Return to the talk Return to talk

Transcript

Select language

Translated by Vorashil Farzaliyev
Reviewed by Toghrul Karimov

0:12 (Sualtı səslər)

0:19 Bu video Aquarius sualtı laboratoriyasında, Ki Larqo sahilindən 6.5 kilometr aralıda, səthdən, təxminən, 20 metr dərinlikdə çəkilib. NASA akvanavtları və astronavtları məşq etdirmək üçün bu ekstremal mühütdən istifadə edir və keçən il onlar bizi bir gəzintiyə qoşulmağa dəvət etdilər. Bütün görüntülər bizim qarajda hazırladığımız robot - açıq MİNV tərəfindən çəkilib.

0:43 MİNV məsafədən idarə olunan nəqliyyat vasitəsi mənasını verir. Bu, indiki vəziyyətdə bizim kiçik robotumuz, canlı videonu ultra-nazik ötürücü vasitəsilə göyərtədə olan kompyuterə göndərir. Bu açıq mənbədir, yəni biz öz fayllarımızı və kodlarımızı dərc edərək onlayn paylaşır və hər kəsə bunu dəyişdirməyə və ya təkmilləşdirməyə icazə veririk. Robotu hazırlayarkən, əsasən, rəflərdə tapıla bilən parçalardan istifadə olunub və, bu, Ceyms Kamerunun Titaniki tədqiq etmək üçün istifadə etdiyi MİNV-dən 1000 dəfə ucuz başa gəlib. MİNV-lər yeni bir şey deyil. Onlar on illərdir ki, ətrafdadırlar. Alimlər MİNV-ləri okeanları tədqiq etmək üçün istifadə edirlər. Neft və qaz şirkətləri onlardan tədqiqat və inşaat işlərində yararlanırlar. Bizim hazırladığımız da bənzərsiz bir şey deyil. Bizim bunu necə hazırlamağımız isə bənzərsizdir.

1:31 Sizə hər şeyin necə başlaması barədə qısa bir hekayə danışmaq istərdim. Bir neçə il əvvəl mən və dostum Erik Sierranın ətəklərində bu sualtı mağaranı tədqiq etməyi qərara aldıq. Biz "Qızıla Hücum" dönəmində olmuş soyğunda itən qızıl haqda eşitmişdik və ora getmək istəyirdik. Bədbəxtlikdən, bizim bunu emək üçün nə pulumuz, nə də lazımi təchizatımız var idi. Erikin robotun necə hazırlamaq barədə ilkin ideyası var idi, amma biz bütün hissələri fikirləşməmişdik. Beləliklə biz, hər kəsin belə vəziyyətdə atacağı addımı atdıq: Biz internetden kömək istədik. Daha dəqiq desəm, biz openROV.com adlı sayt yaratdıq, və məqsəd və planlarımızı orada paylaşdıq. İlk aylar sadəcə Erik və mən forumlarda bir-birimizlə danışırdıq, lakin bir müddət sonra istehsalçı və hobbiçilərdən, daha sonra isə bizə nə etməli olduğumuz barədə təkliflər verən professional okean mühəndislərindən rəylər almağa başladıq. Biz bunun üstündə işləməyə davam etdik ve çox şey öyrəndik. Biz model hazırlamağa davam etdik və sonda qərara aldıq ki, mağaraya getməliyik. Biz hazır idik.

2:25 Bu zaman ərzində bizim kiçik tədqiqatımız böyük bir hekayəyə çevrilmiş və hətta "The New York Times"-da belə çap olunmuşdu. Biz insanlara öz MİNV-lərini özləri düzəltmək imkanı verən bir alətlər dəsti istəyənlərinin marağı ilə əhatə olunmuşduq.

2:36 Və beləliklə biz qərara aldıq ki, layihəni Kickstarter-ə yerləşdirək və bunu edəndə biz təxminən 2 saat ərzində maliyyə hədəfimizə nail olaraq, qəflətən bütün alətləri hazırlamaq üçün kifayət qədər pul topladıq. İndi isə, biz bunu necə düzəldəcəyimizi öyrənməli idik. Mən bizim kiçik hissələrin hazırlanmasını öyrənməyimizi nəzərdə tutram. Biz tezliklə başa düşdük ki, qarajımız böyüyən əməliyyatın yerləşməsi üçün kifayət deyil. Lakin biz bütün alətləri hazırlamağı bacardıq -- bizə böyük kömək olan TechShop-un sayəsində -- və biz bu təchizatı keçən Miladdan bir müddət öncə bütün dünyaya yolladıq, beləcə, bu, sadəcə bir neçə ay əvvəl oldu. Amma biz artıq dünyanın hər yerindən göndərilən videoları və şəkilləri qəbul etməyə başlamışıq, o cümlədən Antarktidada buzun altında çəkilmiş bu videonu. Biz həm də pinqvinlərin robotları sevdiyini öyrəndik. (Gülüş)

3:20 Biz hələ də bütün modelləri onlayn olaraq dərc edir və hər kəsi bunları özləri hazırlamağa ruhlandırırıq. Biz bütün bunlara sadəcə bu şəkildə nail ola bilərdik. Bir açıq mənbə olaraq biz bu paylanmış R&D şəbəkəsini qurmuşuq, və indi könüllü təşəbbüslərlə dəstəklənən istənilən həmkarımızdan daha sürətlə irəliləyirik. Lakin hazırkı robot, həqiqətən, hekayənin sadəcə bir yarısıdır. Əsl potensial, uzunmüddətli imkanlar bütün Yer kürəsində formalaşan bu DİY okean tədqiqatçıları cəmiyyəti ilə bağlıdır. Minlərlə belə cihaz varkən, dənizləri dolanaraq nələr kəşf etmək mümkündür?

3:52 Böyük ehtimalla, hamınız mağara barədə maraqlanırsınız. Biz qızıl tapdıqmı? Əslidə biz qızıl tapmadıq, lakin qərara gəldik ki, tapdığımız şey daha dəyərlidir. Bu, okeanların tədqiqatı sahəsində gələcək potensial üçün bir başlanğıc nöqtəsidir. Bu, sadəcə dünyanın Ceyms Kameronlarının istifadəsi ilə məhdudlaşan bir şey deyil, bizim hər birimizin iştirak etdiyi bir şeydir. Bu, bizim hamımızın birgə tədqiq etdiyimiz sualtı dünyadır.

4:14 Təşək edirəm.

4:16 (Alqış)