lövhədə yazı yazmaq idi -- fermada gördüyüm işə nisbətən elə də çətin olmadığını düşünürdüm. Qısası, müəllim olmaq istəyirdim.

3:08 Yaxşı oxumağa çalışırdım məktəbdə, səkkizinci sinifdəykən isə vacib bir dövr başlayırdı. Bizim bu dövrdə bir adətimiz var; qadın olmağa doğru gedən bütün qızların yerinə yetirməli olduğu bir adətdir. Həmin adət həm də mənim səkkizinci sinifi bitirib orta məktəbin son pilləsinə keçdiyim dövrlə üst-üstə düşürdü. Mənim üçün vacib bir keçid dövrü idi. Bu ənənəni icra edəndən sonra, mən də evli olacaqdım. Anlayacağınız, müəllim olma arzum gerçəkləşməyəcəkdi. İşləri yoluna qoya bilmək üçün plan qurdum. Qızların çoxunun edə bilmədiyi bir şeyi edib, atamla danışdım. Atama dedim: " Ancaq oxumağıma icazə verəcəyiniz halda bu mərasimdə iştirak edəcəm." Bilirdim ki, qaçıb mərasimdə iştirak etməsəm hamı atama pis baxacaq, qızı ənənəyə uyğun evlənmədi deyə pisləyəcəklərdi. Bütün ömrü boyu utanacağı bir hadisə olacaqdı. Və o düşünüb-daşındı. "Yaxşı," - dedi, - "oldu, mərasimdən sonra məktəbə gedəcəksən."

4:14 Razılaşdım. Mərasim baş tutdu. Bir həftəlik bir təntənə olur. Bildiyiniz mərasimdir. Hamı əylənir. Və mərasim günündən bir gün əvvəl, rəqs edirdik, həyəcanlıydıq hamı, bütün gecəni yatmadıq. Mərasim günü yetişdi, və rəqs etdiyimiz evdən çıxdıq hamı. Hə, rəqs etdik, oynayırdıq. Çıxdıq həyətə, və bir xeyli adam var idi orda gözləyən. Bizi əhatəyə almışdılar. Rəqs edə-edə yaxınlaşdıq bu qadınların dayandığı çevrəyə. Kişi, qadın, uşaq, hamı orda idi. Ortadaysa bir qadın oturmub bizi gözləyirdi. Mən birinciydim. Məndən başqa bacılarım və bir neçə başqa qız var idi. Qadına yaxınlaşdım və üzünü mənə çevirdi. Oturub ayaqlarımı araladım. Ayaqlarımı aralayırdım ki, əlində bıçaqla başqa bir qadın gəldi. Əlində bıçaqla mənə doğru əyildi, klitorumu tutdu və kəsdi.

5:26 Təsəvür etdiyiniz kimi, qanadım. Qanadım. Bir müddət qanaxmadan sonra, huşumu itirdim. Bu mərasimdən sonra qızların ölümü adi haldır, mən isə şanslı idim, ölmədim. Bu adət zamanı anasteziyadan istifadə olunmur, bıçaq iti olmur, və çox çətin keçir. Mənim bəxtim gətirdi ki, anam bir çox qadınların eləmədiyi bir şeyi etdi. 3 gün keçib, hamı gedəndən sonra, anam gedib bir tibb bacısı gətirdi. Qayğımıza qalındı. Üç həftə sonra, sağaldım, və qayıtdım məktəbə. İndi çox qərarlı idim müəllimə olmağa, ailəmə bir yenilik gətirməyə çalışırdım.

6:16 Deməli, məktəb vaxtları idi, belə bir şey baş verdi. Kəndimizdən cavan bir oğlanla görüşdüm. Oreqon Universitetində təhsil almışdı. Bu oğlan kamerası var idi, ağ köynək və cins şalvar geyinirdi. Bir də ağ idman ayaqqabıları. Mənəcə geyim, paltarlar və ayaqqabının nəsə xüsusi bir cəzbediciliyi var. O, bu idman ayaqqabılarını asfalt yolu belə olmayan bir kənddə geyinirdi. Fikir verməmək mümkün deyildi.

6:45 Ona bir gün: "Bəs, mən sənin olduğun yerə getmək istəyirəm," dedim. çünki bu oğlan çox xoşbəxt görünürdü, və bu, mənim xoşuma gəlirdi.

6:54 Və o, mənə dedi: "Bəs, necə yəni, getmək istəyirsən? Bəs səni gözləyən bir ərin yoxdurmu?"

7:00 Və mən dedim: "Sən o barədə narahat olma. Sadəcə mənə yol göstər."

7:06 Bu cavan oğlan, kömək etdi mənə. Mən məktəbdə olanda, atam artıq xəstə idi. Ürəktutması keçirmişdi, və doğrudan, ağır xəstə idi, Mənə yol göstərəcək durumda deyildi. Amma məsələ orasındadır ki, mənim atam bir deyildi. Bizim kənddə atam yaşda olan hər kişi, atam sayılırdı -- əmilərim, hamısı -- və gələcəyim haqda onlar qərar verirdilər.

7:31 Sənədlərimi göndərdiyim Virginia da yerləşən Randolph-Macon Qızlar Universitetinə qəbul olduğüm xəbəri gəldi. Mənim isə bilet pulunu düzəldə bilmək üçün kəndim dəstəyinə ehtiyacım oldu. Təqaüd qazanmışdım, ancaq biletimi özüm almalı idi. Kəndin dəstəyinə ehtiyacım var idi. Yenə də, kişilər, ağsaqqallar, kəndin adamları eşidəndə ki, bir qız ali məktəbə qəbul olub, hamısı dedilər: "Necə əbəs bir imkan. Bu, bir oğlana verilməliydi. Biz buna qol qoya bilmərik."

8:04 Bu problemi həll etmək elə öz ənənələrimizdən istifadə etdim. Bizdə insanlar inanır ki, səhər həmişə yaxşı xəbər gətirir. Mən də səhər tezdən nəsə bir şey etməli idim, çünki səhər yaxşı xəbərlə gəlir adətən. Deməli, kəndimizdə bir böyük, ağsaqqal var ki, əgər o, "hə" desə hər kəs onu izləyəcək. Sübh tezdən mən də getdim onun yanına. Qapını açanda ilk məni gördü.

8:35 "A bala. burda neyliyirsən belə?" soruşdu.

8:37 "Ata, bəs, köməyə ehtiyacım var. Mənim Amerikaya getməyinə kömək edə bilərsiniz?" Ən yaxşı qız olacağıma söz verdim ona, Geri qayıdıb, məndən istəyəcəkləri hər şeyi eləyəcəyimə söz verdim.

8:49 O dedi: "Yaxşı, amma mən bunu təkbaşıma edə bilmərəm." Mənə gedib görəcəyim başqa 15 kişinin siyahısını verdi -- daha 16 kişi -- hər səhər gedib ziyarət etdim onları. Hamısı bir araya gəldilər. Bütün kənd, qadınlar, ağsaqqallar, hər kəs bir araya gəldi. Mənim təhsil alma imkanımı dəstəklədilər.

9:07 Amerikaya gəldim nəhayət. Sizcə nə tapdım burda? Qar tapdım! Wal-Mart-lar tapdım, tozsoranlar, və çoxlu yemək tapdım kafeteriyada. Bolluqlar ölkəsinə düşmüşdüm.

9:24 Həyatdan həzz alırdım, amma burda olduğum o müddətdə, bir xeyli şey kəşf etdim. Öyrəndim ki, 13 yaşımda icra etməli olduğum o mərasim əslində, qadın cinsiyyətinin sünnətiymiş. Bunun Kenya qanunlarına zidd olduğunu öyrəndim. Öyrəndim ki, əslində, bədənimin bir parçasını sövdələşməli deyilmişəm təhsil ala bilmək üçün. Mənim də bir haqqım varmış. Ancaq biz indi burda danışarkən, hələ də 3 milyon qız Afrikada bu sünnət işgəncəsini yaşama riski altındadır. Anamın da mülkiyyət haqqı olduğunu öyrəndim. Öyrəndim ki, o sadəcə bir qadın olduğu üçün alçaldılmalı deyilmiş. Bu faktlar məni məyus etdi. Bir şey etmək istədim. Hər dəfə kəndə qayıdanda qonşu qızlarının ərə verildiyinin şahidi olurdum. Onlar da eyni işgəncəyə məruz qalırdı, mən isə burda BMT-də işləyirdim. Məzun işim üçün universitetə geri dönsəm də o qızların qışqırıqları məni heç tərk etmirdi. Bir şey etməli idim.

10:35 Geri qayıtdıqdan sonra, ağsaqqallarla danışmağa başladım, kənd əhliylə, analarla danışdım, və dedim: "Mən sizə söz verdiyim kimi kömək etmək istəyirəm. Nəyə ehtiyacınız var?

10:44 Qadınlarla danışanda, mənə dedilər: "Bilirsən ən mühüm nədir? Qızların da məktəbinin olması." Çünki kənddə qızlar üçün məktəb yox idi. Və qızlar üçün məktəb istəmələrinin səbəbi oydu ki, məktəbə gedən bir qız, əgər, yolda təcavüzə uğrasaydı, anası günahkar tutulacaqdı. Əgər bir qız evlənmədən əvvəl hamilə qalsaydı, anası günahlandırılacaq və cəzalandırlacaqdı. Döyüləcəkdi. "Qızlarımızı təhlükəsiz bir yerə əmanət etmək istəyirik", - dedilər.

11:10 Geri qayıtdıqdan sonra yaşlı kişilərlə danışdım, təbii ki nə dediklərini təsəvvür edə bilərsiniz: "Biz oğlanlar üçün bir məktəb istəyirik." dedilər.

11:18 Mən isə dedim: "Kəndimizdə məktəbə gedib təhsil alan xeyli oğlan var. Niyə onlar oğlanlar üçün məktəb tikmir ki, mən də qızlar üçün tikim?" Ağıllarına batdı. Və razılaşdılar. Onların da bu işdə iştirak etməsini xahiş etdim. Bizə məktəb üçün torpaq sahəsi verdilər. Məktəbizim var indi.

11:42 Məktəbdən olan qızların birini sizə təqdim etmək istərdim. Ancelin bizim məktəbə baş vurmağa gəlmişdi, ancaq bizim meyarların heç birinə uymurdu. Kimsəsizdir. Bəli, ona görə almış ola bilərdik onu məktəbə. Amma yaşı böyük idi. 12 yaşı vardı, və biz ancaq dördüncü sinifdə olan qızları götürürdük. Ancelin ailəsi və daimi sığınacağı olmadığı üçün nənələri və xalalarının evlərində köçəri olmuşdu. Həyatında tutunağı yox idi. Angelini ilk gördüyüm yaxşı yadımdadır, baxışlarında nə isə dərinlik hiss etmişdim. Bəli, yaşı düşmürdü dördüncü sinfə getmək üçün. Amma biz onu dərsə götürdük. Beş ay sonra, həmin Angelindir. Bir dəyişim başlamışdı onun həyatında. Ancelin pilot olmaq istəyir ki, bütün dünyanı gəzib fərq yaratsın. İlk dərsə başlayanda yaxşı oxuyan deyildi. İndi o, təkcə bizim məktəbdə deyil, bütün bölgə üzrə ən yaxşı tələbədir. Bu isə Şarondur. Bu da beş il sonrası. Evelin. Beş ay ərzində yaratdığımız fərq göz qabağındadır.

12:53 Hər gün üfüq açarkən bizim məktəbimizdə də yeni bir başlanğıc qığılcımlanır. İndi burda danışarkən, 125 qız heç vaxt sünnət olunmayacaq. Yüz iyirmi beş qız 12 yaşları olar-olmaz ərə verilməyəcək. Bu 125 qız arzular qurub onlara nail olmaqla məşğuldurlar. Etdiyimiz iş də budur, onlara qalxınma fürsəti vermək. Siz burda əyləşərkən, bizim cəmiyyətimizdə başlatdığımız dəyişimlərin sayəsində qadınlar artıq döyülmür.

13:27 (Alqışlar)

13:35 Bu gün sizə deyəcəyim var. Mənə qulaq asırsınız, çünki burdasınız, nikbinsiniz. İçinizdə həvəs, coşqu var. İçinizdə daha yaxşı bir dünya görmək arzusu var. Savaşların, kasıblığın son tapdığını görmək istəyirsiniz. İçinizdə bir fərq yaratmaq istəyi var. Daha xoş sabahlar arzusundasınız. Bu gün sizdən xahişim, birinci olmağınızdır. Çünki insanlar sizi izləyəcəklər. Birinci olun. İnsanlar da sizə qoşulacaq. Cəsur olun. Ayağa qalxın. Qorxusuz olun. Özünüzə güvənin. Hərəkət lazımdır, çünki siz dünyanızı dəyişdikcə, cəmiyyətinizi dəyişdikcə, bir qıza, bir ailəyə, bir kəndə, bir ölkəyə kömək etdiyimizə inandığımız müddətcə.. Bir fərq yaratmış oluruq. Sizin ətrafınızdakı cəmiyyəti dəyişməyiniz ölkənizi dəyişməyiniz haqda düşünün. Siz və mən, hamımız belə dəyişikliklər etsək, uşaqlarımız və nəvələrimizə daha xoş gələcək bəxş etmiş olarıq. Bununla da daha firavan bir dünyada yaşayarıq. Çox təşəkkür edirəm.

14:48 (Alqışlar)