Return to the talk Return to talk

Transcript

Select language

Translated by Gulya Narimanova
Reviewed by Gulchin Taghiyeva

0:11 Qəribə bir peşəm var. Bundan əminəm, çünki iş yoldaşlarım da bəzən yanıma gəlir və deyirlər,"Kris, qəribə işin var ". (Gülüş) Onları başa düşürəm , çünki nəzəri nüvə fiziki kimi işləməyə başlamışdım. Kvarklar və qlüonlar, ağır ion toqquşmaları haqqında düşünürdüm, və cəmi 14 yaşım var idi. Yox,yox, 14 yaşda deyildim. Ancaq bu işimlə birlikdə nevrologiya ilə heç bir əlaqəm olmasa da hesablama nevrologiya şöbəsində şəxsi labaratoriyam oldu. Sonra təkamül genetikası, və sistematik biologiya sahəsində işləyəcəkdim.

0:49 Ancaq bugün tamamilə fərqli bir şey haqqında danışacam. Sizə həyatla bağlı yenilikləri necə öyrəndiyimdən danışacam. Əslində mən raket mühəndisi idim. Tam olaraq belə hesab etmək də olmaz, yəni mən, Reaktiv Hərəkət Laboratoriyasında çalışırdım. Günəşli Kaliforniyada idi bu labaratoriya, indi Orta Qərbdəyəm, və donuram. Lakin.bu maraqlıı bir təcrübə idi. Bir gün NASA meneceri ofisimə gəldi, əyləşdi və sual verdi, "Yerdən kənarda heyatı necə tapa biləcəyimizi bizə deyə bilərsiniz?" Çox təəccübləndim, çünki məni kvant hesablamalarını araşdırmağım üçün işə götürmüşdülər. Yenə də , cavabım hazır idi. "Heç bir fikrim yoxdur." O, "Biosignature,(biooloji izlər) biz "biosigniture" axtarırıq." dedi. Bunların nə olduğunu soruşanda, O cavab verdi," 'Biosignature' bizə həyatın varlığını göstərən hər hansısa ölçüləbilən fenomendir." "Doğurdan?" mən soruşdum, Çünki bu o qədər də asan deyil. Yəni,əgər həyat varsa, biz onu ölçə, müəyyənləşdirə bilərik, Məs:həyatın Ali Məhkəmə üsulu tərəfi." /Şəkildə: "Görürəmsə bilirəm."/

2:02 Bir az fikirləşib cavab verdim, "Bu doğurdan da asan işdir? Çünki, əgər buna bənzər bir şey görürsənsə, bunu şübhəsiz həyat adlandırmaq olar. Bəs bu necə?" O, davam edir,"Bu da həyatdır, bilirəm bunu." Bu nöqtədə, həyatı yalnız sonda ölən obyekt kimi qəbul edirsinizsə, demək bu sahədə kifayət qədər məlumatlı deyilsiniz, çünki bu(şəkil) çox qəribə orqanizmdir. Bu orqanizmin belə bir inkişaf yolu var, sonra "Benjamin Button"(filmdən) kimi yenidən kiçik rüşeym halını alana qədər geriyə doğru təkamül edir, yo-yo oyuncaqları kimi daimi olaraq böyüyür və kiçilir, və heç vaxt ölmür. Bu canlı olsa da, əslində bizim fikirləşdiyimiz kimi bir həyat deyil. Sonra buna bənzər bir şey görürüsünüz. Bunun necə bir həyat olduğu haqda fikirləşirsiniz. Bilən var? Əslində bu canlı varlıq deyil, kristaldır.

2:56 Çox daha kiçik obyektlərə nəzər salarkən bu daha da çətinləşir-- Bu hörmətli şəxs, böyük bir məqalə yazaraq "Bu bakteriyadır" dedi. Ancaq daha yaxından baxsanız, görəcəksiniz ki,bu obyekt bakteriya olmaq üçün olduqca kiçikdir. Bu şəxs haqlı olduğuna əmin idi, bir çox insan əmin olmasa da. Sonrakı xəbər əlbəttə ki, pr. Bill Klintonun ictimaiyyətlə paylaşdığı NASAnın böyük tapıntısı, Marsdan olan meteroitdəki həyat izləri idi. Bu tapıntı hələ də mübahisəlidir. Bütün bu şəkillərdən də aydın olur ki, həyatı tapmaq əslində elə də asan deyil. Bəlkə də həyata tərif vermək üçün fərqli aspektlərdən yanaşmaq lazımdı.

3:40 Həyatın tərifini necə vermək olar? Yaxşı,nədən başlamaq lazımdır? Əlbəttə, Britan ensiklopediyası,L(Life-həyat) hərfi. Yox, yox, ən yaxşıdı Google-da axtarış verməkdir.. Nəsə tapmaq olar. Tapacağımız nə olur olsun-- bütün təriflər kimi-- yadımızdan çıxacaq. Özümüz buna bənzər bir tərif yarada bilərik bəlkə də. Termin konseptlərlə dolu, mürəkkəb bir tərifdir. Görəsən kimdi belə çətin, qarışıq və mənasız bir şey yazan? Əslində çox-çox vacib konsepsiyalar yığınıdır. Bu konseptsiyalardan bəzilərini ön plana çıxarsaq, bu tərifin əvvələr öyrəndiyimiz asid turşusu və ya yarpaqlar əsasında deyil, məhz proseslər əsasında qurulduğunu görə bilərik. Bu əslində mənim süni həyat haqda yazdığım kitabdandır. NASA menecerinin də ofisimə gəlmə səbəbini də izah edir bu. Fikirləşirdilər ki, bu konseptlərin köməyi ilə bəlkə həqiqətən də həyat anlayışını yarada bilərik.

4:48 "Yerdə süni həyat?" sualına cavab axtarırsınızsa, bu anlayışın necə yarandığına mən cavab vermək istərdim. Hər şey uzun zaman öncə kiminsə ilk uğurlu komputer virusu yaratması ilə başladı. Yaşı az olanlar bu virusların disketlərlə necə yayıldığını tam təsəvvür edə bilməzlər yəqin ki. Bu yoluxucu komputer viruslarının maraqlı cəhəti budur ki, olnarın yayılma sürəti və cəldl hərəkətləri qrip virusu ilə eynidir. Haker və əməliyyat sistemi dizeynerləri arasındakı mübarizədən asılı olaraq bu sürət tez-tez dəyişir. Nəticədə isə viruslarların filongeliyaya adlandırılar həyat ağacı meydana gəlir, bu proses viruslar səviyyəsindəki həyat anlayışı ilə tam uyğun gəlir.

5:41 Bəs bunu həyat adlandırmaq olar? Məncə yox. Çünki bu strukturlar özləri inkişaf edə(çoxala) bilmirlər. Əslində,onlar hakerlər tərəfindən yazılır. Ancaq bu ideya asanlıqla mənimsəndi və təkmilləşdirildi. Elmi İnstitut işçiləri bu virusları komputerindəki süni mühitdə yerləşdirib öz-özünə törəmələrinə şərait yaratdılar. Bunu edən Stin Rasmusen idi. O sistemi yaratdı, lakin viruslar bir-birilərini məhv etdiklərinə görə işləmədi. Ancaq, məsələylə maraqlanan ikinci bir ekoloq, alim də var idi. Bir gün o evə gəlib, "Mən problemin nə olduğunu bilirəm" dedi. Və "Tierra" sistemini yaratdı. Kompleks inkişafa malik olmasalar da bu sistem kitabımda da yazdığım kimi ilk süni həyat sistemi idi.

6:26 İşlə tanış olduqdan sonra, bir qədər üzərində işlədim, və bu da nəticə. Daimi çoxalmaqda olan mürəkkəb sistemlərin təkamülünü asanlıqla müşahidə edə biləcəyim bir sistem yaratmağa qərar verdim. Kod yazmağı bacarmadığıma görə,təbii ki, köməkdən istifadə etdim. Californiya Texnologiya İnstitutunda birlikdə işlədiyim iki tələbə (bakalavr) var idi. Soldakı Charles Offria,sağdakı isə Titus Browndur. Hal hazırda onlar Miçiqan Dövlət Universitetinin hörmətli müəllimlərindən biridirlər, amma sizi əmin eləyə bilərəm ki, o vaxt biz o qədər də hörmətli deyildik. Və açığı çox şadam ki,heç yerdə üçümüzün bir yerdə şəkilimiz yoxdur.

7:06 Bu sistemdən bir az danışım. Detallara varmaq istəmirəm, lakin sizin burda gördükləriniz daxili orqanlardır. Əsas vurğulamaq istədiyim məsələ artım sturukturudur. Burda 10.000-ə yaxın proqram var. Hər bir növ müxtəlif rənglərlə işarələnib. Gördüyünüz kimi, yayılmaq yolu ilə biri digərinə üstün gələn qruplar var. Hər dəfə hasnısa mutasiya yolu ilə həyatda qalmağı daha yaxşı bacaran proqramlar yaranır, digərlərinə üstün gəlir və yox olmalarına gətirib çıxarır.

7:37 İndi bu tip dinamik proseslərdən bəhs edən rolik göstərmək istərdim. Bu tip eksperimentlər yaratdığımız proqramlarla həyata keçirilir. Özümüz yazır, kopyalayır, və işimizlə fəxr edirik. Gördüyünüz virusların sürətlə dəyişim prosesidir. Yeri gəlmişkən, bu saniyədə 1000-ə yaxın nəslin törədiyi sürətləndirilmiş hərəkətidir. Həmin anda sistem bu şəkildə işləyirdi, "Bu nə səfeh kod parçası idi? Bu sistemlər çox asanlıqla və sürətlə təkamül etdirilir." Beləliklə, digər növlərin yerini tutan yeni növlərin dalğalarını görürsünüz. Bu tipli fəaliyyət, proqramlar əsas prinsipləri mənimsəyənə qədər müşahidə edilir. Sonra durğunluq müşahidə edilir, bir növ sistem innovasiyanın yeni tipini gözləyirmiş kimi, əvvəlki bütün innovasiyaların üzərindən yayılmağa hazırlaşır, özündən əvvəlki genləri silib mürəkkəbləşmənin ən yüksək səviyyəsinə çatır. Və bu proses durmadan davam edir.

8:41 Yəni bu sistem yaşayışı bizim həyat[yaşayış] anlayşımıza tam uyğundur. Ancaq NASA-nın nümayəndələri məndən soruşdular ki, həqiqətən,"Bu varlıqlar 'biosignature'-ə malikdir? Biz həyatın bu tipini ölçə bilərik? Belədirsə, demək ki həyatı amin turşusu kimi maddələrə əsaslanmadan başqa yerlərdə də tapmaq şansımız var." Mən cavab verdim,"Bəlkə də biz universal proses kimi həyata əsaslanan bir biosignature yarada bilərik. Bəlkə də,bunun üçün mənim müəyyən etdiyim canlı həyat üçün zəruri olan prinsiplərdən istifadə etmək olar."

9:22 Mənim təklifim isə-- Əvvəl bu fikrim haqda qısa məlumat verim, bəlkə də bu həyat detektorundan daha çox, məna detektoru olacaq. Bu fikrimi izah etmək üçün-- hansısa meynum tərəfindən yazılmış məntlə işlətdiyimiz adi kitablardakı yazını necə fərqləndirə bildiyim haqda danışacam. Bunu elə bir yolla etmək istəyərdim ki, mən dili bilməyimə ehtiyac olmasın, bilə də bilməzdim bütün dilləri. Təkcə hansısa əlifba olduğunu bilmək kifayətdir. Buradakı cədvəl hansısa meynum tərəfindən yazılmış mətndə əlifbadakı 26 hərfdən hər birinin hansı tezliklə təkrarlanmasını göstərir. Aydındır görünür ki ,hərflərdən hər biri eyni tezlikdə təkrarlanır.

10:05 İngilis dilində olan hansısa mətndəki bölgüyə nəzər salsaq, bunu müşahidə edərik. Əlavə edim ki, bu bölgü İngiliscədə olan bütün mətnlərə uyğun gəlir. Fransız dilində olan mətnlərdə bir qədər fərqlidir, İtalyan və Alman dillərində də. Hər dilin özünəməxsus hərf tezliyi olur, və bu bölgü sabitdir. Mətn siyasət və ya təbiət elmi haqda olsa da. Şer ya da riyazi məqalə olsa da. Bu güclü (iz)qaydadır. həmçinin sabitdir. Nə qədər ki,kitablarımız İngilis dilində yazılır -- insanlar onları yenidən köçürdür və sürətini çıxardır-- heç nə dəyişilməyəcək.

10:43 Bu məni ruhlandırır və mən düşünürəm ki, bu ideyadan yazıdakı mənanı müəyyən etmək üçün deyil, həyatı təşkil edən biomolekullarda olan məna(uyğunluq)nı tapmaq üçün istifadə etmək olur. Lakin ilk növbədə soruşmalıyam: Sizə göstərdiyim əlifbanın hərflərini kimi həyatın özülünü nə təşkil edir? Belə aydın olur ki, həyatın əsasını təşkil edən material kimi bir sıra alternativlərimiz var. Aminturşularından, nuklein, karboksil turşularından, yağlı turşularını götürək. Bədəndə həddən artıq çox kimyavi maddələr var.

11:16 Bu ideyanı test etmək üçün ilk növbədə amintuşuları və bəzi karboksil turşularına nəzər yetirək. Və bu da nəticə. Bu, komet, və ya cisim, hətta labaratoriya şəraitində yaradılmış primordial soup(blyon)--yəni hansısa cansız varlığın tərkibinəki amin turşularının bölgüsüdür. Siz,ancaq,qlisin və ananin tapacaqsınız, bir qədər də digər elementlərin izlərini. Amin turşuları mövcud olsa da həyat olmayan Yer kürəsində bənzər sistemlərdə bu göstərici eynidir.

11:55 Yerdən torpaq parçasını, yaxud hardansa azacıq su götürsək və spektrometrə yerləşdirsək, enyi analizi etsək spektrum(göstərici) tamamilə fərqli olacaq. Çünki hər iki material həyatın mövcud olduğu Yerdən götürülüb. Qlisin və alanin kimi maddələr də həyatın əsasını təşkil etsə də, ağır amin turşularının daha çox mövcudluğu organizm üçün daha vacib olduqlarındandır. Və başqaları ilk iyirmiliyə düşməyənlər, onlar demək olar ki, heç bir cəmləşmədə yoxdurlar. Bu bölgü də sabitdir. Hansı canlını, istər bakteriya istər bitki və ya heyvanı analiz etmənizdən asılı olmayaraq. Həyatın olduğu hər yerdə bu bölgü mövcuddur. Və bu təkcə aminturşularında müəyyən edilmir.

12:48 Sual olunsa ki: yaxşı,bu Avidianlar necə? Avidianlar kompyuter dünyasının törəmələridir, burda onlar asanlıqla çoxalır və mürəkkəbləşirlər. Həyatın olmadığı göstərici budur. Burada 28-ə yaxın əsas təlimatlar var. Cansız sistemdə bir-birini əvəz edən bu təlimatlar, yazı makinasında yazan meymunları xatırladır. Təlimatların hər biri eyni tezlikdə müşahidə olunur. Əgər əvvəlki videodakı bir-birirni əvəz edən virusları götürsəniz belə bir bölgü alınır. Bu orqanizmlər üçün vacib olan təlimatlar daha tez-tez müşahidə olunur. Bəzi təlimatlar isə bircə dəfə istifadə edilir. Onlar ya ziyanlı, ya da çox nadir halda istifadə edilməli olduğu üçündür. Bu təlimatların tezliyi aşağıdır. Bu göstəriciləri sağlam imza(sübut) hesab etmək olarmı? Məncə hə, kitablarda və amin turşularında olduğu kimi, ətraf mühitin dəyişməsindən asılı olmayaraq, bu göstəricilər sabitdir, həyat olduğunun aydın sübutudur.

14:01 İndi kiçik bir təcrübəmizi göstərmək istəyirəm. Bu qrafik bir az əvvəl danışdığım tezlik bölgüsüdür. Birinci cansız mühitdir, hər təlimat eyni tezlikdə müşahidə edilir. Aşağıdakı isə, mühitdəki mutasiya ölçüsüdür. Asanlıqla bütün dünyaya yayıla biləcək sadə kopyalama prqramının daxil edildikdə asanlıqla mütasiyaya uğrayıb yox olacağı mutasiyanın çox yüksək olduğu mühitdən başlayıram. Belə yüksək mutasiyada həyat olmur. Sonra, tədricən hərarəti azaldıram və replikator proqramın yaşaya biləcəyi mühit yaranır. Hərarət(mutasiya) azaldarkən bu proqramları mühitə-blyona- daxil etməyə davam edirəm.

14:58 Göstəricinin necə dəyişdiyinə baxaq. Əvvəl heç nə yoxdur, hərarət yüksəkdir. İndi isə həyatın mümkün olduğu həddir, və tezlik bölgüsündə dəyişiklik var, əslində bölgü sabitləşib. Sonra dinc durmayıb yenidən hərarəti artırıram, hərarət artdıqca bölgü də dəyişir. Maraqlı olduğu üçün ikinci dəfə göstərim. Həyatın mümkün olduğu həddə çatanda tezlik bölgüsü "canlı"dır! Yenidən bu həddi aşaraq mutasiyanın yeksək olduğu mühitdə səhv etmədən informasiya yaratmaq, ötürmək qabiliyyətlərini itirib, replikator funksiyasını yerinə yetirə bilmir. Və həyat izi yox olur.

15:48 Bütün bunlardan nə öyrənirik? Məncə, bir çox şey öyrənirik. Onlardan biri də budur ki, həyatı mücərrəd məfhum kimi qəbul edib, həyat dedikdə nə bitki nə amin turşusu, nə də bakteriya deyil, hansısa prosesi nəzərdə tuturuqsa, həyatı yalnız Yer kürəsinə məxsus məhfum kimi qəbul etmiriksə, başqa yerdə də həyat tapmaq olar. Həyat dedikdə, informasıyanın toplanma anlayışı- fiziki mənada hər cür informasiya-- bit(ölçü vahidi),nuklein turşuları, əlifbaya bənzər hər şeyi -- bu informasiyanın toplanması və yox olacağı müəyyən müddətə qədər saxlanılacağı proses nəzərdə tutulur. Bunu edə bilən bütün varlıqlar canlıdır.

16:43 Yəni öyrəndiyimiz ilk şey, həyatı Yer kürəsində mövcud olan həyata əsaslanmadan yalnız proses kimi qəbul etmək mümkündür. Bu da digər bütün elmi kəşflər kimi canlı olduğumuz üçün ali varlıq olduğumuz fikrini təkzib edib, insan həyatını ucuzlaşdırır. Biz həyat yarada bilərik, bunu computerdə edirik. Sözsüz, bu həyat məhduddur. ancaq həyatı necə yaratmaq lazım olduğunu bilirik. Bu həyatın əsasını təşkil edən fundamental prosesi başa düşürüksə, təşkil edən bu fundamental prosesi başa düşürüksə, bu prosesi istənilən mühitdə müşahidə edə bilərik. Yeni dünyaları kəşf edə, bu dünyada hansı növ kimyavi maddələrin olduğunu, normal kimyəvi tərkibini, bu yeni planetin geokimyəvi quruluşunu canlı həyat mühitində hansı növ bölgünün mümkün olduğunu öyrənə bilər, bu bölgüdən kənar hallara nəzər salıb:"Bu kimyəvi element burda olmalı deyil" deyə bilərik. Həyat olub olmadığından əmin olmasaq da "Ən azından bu maddəni araşdırıb bura hardan gəldiyini bilməliyəm." deyə bilərik. Bu görə bilmədiyimiz həyatı tapmağımıza kömək edə bilər.

18:12 Yadda saxlamağınızı istədyim fikir də budur. Başqa planetlərdə həyat təsəvvür etdiyimiz kimi çox da sirli deyil. Bu sirli pərdəni götürsək necə yaşadığımız və fikirləşdiyimiz kimi xüsusi varlıq olmadığımızı görmək daha asan olar. Nitqimi burda yekunlaşdırıram,

18:38 və hər kəsə təşəkkür edirəm.

18:40 (Alqışlar)